Mustafa İslamoğlu Haqqinda Melumat - Vikipedia

Mustafa İslamoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mustafa İslamoğlu

Mustafa İslamoğlu (28 oktyabr 1960, Kayseri) — Türk ilahiyyatçı, şair. Ədəbiyyat, İslam hüququ, İslam tarixi, təfsir kimi sahələrdə tanınmış alim.

Mustafa İslamoğlu
Doğum tarixi 28 oktyabr 1960(1960-10-28) (63 yaş)
Doğum yeri

Həyatı redaktə

Mustafa İslamoğlu 28 oktyabr 1960-cı ildə Türkiyənin Kayseri vilayətinin Dəvəli şəhərində ziyalı ailəsində dünyaya gəlmiş, orta təhsilini də elə orada almışdır. Orta təhsilini başa vurduqdan sonra Yüksək İslam İnsti-tutunda, daha sonra isə Misirin məşhur əl-Əhzər Universitetin-də iki ixtisas üzrə (İslam hüququ və təfsir) ali təhsilə yiyələn-mişdir.

M. İslamoğlu tələbəlik illərindən fəlsəfi-teoloji-əxlaqi mövzularda elmi tədqiqat işləri ilə məşğul olmağa başlamış (1982–1989) və "Dergah" (1982–83) jurnallarında yayımlamışdır.

Mustafa İslamoğlu filosof, mədəniyyətşünas, ilahiyyatçı, yazıçı və şairdir. Yazıçı-publisistin "Yeni Şafak", "Anadolu’da Vakit", "Akit", "Selam", "Aylık Dergi", "Ribat", "Meydan" kimi qə-zet və jurnallarda çap edilən aktual mövzulara həsr olunmuş məqalələri "Makalat", "Şafak Yazıları", "Dağarcık", "Yokluğunda Düşülmüş Notlar", "Savaş Kesmeyen Sözler", "Sözün Gücü mü", "Gücün Sözü mü", "Yerliler ve Yersizler", "Ayetlerin işığında" adlı əsərlərdə toplanıb, kitablar şəklində çap edilmişdir.

M. İslamoğlu fəlsəfi, teoloji, sosioloji, kulturoloji, tarixi, ədəbi və s. mövzulara dair 30-dan artıq elmi və elmi-publisistik əsərin müəllifidir.

İstinadlar redaktə


Saytda 180 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024