Murahaşi Hisanari Haqqinda Melumat - Vikipedia

Murahaşi Hisanari Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Murahaşi Hisanari

Murahaşi Hisanari (村橋久成?, oktyabr 1842, Satsuma hanı[d], Saykaydo[d]28 sentyabr 1892, Kobe)Meyci dövründə fəaliyyət göstərmiş Yaponiya dövlət məmuru.[1] O, Yaponiyada ilk ictimai pivə zavodunu tikdirmiş və "Sapporo" pivə şirkətinin yaradılmasında vacib rol oynamışdır.[2]

Murahaşi Hisanari
yap. 村橋久成
Doğum tarixi oktyabr 1842
Doğum yeri
Vəfat tarixi 28 sentyabr 1892(1892-09-28) (49 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İlk illəri redaktə

Murahaşi Hisanari 1842-ci ildə müasir Kaqoşima prefekturasının ərazisini əhatə edən Satsuma hanında doğulmuşdur.[3] O, Şimazu klanına mənsub olmuşdur.[3] 1865-ci ildə Böyük Britaniyaya göndərilmiş 15 Satsuma tələbəsindən biri olmuş və London Universitet Kollecində təhsil almışdır.[3] 24 may 1866-cı ildə Yaponiyaya qayıtmışdır.[3]

Yaponiyaya qayıtdıqdan sonra Boşin müharibəsində iştirak etmiş və Hakodate döyüşünin başa çatması üçün sülh danışıqlarında rol oynamışdır.[3] 1871-ci ildə Hokkaydo Koloniyalaşdırma Komissiyasında işləməyə başlamış və 1881-ci ilə qədər Hokkaydoda sənayenin, eləcə də, kənd təsərrüfatının inkişafı üçün işlər görmüşdür.[3]

Pivəçilik redaktə

Murahaşi 1870-ci illərdə Hokkaydoda pivə zavodunun yaradılması üçün Nakaqava Seybey ilə birlikdə layihə başlatmışdır.[1] Həmin dövrdə hökumət pivə zavodunu Tokioda tikdirmək istəsə də, Murahaşi pivə istehsalı üçün soyuq iqlimin, xüsusilə də, buzun vacib olduğunu başa düşmüş və Yaponiyanın şimal ərazisi olan Hokkaydonun bunun üçün ən uyğun yer hesab etmişdir.[1] O hesab edirdi ki, Hokkaydoda pivəxananın açılması orada sənayenin və kənd təsərrüfatının inkişafına da müsbət təsir göstərəcək.[1]

Tokioda pivə zavodunun tikintisi üçün hazırlıqlar davam edərkən Murahaşi 1875-ci ilin dekabrında Hokkaydo planı barədə bildiriş yayımlamışdır.[1] Bu bildirişdə Hokkaydonun pivə zavodu üçün ən ideal yer olması 3 arqumentlə müdafiə edilirdi:[1]

  1. Hokkaydonun iqlimi pivə istehsalı üçün idealdır.[1]
  2. Soyuducu alman üslubunda olan pivə üçün vacib ünsurlərdən biridir və Hokkaydo böyük miqdarda buz ehtiyatına malikdir.[1]
  3. Avadanlıqların Tokiodan Hokkaydoya aparılması iqtisadi baxımdan səmərəli olacaq.[1]

Murahaşinin Hokkaydo planı bəyənilmiş və 27 dekabrda Kuroda Kiyotaka tərəfindən təsdiqlənmişdir.[1] Murahaşi 1876-cı ilin mayında Sapporoya gələrək pivə zavodu üçün münasib yerlər axtarmağa başlamışdır.[1] Zavodun tikintisi iyul ayında başlamış və sentyabrda başa çatmışdır.[1]

Xatirəsi redaktə

Yaponiya hökumətinin pivə zavodu barədə qərarını dəyişdirmək üçün göstərdiyi cəhdlərə görə 2005-ci ildə Hokkaydo merinin Sapporo şəhərində yerləşən rəsmi iqamətgahının bağında Murahaşinin 70 santimetr hündürlüyündə olan bürünc büstünün açılışı baş tutmuşdur.[2] Açılışda heykəlin müəllifi Şinya Nakamura və Murahaşinin ulu nəvəsi Tokiko Oyama da iştirak etmişdir.[2]

İstinadlar redaktə

  1. 1 2 3 4 5 6 7 8 9 10 11 12 Alexander
  2. 1 2 3 "Japan's beer pioneer gets a bust in Sapporo". The Japan Times (ingiliscə). 24 sentyabr 2005. 21 mart 2021 tarixində arxivləşdirilib.
  3. 1 2 3 4 5 6 "The History of the Satsuma Students". Satsuma Students Museum (ingiliscə). 9 noyabr 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 noyabr 2022.

Ədəbiyyat redaktə


Saytda 198 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024