Mustafa Şərifov Haqqinda Melumat - Vikipedia

Mustafa Şərifov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mustafa Şərifov

Mustafa İsmayıl oğlu Şərifov (1875, Nuxa1938, Bakı) — ilk azərbaycanlı sanitar-həkim.

Mustafa Şərifov
Mustafa İsmayıl oğlu Şərifov
Doğum tarixi
Doğum yeri Şəki, Şəki qəzası
Vəfat tarixi
Vəfat yeri Bakı
Təhsili Xarkov Universiteti, 1899[1]
Fəaliyyəti həkim

Həyatı redaktə

Mustafa İsmayıl oğlu 1875-ci ildə Şəki şəhərində anadan olmuşdu. 1899-cu ildə Xarkov universitetinin tibb fakültəsini bitirmişdi. 1901-ci ildə Cavanşir qəzasında həkim işləmişdi. İlk azərbaycanlı sanitar-həkim hesab olunur.[2] Sonralar Bakıda rayon sanitar - epidemioloji stansiyasına müdir təyin olunmuşdur. 1918-1920-ci illərdə isə Bakı şəhəri tibb-sanitar hissəsinin müdiri işləmişdir.

M.İ. Şərifov Bakı Şəhər Səhiyyə şöbəsinin müdir müavini, Əmək Gigiyenası və Peşə Xəstəlikləri İnstitutu statistika şöbəsinin müdiri, "Azneft"in tibb-sanitar idarəsində müdir müavini vəzifələrində işləmişdir. Azərbaycanda səhiyyənin təşkilində yüksək xidmətlərinə görə Mustafa İsmayıl oğlu Şərifova 1932-ci ildə "Azərbaycan SSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir.

Mustafa Şərifov 1938-ci ildə vəfat edib.

İstinadlar redaktə

  1. "Arxivlənmiş surət". 2018-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-04-30.
  2. CBC. "Музей медицины Азербайджана" (rus). Youtube.com. 21.04.2016. 2022-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-21.

Saytda 93 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024