Mosul döyüşü (2016–2017) Haqqinda Melumat - Vikipedia

Mosul döyüşü (2016–2017) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mosul döyüşü (2016–2017)

Mosul əməliyyatı (ərəb. معركة الموصل‎) - İraq ordusu, Kürdüstan Regional Hökumətinə tabe olan silahlı birləşmələr və xarici koalisiyanın dəstəyi ilə Mosul şəhərinin İraq Şam İslam Dövlətinin nəzarətindən çıxarılması uğrunda aparılan hərbi əməliyyat.[10][11][12] Döyüşlər Biz Nineviyaya gəlirik (ərəb. قادمون يا نينوى‎; Qadimun Ya Naynawa)[13][14] şüarı altında 2016-cı ilin 16 oktyabr tarixində başlanıb.[1][15][16] 2014-cü ilin iyun ayında İraq Şam İslam Dövlətinin İraq ordusu ilə apardığı 6 günlük müharibə nəticəsində şəhər İŞİD-in nəzarəti altına keçib və həmin tarixdən sonra şəhərin azad olunması üçün aparılan əməliyyatlarda bir nəticə əldə olunmayıb.[17] Mosul şəhərinin itirilməsi 2003-cü ildə ABŞ-nin İraqdakı Səddam Hüseyn rejiminə qarşı apardığı hərbi əməliyyatlardakı məğlubiyyətlərdən sonra ikinci ən böyük məğlubiyyət hesab olunur.[18]

Mosul əməliyyatı
Mosul şəhəri ətrafında İraq ordusunun və kürd qüvvələrinin hərəkəti. İŞİD nəzarəti altında olan şəhərə 4 müxtəlif bölgədən hücum əməliyyatları təşkil olunub.
Tarix 16 oktyabr, 2016 - 20 iyul, 2017
Yeri Mosul şəhəri İraq İraq
Səbəbi Mosul şəhərinin İŞİD-dən azad edilməsi
Nəticəsi İraq ordusunun qələbəsi
Münaqişə tərəfləri

İraq
İraq Kürdüstanı

İŞİD

Komandan(lar)

Heydər əl-Abadi
Nəyim Əl-Ciburi

Ömər Hüseyn[1]
Səbri Kavli [2]
Sərdar Saleh [3]
Həmid Birmoza

Əbu Bəkr əl-Bağdadi
Əziz-Əli  

Tərəflərin qüvvəsi

54.000–60.000[4]
40.000[4]

9.000

İtkilər

2 (hərbçi)
16[5][6] (hərbçi)
1[7] (hərbçi)

298[8][9] (terrorçu)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mosul şəhərinin azad olunması üçün 2015-ci ildə keçirilmiş Mosul əməliyyatı və 2016-cı ilin mart ayında başladılmış Mosul uğrunda əməliyyatda ciddi nəticələr əldə olunmamış, şəhər əvvəlki kimi İraq Şam İslam Dövlətinin nəzarəti altında qalmışdır. Müttəfiq qüvvələr əvvəlki iki əməliyyatda Mosul ətrafında yerləşən qəsəbə və kəndləri azad etməyə nail olmuşdular. Mosul müharibələrdən əvvəl 1.5 milyon əhalisi ilə İraqın ən böyük üçüncü şəhəri hesab olunurdu. İraq Şam İslam Dövlətinin özünə paytaxt olaraq elan etdiyi Suriya ərazisində yerləşən Əl-Rəqqa şəhəri ilə birlikdə Mosul, İŞİD nəzarətində olan ən böyük iki şəhərdən biridir. Beynəlxalq humanitar təşkilatların hesabatlarına görə şəhər, İŞİD nəzarəti altında keçəndən sonra əhalisinin yarısından çoxu ərazidən qaçıb və şəhərdə onlarla ağır cinayətlər törədilib. İraq Şam İslam Dövlətinin dinc əhalidən canlı qalxan kimi istifadə olunması ilə bağlı onlarla sübutlar mövcuddur.[19]

İraq ordusunun və Kürdüstan Regional Hökumətinə bağlı qüvvələr 16 oktyabr tarixindən etibarən dörd müxtəlif cəbhədən şəhər istiqamətində irəliləməyə başlayıb. ABŞ və digər müttəfiq ölkələrə bağlı aviasiya isə havadan İŞİD mövqələrinə endirilən zərbələrlə qurudan aparılan əməliyyatı tezləşdirməyə çalışır. Mosul əməliyyatının ilk günlərindən sonra 20-dən çox qəsəbə və kəndin İŞİD-dən azad edildiyi bilidirlir. 26 oktyabr tarixinə olan məlumata görə azad edilmiş kəndlərin sayı 37-dir. Rəmsilər döyüşlərin belə tempdə davam edəcəyi halda Mosulun təxmin ediləndən daha tez azad edilə biləcəyini bildirir.[20]

Arxa plan redaktə

 
ABŞ ordusuna məxsus M109 haubitsası İŞİD mövqelərinə atəş açarkən. (2016, 16 oktyabr)

Mosul İraqda əhalisinin sayına görə BağdadBəsrədən sonra üçüncü, strateji əhəmiyyətinə görə isə Bağdaddan sonra ikinci şəhər idi. Səddam Hüseynin edam olunmasından sonra İraq daxilində parçalanmaların sürətlənməsi və şiə yönümlü hakimiyyətin başa keçməsinin ardından əhalisinin mütləq əksəriyyətininin sünni müsəlmanlardan təşkil olunduğu Mosulda fikir ayrılıqları yaranmağa başladı. Şəhər əhalisi şəhərin İraq Şam İslam Dövləti tərəfindən zəbt olunmasını arzulamasada, İraq hökumətinin yürütdüyü siyasətdən açıq şəkildə narazı olduqlarını bir necə dəfə ifadə etmişdir. İraq ordusunun ərazidə gücünün zəifləməsindən istifadə edən İraq Şam İslam Dövləti terrorçuları 2014-ci ilin iyun ayının 4-də əməliyyatla Mosula doğru hərəkət etməyə başladılar. Əməliyyatlar 6 gün davam etdi və 10 iyun tarixində 1.5 milyona yaxın əhalisi olan şəhər cəmi 800 nəfər İŞİD terrorçusu tərəfindən işğal edildi.[21] Mosul şəhərində yerləşən Ulu Məsciddə İraq və Şam İslam Dövlətinin lideri Əbu Bəkr əl-Bağdadi etdiyi çıxışında İraqSuriya ərazilərinin əhatə edən böyük bir xəlifəliyin yaradılıdğını elan etmişdir.[22]

İraq Şam İslam Dövlətinin ərazidə terror fırtınası əstirməsi nəticəsində iki il ərzində Mosul və ətraf ərazilərində yaşayan 1 milyona yaxın insan ərazinin məcburi şəkildə tərk etməli oldu. Xüsusi ilə qeyri-islami dini inanclara sahib olan və müxtəlif qruplar halında yaşayan yezidilər, ermənilər, assuriyalılarİŞİD ilə islamın eyni təriqətlərini bölüşməyən türkmanlarşahbeklər açıq hədəf halına gəlmişdi.[23] Mosul İraqda terrorçuların əsas qalası sayılır və şəhərin tam şəkildə azad edilməsi İraq Şam İslam Dövlətinin İraqda olan nüfuzunu tamam itirməsi ilə nəticələnə bilər. Bütün bu səbəblərə görə 2016-cı ilin oktyabr ayında başladılan Mosul əməliyyatı müharibələrin anası hesab olunur.[24][25][26][27]

İraq ordusu və Kürdüstan Regional Hökumətinin qurudan apardığı əməliyyatlara ABŞ aviasiyası havadan İŞİD mövqelərinə endirdiyi zərbələrlə dəstək göstərməkdədir. Britaniya Hərbi Hava Qüvvələrinə məxsus hərbi təyyarələr 72 saat ərzində Mosul ətrafında yerləşən hədəfələrə endirdiyi zərbələr nəticəsində onlarla müxtəlif hədəfin məhv edildiyini açıqlamışdır.[28] Müttəfiqlərin hərəkətini məhdudlaşdırmaq üçün işidçilər neftlə dolu quyuları yandıraraq Mosul ətrafında yanğınlar törətmişdilər.[29]

Qüvvələr redaktə

ABŞ Müdafiə Nazirliyinin məlumatına əsasən Mosul və ətraf ərazilərdə İraq Şam İslam Dövlətinə bağlı 3.000 - 5.000 civarında terrorçu mövcuddur. Digər mənbələrdə isə terrorçuların sayı 2.000 və 9.000 aralığında göstərilir. CNN xəbər kanalına İraq rəsmiləri tərəfindən verilən məlumata görə koalisiya qüvvələri tərəfdən 94.000[30] yaxın döyüşçü əməliyyatlara cəlb olunub. Müttəfiqlərin sıralarına 54.000 - 60.000 İraq Müdafiə Nazirliyinə tabe olan İraq Nizami Ordusunun əsgərləri, Şiə yönümlü Əl-Həşd Əl-Şəhabi qruplaşmasına daxil 16.000 döyüşçü və Kürdüstan Regional Hökumətinin nəzarəti altında döyüşən 40.000 nəfərlik peşmərgə birlikləri daxildir.[29] İraqda yaşayan xristian dini icmaların nümayəndələridə yaratdıqları kiçik qruplar ilə müttəfiq qüvvələrin sıralarında döyüşür. Bu qəbildən tərkibi Assuriyalılardan təşkil olunmuş Nineviya Ovasının Müdafiə Birliklərini misal göstərmək olar.[31] İran aparılan hərbi əməliyyatlarda şiə yönümlü müxtəlif qruplara dəstəyini göstərir. Şiə yönümlü Əl-Həşd Əl-Şəhabi və digər bənzəri qruplaşmalar İŞİD ilə aparılan müharibədə aktiv rol alırlar.

 
Mosul əməliyyatı üçün hazırlanmış peşmərgələrə Ərbil şəhərində təlimlərin keçirilməsi.

ABŞ tərəfindən rəhbərlik edilən və Birləşmiş Millətlər Təşkilatına üzv olan 60 qədər ölkənin daxil olduğu hərbi koalisiya İraq Şam İslam Dövləti ilə aparılan mübarizədə İraq ordusuna və digər müttəfiqlərinə köməklik göstərməkdədir.[32] Beynəlxalq koalisiyanın qərargahı Mosul şəhərindən 60 kilometr cənubda yerləşən Qayyarah hava limanın ərazisində qurulmuşdur və əməliyyatlar buradan idarə edilməkdədir.[33]

ABŞ ordusuna bağlı 101-ci Desant Diviziyasının 560 hərbçisi Qayyarah hava limanında yerli birləşmələrə təlimlər, lojistik dəstək keçməklə yanaşı əməliyyatlarda da aktiv rol almaqdadır.[34] ABŞ tərəfindən Mosul ətrafında HİMARS markalı topçu raket sistemləri və müxtəlif növ topçu batareyaları yerləşdirilmişdir. Fransa ordusu da 150-200 civarında şəxsi heyəti və ağır texnikası ilə Qayyarahda yaradılmış qərargahda fəaliyyət göstərir.[35] Mosul ətrafında olan Fransa əsgərlərindən başqa Ərbil şəhərində peşmərgə qüvvələrinə təlim keçmələri üçün 150 nəfərlik fransız əsgəri də səfərbər olunub.[36] Avstraliya Silahlı Qüvvələrinə bağlı 80, Kanada Silahlı Qüvvələrinə bağlı 210-a yaxın hərbçi peşmərgələrə lojistik dəstək və təlim keçmək üçün ərazidə səfərbər edilib. Bundan əlavə Kanada ordusunun iki səhra xəstəxanası 60 nəfərlik şəxsi heyətlə birlikdə İŞİD-lə aparılan döyüşlərdə yaralanmış iraqlı və kürd döyüşçülərə xidmət göstərməkdədir.[37][38] Türkiyə Silahlı Qüvvələri Mosulun azad edilməsi hərəkatı başladılandan dərhal sonra proseslərdə aktiv rol almağa hazır olduğunu açıqladı. Hal-hazırda İraq ərazisində Türk ordusuna bağlı 1.500 - 2.000 civarında hərbçi və hərbçi sayına münasib hərbi texnika mövcuddur.[39] İraqın Başqiya ərazisində 500 nəfərə yaxın hərbçisi olan Türkiyə Silahlı Qüvvələri burada yerli sünni iraqlılara və türkmanlara təlimlər keçir, yerli ərazilərin İŞİD hücumundan müdafiə etməyə çalışır.[40][41] Bəzi İraq rəsmiləri Türkiyənin prosesə müdaxilə etməsini işğal kimi qələmə versələrdə, Türkiyə Respublikasının 12-ci prezidenti, Rəcəb Tayyib Ərdoğan 1 oktyabr tarixində Türkiyə Böyük Millət Məclisində etdiyi çıxış zamanı Biz Mosulun azad olunması əməliyyatında öz töhfəmizi verəcəyik və heç kim bizə buna görə mane ola bilməz fikirlərini səsləndirmişdir.[42] Ərdoğan həmçinin Türkiyənin İraqdakı hadisələrə müdaxilə etməsinin ölkəsində silsilə şəkildə baş verən terror hücumlarının qarşısının alınmasında da effektiv olacağını bildirmişdir.[43] Türkiyə Silahlı Qüvvələrinin Mosul əməliyyatında iştirakı Kürdüstan Regional Hökumətinin etirazı ilə qarşılanmışdır.[44] Yüzlərlə etirazçı 18 oktyabr tarixində Türkiyənin Bağdad şəhərində yerləşən səfirliyinin qarşısında toplanaraq Türkiyə Silahlı Qüvvələrinin dərhal İraqdan çəkilməsini tələb etmişdir.[45]

Səddam Hüseynin keçmiş vitse-prezidenti olmuş İzzət İbrahim Əl-Duri İraqlı Sosialistlərin cəmləşdiyi Bəəz pariyasının adından yaydığı müraciətində Mosul əhalisninin İraq Şam İslam Dövlətinə qarşı etirazlara qalxmağa səsləmişdir.[46][47] Koalisiya qüvvələrinin və onlarla müxtəlif silahlı birləşmələrin olmasına baxmayaraq İraqın Baş Naziri Heydər əl-Abadi Mosul şəhərinə ilk daxil olacaq ilk birləşmənin İraq ordusu və İraq polisinin olacağını bildirmişdir.[16][48]

Döyüşlər redaktə

16 oktyabr redaktə

İraqın Baş Naziri Heydər əl-Abadi Mosulun azad edilməsi üçün yeni bir hərəkata başladıqlarını elan etdi.[16] Rəsmilər həmin gün şəhər ətrafında yerləşən İŞİD mövqelərinə müxtəlif avia zərbələrin endirildiyini açıqladılar.[1]

17 oktyabr redaktə

Baş Nazir Heydər əl-Abadinin televiziyada xalqa etdiyi çıxış ardından səhər saat 06:00 da əsas hücum əməliyyatının başladığı elan edildi.[49] BBC müxbiri Əhməd Maker hazırladığı repotajlarında İraq ordusun əsas hədəflərinin Mosul şəhərinin mərkəzinə daxil olmamışdan əvvəl şəhəri tam şəkildə mühasirəyə almaq olduğunu bildirmişdir.[50] İraq ordusu cənubdan Kürdüstan Regional Hökumətinə bağlı peşmərgə birlikləri isə şimaldan olmaqla üç müxtəlif cəbhədən şəhər istiqamətinə doğru hərəkət etməyə başladılar.[51] İŞİD-lə aparılan döyüşlərin ilk 24 saatından sonra 20-dən çox kənd və qəsəbə müttəfiqlərin nəzarəti altına keçdi.[52] Cənub cəbhəsində İraq ordusunun Qəyyarah, Əl-Sirt, Bayvanya, Əl-Hud və Əl-Məsraf istiqamətlərində uğur əldə etməsi İŞİD-in Mosul ətrafındakı manevr imkanlarını xeyli zəiflətdi. İraq rəsmiləri Qəyyarah bölgəsində yerləşən bu vaxta qədər İŞİD nəzarəti altında olan 56 ədəd neft quyusunun ordunun nəzarəti altına keçdiyini açıqladı.[53] İraq ordusunun ciddi müqavimətlə qarşılaşmasına baxmayaraq Kürdüstan Regional Hökumətinə bağlı peşmərgə birlikləri şərq və şimal cəbhələri istiqamətindəki döyüşlərdə gözləniləndən fərqli ciddi müqavimətlə rastlaşmadılar.[54] Kürdüstan Regional Hökumətinin Prezidenti Məsud Barzani əməliyyatının ilk günün tamamında peşmərgə güclərinin və İraq ordusunun 200 kvadrat kilometr ərazinin İŞİD-dən təmizləndiyini açıqlamışdır.[55] Ən azı 5 peşmərgənin müharibənin ilk günündə İŞİD silahlıları tərəfindən öldürüldüyü Al Jazeera mənbələrində qeyd olunmuşdur.[55]

İraq rəsmiləri İŞİD-in müharibənin ilk günlərində verdiyi ağır itkilər səbəbindən Mosulun cənubunda yerləşən Hamadinya bölgəsinə doğru geri çəkildiyini açıqlamışdır. CNN telekanalı döyüşlərdə yaralanmış onlarla terrorçunun müalicə üçün İŞİD-in özünə paytaxt elan etdiyi Ər-Raqqa şəhərinə göndərildiyini bildirmişdir.[4] Ağır bombardımanlardan sonra Mosul daxilində yerləşən İŞİD birliklərinin öz qərargahlarını dəyişdirdikləri və terror təşkilatının sıralarında olan bir çox şəxsin ərazidən qaçmaq istədikləri qeyd olunur.[56]

18 oktyabr redaktə

Humanitar vəziyyət redaktə

Tərəflər arasında aparılan hərbi əməliyyatlardan ən çox zərəri Mosolun yerli əhalisi çəkməkdədir. Qış fəsilini yaxınlaşması, zəruri istehlak mallarına olan təlabatın kəskin formada artması nəticəsində insanlar arasında böyül humanitar fəlakat yaranmışdır. Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə koordinatoru Liza Qrande Ən pis ssenariyə əsasən biz 2016-cı ilin ən dəhşətli humanitar fəlakətlərindən birini izləməkdəyik fikirini səsləndirmişdir. Uşaqları qoruyaq beynəlxalq təşkilatının hazırladığı hesabatda şəhər əhalisinin ərazidən çıxarılması üçün etibarlı kordidorların təmin edilməcəyi təqdirdə şəhərdə böyük qətliamların baş verə biləcəyi narahatçılığı ifadə olunmuşdur.[57] ABŞ Dövlət Departamenti yaydığı hesabatda İŞİD-in yerli Mosul əhalisindən canlı qalxan kimi istifadə etdiyini və dinc əhalinin aparılan döyüşlərdən böyük ziyan gördüyünü bildirmişdir.[58]

İŞİD-in şəhərdən çıxamaq istəyən dinc əhalini ölümlə təhdid etdiyi təxmin olunur. Snayperlər və əraziyə yaxın yerlərdə basdırılmış minalar, şəhərdən qaçmaq istəyən dinc əhali üçün təhdid yaradıb. İraq rəsmiləri şəhərdə yayımlanan radio kanallara müdaxilə edərək, şəhər əhalisini evlərindən çölə çıxamamğa və etibarlı yerlərdə gizlənməyə səsləyib. Hökumət şəhər əhalisinin aparılan əməliyyatlarda maksimum az zərər görməsi üçün şəhərə gedən qaz xəttlərini kəsib.[59]

Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının nümayəndəsi Filippo Qrandi 17 oktyabrda Ərbil şəhərinə gedərək kürd rəsmilərlə görüşüb.[60] Aparılan danışıqlarda Mosuldan və ətraf ərazilərdən gəlmiş qaçınlar üçün 45.000 nəfərlik tutumu olan beş qaçqın düşərgəsinin yaradıldığı və gələcəkdə qaşqın düşərgələrininin tutumunun 120.000 nəfərə qədər qaldırılması planlaşdırılıb.[61] Mosuldan çıxmaq məcburiyyətində qalmış onlarla ailə Suriyanın şimalında kürdlərin nəzarəti altında olan bölgədə yerləşən Əl-Havl qaçqın düşərgəsinə gətirilib. Bura gətirilən qaçqınlarının ümumi sayının 6.000 nəfərdən çox olduğu bildirilir.

18 oktyabr tarixində 2.000 nəfərə yaxın Mosul sakini Suriyaya qaçaq şəkildə keçmək istəyərkən YPG birlikləri tərəfindən saxlanılıb və qaçqın düşərgələrinə yönləndirilib. Şəhərin qərb cinahından çıxan qaçqınların müxtəlif qaçqın düşərgələrinə yerləşdirilməsi mümkün olsada, şərq tərəfdən şəhəri tərk edənlərlə əlaqə saxlanılması və onların gələcək talehləri barədə konkret fikir bildirmək çətindir. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığının əsas narahatçılıqlarından biri də şəhəri şərq tərəfdən tərk edən qaçqınlarla lazımi əlaqənin yaradıla bilməməsi ilə bağlıdır. Avstraliya Mosuldan qaçqın düşmüş insanlara humanitar yardımının göstərilməsi ilə bağlı dövlət büdcəsindən 7.500.000 dollar, Yeni Zelandiya isə 1.000.000 dollar məbləğin ayrıldığını elan edib.[62]

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 Haddad, Tareq. "'US military has started shelling Mosul' says Peshmerga commander". International Business Times. 16 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  2. [1] Arxivləşdirilib 2020-11-08 at the Wayback Machine Musul yakınlarında peşmerge tuğgeneral Sabri Kavli IŞİD tarafından yakalanmış. Sorgulandıktan sonra öldürülmüş.
  3. [2] Arxivləşdirilib 2020-11-08 at the Wayback Machine Musul Harekatı'nda görevli Serdar Salih ve Hamit Birmoza isimli 2 peşmerge albayı IŞİD tarafından Musul doğusunda öldürüldü.
  4. 4,0 4,1 4,2 Walsh, Nick Paton; Blau, Max; Park, Madison; McLaughlin, Eliott C. "Battle for Mosul: Iraqi forces inflict 'heavy losses'". CNN. 17 October 2016. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  5. "Evidence of a 'difficult fight' ahead as forces move toward ISIS-held Mosul". Washington Post. 18 October 2016. 22 May 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 October 2016.
  6. "Fighting intensifies as Iraqi special forces drive toward Mosul; U.S. soldier killed". 2020-12-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-22.
  7. "First US Service Member Killed In Mosul Offensive". Military.com. 20 October 2016. 26 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2016.
  8. "Battaglia di Mosul, Baghdad: ucciso emiro di Ninive dell'Isis". 2017-02-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-22.
  9. "Mosul battle: IS launches Iraq counter-attack at Kirkuk". BBC News (ingilis). 2016-10-21. 2016-10-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-21.
  10. Dunford, Daniel. "Battle for Mosul: UN prepares for aftermath 'chaos'". BBC News. 15 October 2016. 15 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2016.
  11. "The Coming Battle for Mosul". The New York Times. 14 October 2016. 5 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2016.
  12. von Hein, Matthias. "Interview: Battle for Mosul likely to lead to power struggle". Deutsche Welle. 14 October 2016. 15 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 October 2016.
  13. "العبادي يطلق على عمليات تحرير نينوى تسمية "قادمون يا نينوى" أمن". Al Sumaria. 17 October 2016. 19 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2016.
  14. Winter, Charlie. "How ISIS Is Spinning the Mosul Battle". The Atlantic. 20 October 2016. 1 September 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2016.
  15. "Battle for Mosul: Iraq and Kurdish troops make gains". BBC News. 17 October 2016. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  16. 16,0 16,1 16,2 Blau, Max; Park, Madison; McLaughlin, Eliott C. "Battle for Mosul: Iraqi forces close in". CNN. 17 October 2016. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  17. Yan, Holly; Muaddi, Nadeem. "Why the battle for Mosul matters in the fight against ISIS". CNN. 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  18. "What is the battle for Mosul? Everything you need to know about the fight to liberate Isil's last bastion of power in Iraq". The Daily Telegraph. 17 October 2016. 9 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  19. "Battle for Mosul sparks fears of humanitarian crisis". Times LIVE. Agence France Press. 17 October 2016. 1 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  20. Chulov, Martin; Borger, Julian. "Two months to take Mosul from Isis, says Iraqi general". The Guardian. 19 October 2016. 1 March 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 October 2016.
  21. "Factbox: Once-tolerant Mosul site of Iraq push against Islamic State". Reuters. 16 October 2016. 19 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  22. "Factbox: Once-tolerant Mosul site of Iraq push against Islamic State". 2016-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-22.
  23. Bulos, Nabih. "The battle in Iraq that could turn the tide against Islamic State: The fight for Mosul is about to begin". Los Angeles Times. 2 October 2016. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  24. Ensor, Josie. "Isil 'launches suicide attacks' on Kurdish forces in Mosul as bloody battle to retake terror group's Iraq stronghold begins". The Daily Telegraph. 17 October 2016. 9 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  25. "Iraqi army begins 'mother of all battles' to reclaim Mosul". msn.com. 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  26. Hughes, Chris. "ISIS under devastating attack as 'mother of all battles' begins in Mosul". The Mirror. 17 October 2016. 19 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  27. Wedeman, Ben. "Will ISIS be pushed easily from Mosul?". CNN. 25 August 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  28. "Isil 'launches suicide attacks' on Kurdish forces in Mosul as bloody battle to retake terror group's Iraq stronghold begins". The Daily Telegraph. 17 October 2016. 9 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  29. 29,0 29,1 "PressTV-LIVE UPDATE: Final push to retake Mosul". presstv.com. 26 December 2018 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  30. Walsh, Nick; Blau, Max; Grinberg, Emanuella; Hume, Tim. "Battle for Mosul: Iraqi forces inflict 'heavy losses' on ISIS". CNN. 17 October 2016. Event occurs at 20:02. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  31. Lodge, Carey. "Christian Forces Will 'Fight Relentlessly' To Free Mosul From ISIS | Christian News on Christian Today". Christian Today. 18 October 2016. 10 October 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  32. "Iraq, Syria Make Significant Strides Countering ISIL, Press Secretary". U.S. Department of Defense. 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  33. Forey, Samuel. "Bataille de Mossoul: reportage à Qayyarah, dans le QG de la coalition". Le Figaro (fransız). 16 October 2016. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  34. Sisk, Richard. "101st Soldiers Deploying to Bolster Fight Against ISIS in Iraq". Military.com (ingilis). 8 August 2016. 19 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  35. Chapleau, Philippe. "Les quatre Caesar de Qayyarah ont déjà donné de la voix". Ouest-France. 29 September 2016. 29 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  36. "Bataille de Mossoul : qui participe à la reconquête ?". L'Observer (fransız). 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  37. Greene, Andrew. "Islamic State: Australia's special forces to assist Iraq military in battle for Mosul". ABC News. Australian Broadcasting Corporation. 2017-10-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  38. Chase, Steven. "Canadian forces providing crucial support in battle to recapture Mosul". The Globe and Mail. 8 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  39. Mathieu, Luc; Kodmani, Hala. ""Le gouvernement irakien n'a pas de plan pour le jour d'après"". Libération.fr. 16 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  40. "Offensive sur Mossoul: Washington tente de désamorcer les tensions Turquie-Irak". L'Orient-Le Jour. 12 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  41. "Reconquête de Mossoul: la Turquie entend peser sur le champ de bataille irakien" (fransız). Radio France Internationale. 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  42. Lister, Tim; Alkhshali, Hamdi. "Stakes high for Iraq as Mosul offensive looms". CNN. 4 October 2016. 17 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  43. "Erdogan: Iraq unable to liberate Mosul on its own". Al Arabiya. 15 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  44. Hesen, Rêbaz. "People of South Kurdistan: Turkey after a permanent occupation in Mosul". Firat News Agency. 17 October 2016. 19 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  45. "آلاف العراقيين يتظاهرون للمطالبة بخروج القوات التركية (Thousands of Iraqis Demonstrate to Demand the Withdrawal of Turkish Troops". قناة الحرة (Al Hurra). 18 October 2016. 20 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  46. "تحرير الموصل.. جيش النقشبندية ينفي اشتباك البشمركة مع "داعش"". Bawwabat Al-Arab (Arabic). 18 October 2016. 21 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2016.
  47. "الهجوم ينجز أهدافه في سهل نينوى". Azzaman (Arabic). 17 October 2016. 18 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 October 2016.
  48. "Trompettes et tambours médiatiques pour la reconquête de Mossoul". Ouest-France (fransız). 17 October 2016. 31 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  49. Gordon, Michael R.; Arango, Tim. "Kurdish Troops Advance on ISIS-Held Villages East of Mosul". The New York Times. 17 October 2016. 15 April 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  50. "Mosul battle: EU 'should expect influx of jihadists'". BBC News. 18 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  51. Iraq's Kurdish forces launch fresh push east of Mosul Arxivləşdirilib 2016-10-18 at the Wayback Machine Deccan Chronicle (17 October 2016)
  52. Chmaytelli, Maher. "Iraqi forces announce progress in Mosul offensive". Reuters. Baghdad. 18 October 2016. 20 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  53. Goran, Baxtiyar. "Iraqi army liberate new villages in second day of Mosul operation". Kurdistan 24. 18 October 2016. 21 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 October 2016.
  54. Chulov, Martin; Hawramy, Fazel; Borger, Julian; Wintour, Patrick. "Battle for Mosul: Iraqi forces converge in decisive battle against Isis". The Guardian. 18 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  55. 55,0 55,1 "Battle for Mosul: Iraqi forces claim gains against ISIL". Al Jazeera. 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  56. "ISIS evacuates its headquarters and withdraws to east side of Mosul". Iraqi News. 17 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  57. "Children's charity warns Mosul population could face bloodshed without safe routes". rudaw.net. 17 October 2016. 29 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  58. "Mosul battle: US says IS using human shields". BBC News. 19 October 2016. 29 September 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 October 2016.
  59. "L'armée irakienne largue des tracts sur Mossoul en prévision d'une offensive". France 24 (fransız). 16 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 17 October 2016.
  60. "UN: Protection of civilians must be ensured in Mosul offensive". Rudaw Media Network. 17 October 2016. 27 May 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  61. Paton Walsh, Nick; McKirdy, Euan. "Mosul: Territory recaptured from ISIS". CNN. 18 October 2016. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 October 2016.
  62. "Iraq's operation to liberate Mosul receives international support amid humanitarian concerns - Global Times". Global Times. Xinhua. 19 October 2016. 19 October 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 October 2016.

Saytda 108 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024