Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Modal sözlər — danışanın ifadə etdiyi fikrə münasibət bildirən köməkçi nitq hissəsi. Modal sözlər sintaksisdə cüzi dəyişərək ara sözlər adlanır.
Məna növləri
redaktəTəsdiq (yəqinlik) bildirən modal sözlər
redaktəƏlbəttə (əlbəttə ki), əlbət, doğrudan (doğrudan da), təbii (ki), həqiqətən, sözsüz (ki), şübhəsiz, şübhəsiz ki, doğrusu, düzü, düzdür, doğrudur, bunlar istisna olaraq:hökmən, əsla, qeydsiz-şərtsiz və s. Məsələn:
Əlbəttə ki, düz sözə zaval yoxdur.
Doğrudan da, insan gücü tükənməzdir.
Sözsüz, qələbə gec-tez bizim olacaqdır və s.
" Ehtimal, Güman və şübhə bildirən modal sözlər "
redaktəGərək ki,, görünür, deyəsən, yoxsa, olmaya, ehtimal ki, bəlkə, güman ki, olsun ki. demə və s. Məsələn:
Görünür, düşmən bizim zəif yerimizi bilir.
Gərək ki, sən onu tanıyırsan.
Deyəsən, yağış yağacaq.
Ola bilsin ki, görüşümüz sabah baş tutmadı və s.
Nəticə, ümumiləşdirmə bildirən modal sözlər
redaktəDeməli, yaxşı ki, demək, xülasə, beləliklə, ümumiyyətlə, bir sözlə, nəhayət, əvvəla, qısası və s. Məsələn:
Deməli, məni tanıyırsan.
Beləliklə, biz həmin yeri tərk etməli olduq.
Nəhayət, gözlədiyimiz gün gəlib çatdı və s.
Yaxşı ki, sən gəlmədin.
Fikrin mənbəyini bildirən modal sözlər
redaktəMəncə, səncə, bizcə, fikrimizcə, zənnimcə,sizcə, bizcə və s. Məsələn:
Məncə, o, yalan danışmır.
Fikrimizcə, bu məsələnin həlli asandır.
Zənnimcə, o bizimlə gəlməyəcək.
Bizcə, bu doğru fikirdir.
Sıra və ardıcıllıq bildirən modal sözlər
redaktəBirincisi, əvvəla, ikincisi və s. Məsələn:
Birincisi, o hələ uşaqdır, ikincisi də, günahkar özünsən.
Təəssüf bildirən modal sözlər
redaktəTəəssüf ki, heyif ki, əfsus ki, eh və s. Məsələn:
Təəssüf ki, biz mənəviyyata az əhəmiyyət veririk.
Onların hara getdiklərini, heyif ki, görə bilmədim.
Bənzətmə və ya müqayisə bildirən modal sözlər
redaktəSanki, elə bil, elə bil ki, guya və s. Məsələn:
Sanki ona dünyanı bağışladılar.
Elə danışır, elə bil ki, uşaqdır.
Quruluşu
redaktəModal sözlər quruluşca sadə və mürəkkəb olur. Sadə modal sözlər bir sözdən ibarət olur: bəlkə, deyəsən, xülasə, yaxşı və s. Mürəkkəb modal sözlər ayrı yazılır: əlbəttə ki, ehtimal ki, yəqin ki və s.
Yazılışı
redaktəBütün modal sözlər ayrı yazılır. Modal sözlər cümlə üzvlərindən vergüllə ayrılır və cümlənin əvvəlində, ortasında, sonunda işlənə bilir. Məsələn: Doğrusu, mən yorulmuşam. Mən, düzü, bu yerləri tanımıram. Sən öz istəyinə çatacaqsan, əlbəttə.
Düzdür, yaxşı sözləri həm modal söz, həm də sifət kimi işlənirlər.
Doğrudan sözü həm modal söz, həm isimləşmiş sifət kimi işlənir.
Görünür, deyəsən, demək, deməli, olmaya, demə, görəsən sözləri həm feil, həm də modal söz kimi işlənə bilir.
Xülasə sözü həm isim (məsələn, qəzetlərin xülasəsi) həm də modal söz kimi işlənə bilir.
Vergülün işlənməsi
redaktəModal sözlər cümlənin əvvəlində, ortasında və sonunda gələ bilər. Cümlənin əvvəlində gəldikdə modal sözlərdən sonra, ortada işlənəndə hər iki tərəfdən, sonda gələndə ondan əvvəl vergül qoyulur. Bu baxımdan xitabla oxşardır. Cümlənin sonunda işlənərkən cümlənin intonasiyasından asılı olaraq nöqtə, sual, nida işarəsi qoyula bilər. Məs:
1. Tutaq ki, sən kitabı almamısan.
2. Əgər dərviş olmasa idi, sözsüz, Müsyö Jordan Şahbazı aparacaqdı.
3. Elin malına xor baxanlar məğlub olacaqdır, əlbəttə.
İstisna:sanki, elə bil, guya-dan sonra vergül qoyulmur.
Tələffüz
redaktəƏlbəttə [əlbətdə]
Təbii [təbi:]
Beləliklə [beləlix'nən]
Demək [deməx']
İstinadlar
redaktə Dilçilik haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |