Muxtar Qasımov Haqqinda Melumat - Vikipedia

Muxtar Qasımov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Muxtar Qasımov (10 yanvar 1958, Kəbirli, Jdanov rayonu16 iyun 1992, Naxçıvanik, Xocalı rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi.[1]

Muxtar Qasımov
Muxtar Cahid oğlu Qasımov
Şəxsi məlumatlar
Doğum tarixi 10 yanvar 1958(1958-01-10)
Doğum yeri
Vəfat tarixi 16 iyun 1992(1992-06-16) (34 yaşında)
Vəfat yeri
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
Hərbi fəaliyyəti
Qoşun növü Hərbi həkim
Döyüşlər Birinci Qarabağ müharibəsi
Təltifləri "Qızıl Ulduz" medalı

Həyatı redaktə

Muxtar Qasımov 10 yanvar 1958-ci ildə Jdanov rayonunun Kəbirli kəndində dünyaya göz açmışdır. Ağdam səhər 5 saylı məktəbi 1974-cü ildə bitirmişdir. Elə həmin il Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. Tibb təhsilin başa vurduqdan sonra işləmək üçün təyinatla Xankəndinə yola düşmüşdür. Orada işləyərkən ermənilər arasında separatizmin, millətçi ünsürlərin təbliğinin şahidi olmuşdur. Müxtəlif təziqlərə baxmayaraq işinə davam etmiş, milliyətindən asılı olmayaraq insanlara tibbi yardım göstərmişdir. 1988-ci ildə vəziyyət nəzarətdən çıxandan, kiçik qarşıdurmalar baş verəndən sonra Ağdam rayonuna qayıdıb həkim kimi hospitalda çalışmışdır.

Döyüşlərdə iştirakı redaktə

Ağdamda gedən bütün döyüşlərdə yaralıları xilas etmək üçün qəhrəmanlıq göstərmişdir. Xocalı faciəsindən sonra isə həyatını tamamilə cəbhəyə bağlayır. 1992-ci ilin iyun ayında Aranzəmin, Pircamal, Ağbulaq kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə həkim olaraq öz bilik və bacarığını nümayiş etdirir. 16 iyun 1992-ci ildə Naxçıvanlı kəndi uğrunda gedən döyüşlərdə xidməti borcunu yerinə yetirərkən həlak olmuşdur.

 
Atası və silahdaşları dəfn mərasimində

Ailəsi redaktə

Ailəli idi.

Milli Qəhrəman redaktə

Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə Qasımov Muxtar Cahid oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.

Xatirəsi redaktə

Rejissor Rəşad Qasımov Milli Qəhrəman Muxtar Qasımovdan bəhs edən "Vətən sevgisi" adlı sənədli film çəkmişdir.[2]

Ədəbiyyat redaktə

İstinadlar redaktə

  1. "National Heroes". Azerbaijans.com. 18 February 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 December 2018.
  2. Milli Qəhrəmanlar haqqında sənədli filmlər təqdim olunub: [Rəşad Qasımovun Muxtar Qasımovdan bəhs edən "Vətən sevgisi" sənədli filminin nümayişi haqqında] //Mədəniyyət.- 2015.- 4 dekabr.- S.7.

Xarici keçidlər redaktə


Saytda 117 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024