Muxayıl Göyçəli Haqqinda Melumat - Vikipedia

Muxayıl Göyçəli Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Muxayıl Göyçəli

şair

Muxayıl Göyçəli (Məsimov Muxayıl Budaq oğlu)azərbaycanlı şair.

MUXAYIL GÖYÇƏLİ
Muxayıl Budaq oğlu Məsimov
Doğum tarixi
Doğum yeri Daşkənd, Basarkeçər, Göyçə
Vəfat tarixi
Vəfat yeri Daşkənd, Basarkeçər, Göyçə
Vəfat səbəbi Böyük Vətən müharibəsində yaralanıb
Dəfn yeri Daşkənd,
Təhsili
  • Daşkənd kənd orta məktəbi[d]
Fəaliyyəti şair
Vikimənbənin loqosu Muxayıl Göyçəli Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Muxayıl Göyçəli 1918-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Daşkənd kəndində anadan olmuşdur. Orta təhsilini doğma Daşkənd kənd orta məktəbində almışdır.

Muxayıl Budaqoğlunun ata babası dövrünün çox imkanlı, varlı adamlarından olmuşdur. Ana babası Kərbəlayi Rüstəm və Kərbəlayi Rüstəmin qardaşları Nağı bəy, Tağı bəy, Tağı bəyin oğlu Qara İdris (Qaçaq İdris) 1918-ci ildə ermənilərə qarşı döyüşlərdə fədakarlıq göstərmiş el qəhrəmanları olmuşdur.

Muxayıl 1941-ci ildə Böyük Vətən müharibəsinə getmiş, ağır döyüşlərin iştirakçısı olmuş və 1942-ci ilin fevralın 26-da ağır döyüşlərin birində yaralanaraq cəbhədən qayıtmışdır.

Məsimov Muxayıl 1944-cü il dekabrın 15-də müharibədə aldığı yaralardan subay ikən əbədiyyətə qovuşmuşdur, məzarı ata-baba yurdu olan Göyçə mahalının Daşkənd kəndindədir.[1]

Yaradıcılığı redaktə

Muxayıl Budaqoğlunun şeirlərini oxuyarkən məlum olur ki, o Göyçə ədəbi mühitindən, Azərbaycan klassik ədəbiyyatından və şifahi xalq ədəbiyyatından lazımınca yararlanmış və şeirin müxtəlif növlərində, - gəraylı, qoşma, təcnis, cığalı təcnis, divani kimi şeirlər yazıb, yaratmışdır. Muxayıl saz çalmağı Aşıq Surxaydan öyrənmişdir.

Muxayıl Budaqoğlunun əlyazmaları və bir neçə cəbhə şəkilləri hal-hazıra qədər 1988-ci ildən Bərdə rayonu Yeni Daşkənd kəndində məskunlaşan qardaşı Məsimov Oruc Budaq oğlu tərəfindən qorunub saxlanılmaqdadır.

İstinadlar redaktə

  1. Araz Yaquboğlu. "Ozan dünyası. №2(30)" (PDF). Bakı (az.). "Elm və təhsil". 2018. İstifadə tarixi: 2018-12-26.

Mənbə redaktə

Xarici keçidlər redaktə


Saytda 143 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024