Muskan (film, 2004) Haqqinda Melumat - Vikipedia

Muskan (film, 2004) Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Muskan (film, 2004)

Muskan (ingiliscə: Smile) — Rohit-Manişin rejissorluğu ilə 2004-cü ildə hind dilində çəkilmiş romantik-triller filmidir. Əsas rollarda Aftab Şivdasani və Qreysi Sinqh rol almışdır.

Muskan
Rejissor Rohit-Maniş
Ssenari müəllifi Atul Sharma
Baş rollarda Aftab Şivdasani və Qreysi Sinqh
İlk baxış tarixi 2004
Müddət 121 dəqiqə
Ölkə
Dil Hind dili
Rəng rəngli
IMDb ID0409068

Süjet xətti redaktə

Cəsarətli, gülərüz və çılğın modelyer olan Sameer Oberoi (Aftab Shivdasani) həyatda ona lazım ola bilən hər şeyə malikdir: müvəffəqiyyətli karyera; etibarlı və təhlükəsiz gələcək; rahat və zəngin həyat tərzi; onunla evlənməyə ümid edən gözəl qız olan Jahnvi (Neha); bir adam xoşbəxt olmaq üçün daha nə istəyə bilər ki? Amma Sameerin beynində xəyal etdiyi qızın obrazı var və o, tezliklə onu tapacağına ümid edir. Onun bu axtarışı daha yaxşı model axtarışındakı maneələrlə qarşılaşır; bir sıra yanlış telefon zəngləri, onu tanımadığı gənc bir xanımla birləşdirir. Samirin qrupu başqa bir yerə səyahət etmək qərarına gəlir və yolda onların maşını xarab olduğuna görə onlar Muskaan adlı gənc xanımın – “yanlış nömrə”nin də içində olduğu eyni avtobusda təsadüfən səyahət etməyə məcbur olurlar və bu səyahət zamanı Samir və Muskaan arasında yolda bir sıra anlaşılmazlıqlar baş verir. Samir Muskanı bəyənir və onu özünün axtardığı yeni modeli kimi təyin etmək qərarına gəlir və qız onun bu qərarı ilə razılaşır. Sonra Canvi (Jahnvi) qrupun bir üzvü tərəfindən mədəsindən vəhşicəsinə bıçaqlanaraq öldürülür və beləliklə də onların dünyası alt-üst olur və polisin əlindəki yeganə ipucu qızın qatilinin adının “S” hərfi ilə başlamasıdır və nəyin bahasına olursa olsun qatili əldə etməyə qərarlı olan müfəttiş Vikram Rajputun gözündə Samir qızın qətlində əsas şübhəliyə çevrilir. Qatilin axtarışı zamanı Muskaan (Gracy Singh) və Sameer bir-birlərinə aşiq olurlar. Onlar polis bölməsinə getməyə hazırlaşarkən Muskaan Canvinin atasına mesaj qoyduğu kasetlə gəlir. Kasetdəki səsləri dinlədikdən sonra qatilin əslində Satin (Sameerin ən yaxşı dostlarından biri) olduğu məlum olur. Sonda Satin həbs edilir və Muskaan və Sameer yenidən birləşirlər.

Aktyor heyəti və rolları redaktə

  • Aftab Shivdasani... Sameer Oberoi
  • Gracy Singh... Muskaan
  • Gulshan Grover... İnspektor Vikram Rajput
  • Neha... Jahnvi
  • Anjala Zaveri... Shikha
  • Parvin Dabas... Sharad
  • Vrajesh Hirjee... Saturn
  • Razak Khan... Hotel meneceri
  • Poonam Simar... Shweta
  • Rajeev Verma... Canvinin atası
  • Sharat Saxena

İstinadlar redaktə


Saytda 197 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024