Muxax Haqqinda Melumat - Vikipedia

Muxax Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

MuxaxAzərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd.

Muxax
41°34′09″ şm. e. 46°42′15″ ş. u.
Ölkə  Azərbaycan
Rayon Zaqatala rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 463 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 7.320 nəf. (2009)
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ1008
Xəritəni göstər/gizlə
Muxax xəritədə
Muxax
Muxax

Mədəniyyəti redaktə

Kənd 13 obadan ibarətdir. Kənddə 3 orta məktəb, 2 əsas məktəb, 1 xəstəxana, mədəniyyət evi, uşaq baxçası, məscid binası, futbol meydançası, poçt, 1408 nömrəlik ATS vardir.

Tarixi abidələr: XIX əsrdə tikilmiş məscid, 5 hücrə, 2 qədim qəbristanlıq.

Coğrafiyası və iqlimi redaktə

Muxax kəndi, rayon mərkəzindən 12 km şərqdə, Muxax çayının sağ sahilində yerləşir. Şərq tərəfdən Mamrux, şimaldan Yuxarı Çardaxlar, qərb tərəfdən Yuxarı Tala, cənub-şərqdən Zəyəm, cənubdan isə Çobankol, Qımır, Bazar, Əliabad kəndləri ilə həmsərhəddir.

Kəndin ərazisi 3230 hektardir.

Əhalisi redaktə

Muxax kəndi əhalisinin milli tərkibi
Etnik qrup Sayı, 1970 sa.[1] Nisbəti, 1970 sa.[1]
cəmi 3 989 100 %
saxurlar 2192 53.9

%

azərbaycanlı 1794 46.1%
digər 4 1 %

Əhalisi təqribən 9000 nəfər, əsasən azərbaycanlılar və saxurlardan, dini mənsubiyyətləri İslamdır.

Kənd, RİHB-nın ərazi İcra nümayəndəsi və Muxax Bələdiyyəsi tərəfindən idarə olunur.

Əhalinin əsas məşğuliyyəti əkinçilik, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.

Din redaktə

Kənddə Muxax kənd məscidi dini icması fəaliyyət göstərir[2].

İstinadlar redaktə


Saytda 247 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024