Mollaməhərrəmli Haqqinda Melumat - Vikipedia

Mollaməhərrəmli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mollaməhərrəmli

MollaməhərrəmliAzərbaycan Respublikasının Füzuli rayonunun Arayatılı inzibati ərazi vahidində kənd.

Mollaməhərrəmli
39°27′55″ şm. e. 47°21′51″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 143 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Mollaməhərrəmli xəritədə
Mollaməhərrəmli
Mollaməhərrəmli

Tarixi redaktə

Mollaməhərrəmli sərkar obası Xırdapara-Dizaq mahalına bağlı idi. Oba öz adını başçısından götürüb. Molla Məhərrəm sərkar Vəliməhəmməd oğlu (1780–1847) XVIII yüzilin sonu, XIX yüzilin önlərində obalarına başçılıq etmişdi. Molla Məhərrəm sərkar obası öncə təxminən Qarakollu kəndinin ətrafında yaşam sürürdü. XVIII yüzilin sonunda yiyəsi Məhəmmədhəsən ağa İbrahimxəlil xan oğlu Sarıcalı-Cavanşir obanı Arğalı torpağında, Hazırkı yerində sakin etdi. Məhəmmədhəsən ağa 1806-cı ildə vəfat edəndən sonra oba oğlu Cəfərqulu xana qaldı. 1823-cü ildə Molla Məhərrəm sərkar obası—4 ailə vergi ödəyirdi. Molla Məhərrəm, pişxidmət Məhəmməd vergidən azad olunmuşdu. 1842-ci ildə oba 17 tüstüdən ibarət idi. Obanın başçısı Molla Məhərrəm yüzbaşı, məaf Ismayıl Abdulla oğlu sayılırdı.

Toponimikası redaktə

Mollaməhərrəmli oyk. Füzuli r-nunun Arayatlı i.ə.v.-də kənd. Düzənlikdədir. Oykonim "Molla Məhərrəmin nəslindən olanlar, mollaməhərrəmgillər" mənasındadır.[1]

Əhalisi redaktə

2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 935 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı redaktə

Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıqheyvandarlıq təşkil edir.

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
  2. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024