Monoloq (film, 1987) Haqqinda Melumat - Vikipedia

Monoloq (film, 1987) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Monoloq (film, 1987)

Monoloq
Fayl:Monoloq (film, 1987).jpg
Janr bioqrafik
Rejissor Tofiq Mütəllimov
Ssenari müəllifi Əhmədağa Muğanlı
Operator Rafiq Əliyev
Bəstəkar Ramiz Mirişli
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1987
Filmin növü qısametrajlı sənədli film
Müddət 17,5 dəq.
Ölkələr SSRİ SSRİ
Dil azərbaycanca
İl 1987
Texniki məlumatlar 2 hissə
540 metr
35 mm
Rəng rəngli

Məzmun redaktə

Film-portret Azərbaycanın xalq şairi, Sosialist Əməyi Qəhrəmanı, respublika Ali Sovetinin sədri Süleyman Rüstəmin yaradıcılıq yolundan danışır. Film bir çox tarixi hadisənin şahidi olmuş şairin monoloqundan ibarətdir.

Filmin heyəti redaktə

Film üzərində işləyənlər redaktə

Rejissor: Tofiq Mütəllimov
Ssenari müəllifi: Əhmədağa Muğanlı
Operator: Rafiq Əliyev
Bəstəkar: Ramiz Mirişli
Səs operatoru: Kamal Seyidov
Redaktor: Nüsrət Kəsəmənli
Direktor: N.Səfərov

Filmdə iştirak edən redaktə

Süleyman Rüstəm

Arxiv kadrlarda iştirak edənlər redaktə

Maksim Qorki (titrlərdə yoxdur)
Süleyman Rüstəm (titrlərdə yoxdur)
Səməd Vurğun (şəkil) (titrlərdə yoxdur)

Sitatlar redaktə

Süleyman Rüstəm: Neçə dəfə olub məsələn, məqalələr yazılıb yuxarıda, çağırıblar ki, bura qol çək. Biri elə lap Səməd Vurğunun əleyhinə bir məqalə yazmışdı, orada üç yoldaşın məqalənin altında adı olmalıydı. Biri mən, biri Rəsul Rza, biri də Məmməd Rahim. Dedilər Bağırov deyir ki, üçü də qol çəksin. Nə qədər çalışdıq ki, qol çəkməyək, nəhayət məcbur elədi qol çəkməyə.


Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024