Mustafa Quliyev Haqqinda Melumat - Vikipedia

Mustafa Quliyev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Mustafa Quliyev

Azərbaycan ədəbiyyatşünası, tənqidçisi və publisisti

Mustafa Zəkəriyyə oğlu Quluyev (18 (30) yanvar 1893, Nuxa, Nuxa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası3 iyul 1938, Bakı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan dövlət xadimi, ədəbiyyatşünas, tənqidçi və publisist. 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. Azərbaycan SSR Xalq Maarif Komissarı (1922–1928). Azərbaycan pedaqoji mühitinin təlim tərbiyəsində böyük rol oynamış bir əsrlik qocaman tarixi "Azərbaycan məktəbi" jurnalnın ilk baş redaktoru olmuşdur.

Mustafa Quliyev
bayraq
Azərbaycan SSR xalq maarifi komissarı
bayraq2
1922 – 1928
ƏvvəlkiDadaş Bünyadzadə
SonrakıRuhulla Axundov
bayraq
Azərbaycan SSR xalq maarifi komissarının müavini[1]
bayraq2
1922 – 1922
KomissarDadaş Bünyadzadə
bayraq
AK(b)P Qaraşəhər Rayon Komitəsinin katibi
bayraq2
1921 – 1922
bayraq
Lənkəran Qəza İnqilab Komitəsinin sədri
bayraq2
1920 – 1921
Əvvəlkivəzifə təsis olundu
SonrakıŞirəli Axundov
Şəxsi məlumatlar
Doğum tarixi 18 (30) yanvar 1893
Doğum yeri
Vəfat tarixi 3 iyul 1938(1938-07-03) (45 yaşında)
Vəfat yeri
Vəfat səbəbi siyasi repressiya
Təhsili Tiflisdə gimnaziyanı (1913). Kiyev Müqəddəs Vladimir Universiteti [2]
Fəaliyyəti yazıçı, ədəbiyyat tənqidçisi, publisist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Mustafa Zəkəriyyə oğlu Quliyev köhnə təqvimlə 1893-cü il yanvarın 18-də Azərbaycanın Şəki şəhərində anadan olmuşdur. Tiflisdə gimnaziyanı bitirmişdir (1913). Kiyev Universitetinin fizika-riyaziyyat fakültəsində təhsil almışdır. RK(b) Kiyev komitəsi müsəlman bölməsinin sədri seçilmişdir. 1919-cu ildə Bakıya qayıtmış, Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol oynamışdır.[3] Lənkəran qəza inqilab komitəsinin sədri (1920), AK(b)P Qaraşəhər Rayon Komitəsinin katibi (1921–1922), Azərbaycan SSR Xalq Maarifi Komissarı (1922–1928), "Maarif və mədəniyyət", "İnqilab və mədəniyyət" jurnallarının (1923–1926; 1929–1932) məsul redaktoru vəzifəsində işləmişdir.

1938-ci ildə cəza tədbirləri dövründə həbs edilib ölümə məhkum olunmuşdur.[mənbə göstərin]

Əsərləri redaktə

Kitabları redaktə

  • "Azərbaycanda Oktyabr düşmənləri" (1927)
  • "Mədəni inqilab və islam" (1928)
  • "Türk qadınının yolu" (1930)
  • "Oktyabr və türk ədəbiyyatı" (1930)
  • "Cinayət nədir və hardan baş verir" (1935)

Ədəbiyyat redaktə

  • Fikrin karvanı. Tərtib edəni Elçin Əfəndiyev, Bakı: Yazıçı, 1984, s.209–221
  • Nizaməddin Babayev. Ədəbi mübahisələr, Bakı: Yazıçı, 1986
  • Vaqif Sultanlı. Azərbaycan ədəni tənqidi, Bakı: Nurlar, 2019, s.179–182

İstinadlar redaktə

  1. "Azərbaycanda ilk ali pedaqoji təhsil müəssisəsi: təşəkkülü və inkişafı". 2018-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-09-26.
  2. "Arxivlənmiş surət". 2021-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-03-30.
  3. Fərrux Rüstəmov. Azərbaycan pedaqogikaşünaslığı. Bakı: Elm və təhsil, 2016. — səh. 33.

Saytda 60 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023