Mortal Kombat vs. DC Universe (oyun, 2007) Haqqinda Melumat - Vikipedia

Mortal Kombat vs. DC Universe (oyun, 2007) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mortal Kombat vs. DC Universe (oyun, 2007)

Mortal Kombat vs. DC Universe — "Midway Games"[1] oyun şirkəti tərəfindən 2007-ci ildə yaradılan,[2] döyüş oyunudur.[3][4][5]

Mortal Kombat vs. DC Universe
Hazırlayan Midway Games
Yayımlayan Midway Games
Seriya Mortal Kombat
Anons tarixi 2007
Buraxılış tarixi 2007-ci il
Janrlar Arkada oyunu
Faytinq oyunu
Texniki məlumat
Platformalar PlayStation 3
Xbox 360
Mühərrik Unreal Engine 3
Oyun rejimi çoxnəfərli oyun, birnəfərli oyun
Daşıyıcı Blu-ray Disc
İdarəetmə geympad
Rəsmi saytı

Hekayə redaktə

Şao Kannın Yerə müvəffəqiyyətsiz hücumundan sonra portaldan qaçmaq istəyir, lakin bu zaman Rayden onu ildırım ilə vurur və məhv edir. Həmin müddətdə Yerdə Supermen Darksaydın teleportatordan evə qaçan zaman Supermen ona gözündəki Lazer ilə atəş açır və onu məhv edir. Reydenin Kannı, Supermenin isə Darksaydı məhv etməsi müxtəlif dünyada baş verir və eyni müddətə düşür. Şao Kann və Darksayd birləşərək eyni bir canlıya — "Dark Kann" adlı canlı məxluqa dönür. Dark Kan "Mortal Kombat" və "DC Universe" dünyalarına qatışaraq onları birləşdirir.

Bu hadisələr nəticəsində personajlar stabil vəziyyətlərindən çıxırlar. Bir çox personajlar başqalarına qarşı qəzəb hissi keçirirlər. Personajlar yaxındakı personajların üzərinə hücum etməyə başlayırlar. Bu səbəbdən bəzi personajlar gah güclü, gah da zəif olur. Buna görə də, Supermenə başqa dünyadan gələn magiya ona ağrıdıcı təsir göstərir. Betmenin geydiyi qara kostyum onu Reyden ilə döyüşməyə vadar edir. Final döyüşündən əvvəl yalnız iki personaj qalır: Reyden və Supermen. Bu iki personajlar Finalda döyüşməyə başlayırlar. Onların hər ikisinin bir-birlərinə qarşı qəzəb hissləri vardır, amma döyüşdən bir müddət keçdikdən sonra personajların hər ikisi başa düşür ki, qəzəb hissini yatırtmaq Dark Kanna mənfi təsir göstərir. Personajlar artıq bir-birlərinə qarşı qəzəb hissi keçirmirlər. Bu səbəbdən məğlub olan Dark Kann olur. Hər iki dünya yenidən bərpa olunmağa başlayır, amma ortaya bir problem çıxır. Şao Kann hansısa səbəbdən Yerdə, Darksayd isə Yeraltı dünyasında qalmışlar. Onların hər ikisinin gücsüz qalmalarına baxmayaraq öz dünyalarından daha da yaxşıdır. Bu səbəbdən qəhrəmanlar imperatorları başqa dünyalara göndərirlər. Supermen Şao Kannı Fantom zonasına, Reyden isə Yeraltı dünyaya yollayır.

Personajlar redaktə

Mortal Kombat personajları "DC Comics" personajları
Sab-Ziro Betmen
Skorpion Supermen
Şanq Tsunq Fleş
Sonya Bleyd Pişik-qadın
Kitana Möcüzə-qadın
Ceks Yaşıl Fənər
Liu Kenq Coker
Reyden Kapitan Marvel
Kano Ditstrouk
Baraka Leks Lyutor
Şao Kann Darksayd

İstinadlar redaktə

  1. Sinclair, Brendan. "New Mortal Kombat details inKoming". GameSpot. April 17, 2008. July 29, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: April 2, 2010.
  2. Miller, Greg. "Comic-Con panel on Mortal Kombat vs. DC Universe". IGN. June 25, 2008. December 16, 2008 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: December 6, 2008.
  3. McWhertor, Michael. "Comic-con 08: Green Lantern, Joker Join MK Vs. DC Universe Line Up". Kotaku. July 25, 2008. October 6, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2008.
  4. McWhertor, Michael. "Games Convention 08: Wonder Woman, Raiden Two Of Four New Kombatants". Kotaku. August 20, 2008. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2008. (#apostrophe_markup)
  5. Purchese, Rob. "Midway reveals MK vs. DC character List - Eurogamer". Eurogamer. September 12, 2008. March 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 9, 2008.

Xarici keçidlər redaktə


Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024