Mozambik bayrağı Haqqinda Melumat - Vikipedia

Mozambik bayrağı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mozambik bayrağı

Mozambik bayrağıMozambikin dövlət bayrağı.

Mozambik bayrağı
Təfərrüatlar
Proporsiya 3:2
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Forması redaktə

BMT üzvü ölkələr arasında odlu silahın həkk oldunduğu üç bayraqdan biri də Mozambik bayrağıdır. Bu bayraq dünyada yeganə bayraqdır ki, onun üzərində Kalaşnikov avtomatının şəkli var[1]. Bununla yanaşı bayraqda toxa təsvirinə də rast gəlmək olar ki, avtomatla birgə onlar X-ya bənzər forma yaradırlar.

1975-ci ildə Portuqaliyadan müstəqilliyini aldıqdan sonra Mozambik Azadlıq Hərəkatının bayrağı sayılan, 3:2 nisbətində üfüqi vəziyyətdə yaşıl, qara, sarı zolaqlar və qırmızı düzbucaqlı üzbucaq olan bayrağa FRELIMO-nun (Frente de Libertação de Moçambique - Mozambik Azadlıq Cəbhəsi) simvolları əlaqə edilərək 1983-cü ildə rəsmi bayraq kimi qəbul edilmişdir. Bu vaxta qədər isə bayrağın dizaynı bir qədər fərqli olmuşdur.

Bayraqdakı yaşıl rəng - ölkənin yerüstü sərvətlərini, qara rəng - Afrika qitəsini, qızılı sarı rəng - ölkənin yeraltı sərvətlərini, qırmızı rəng - müstəmləkəçiliyə qarşı müqaviməti, suverenliyin müdafiəsi və milli azadlıq uğrunda silahı mübarizəni, ağ rəng - Mozambik xalqının mübrizənin haqlılığını və sülhü, sarı beşguşəli ulduz - mozambik xalqının beynəlmiləl həmrəylik ruhunu, kitab - təhsili, toxa - kənd təsərrüfatını, istehsalatı və AK-47 - silahlı mübarizəni və ölkənin müdafiəsini simvolizə edir.[2]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Hansı dövlətin bayrağında Kalaşnikov avtomatının şəkli var? Arxivləşdirilib 2021-10-18 at the Wayback Machine kulis.az 09.11.2013.  (az.)
  2. "Mozambik Respublikasının Konstitusiyası, IV Fəsil, Maddə 193". 2022-02-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-06.

Saytda 110 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024