Molla Zeynalabdin Sağəri Haqqinda Melumat - Vikipedia

Molla Zeynalabdin Sağəri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Molla Zeynalabdin Sağəri

Molla Zeynalabdin Molla Sadıq oğlu Sağəri (1791, Şuşa1854, Şuşa) — XIX əsr Azərbaycan şairi.

Molla Zeynalabdin Sağəri Qarabaği
Molla Zeynalabdin Molla Sadıq oğlu Sağəri
Təxəllüsü Сагери
Doğum tarixi 1791
Doğum yeri
Vəfat tarixi 1854
Vəfat yeri
Təhsili Dini təhsil
Fəaliyyəti şair, müəllim
Vikimənbənin loqosu Molla Zeynalabdin Sağəri Vikimənbədə

Həyatı redaktə

Zeynalabdin Kərbəlayı Molla Sadıq oğlu 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Sonra mədrəsədə оxumuşdu. Şuşa şəhər məscidlərində axund olmuşdu.[1]

Molla Zeynalabdin şair idi. Sağəri təxəllüsü ilə "nərmünazik" şeir yazırdı. Seyid Əzim Şirvani öz təzkirəsində onun adını çəkmiş va bir şeirini vermişdir. M. Müstəhidzadə isə "Riyazül-aşiqin" kitabında Sağərinin Şuşada doğulduğunu, Axund Molla Sadıqdan dərs aldığını, ömrünün axırına qədər müdərrislik və şairlik etdiyini, divan yaratdığım bildirir. O, öz təzkirasində Sağərinin həm türkcə, həm də farsca şeirlərindən yerləşdirmişdir.

Molla Zeynalabdinin Həmid, Əli adlı oğulları vardı.[2]

İstinadlar redaktə

  1. Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.
  2. Ənvər Çingizoğlu, Axundovlar:Mirzə Məhəmməd Qarabağinin törəmələri, "Soy" dərgisi, Bakı, 2010.

Saytda 175 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024