Myoziya Haqqinda Melumat - Vikipedia

Myoziya Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Myoziya (lat. Moesia[1][2], yun. Μοισία[3]) — Serbiya, BolqarıstanRumıniyanın Dunay çayının cənubundakı torpaqları arasında qalan qədim Roma əyaləti və tarixi bölgə.

Myoziya
Aşağı Myoziya
Yuxarı Myoziya

Coğrafiya redaktə

Antik coğrafiya mənbələrinə görə Myoziya cənubdan Balkan (Haemus) və Şar dağları, qərbdən Drina çayı (Drinus), şimaldan Dunay çayı və şərqdən Qara dəniz ilə əhatə olunmuşdur. Bölgə əhalisinin böyük hissəsi fraklar və illiryalılar

Bölgə adını e.ə. 75 - e.ə. 29 illəri arasında bura işğal olunmazdan qabaq yaşayan frak-ilirya mənşəli mozilərdən almışdır. 6-cı ildən bu bölgə Roma əyaləti olmuşdur.

Bölgə 87-ci ildə Roma imperatoru Domisian tərəfindən Yuxarı Myoziya və Aşağı Myoziya olmaqla iki yeni əyalətə ayrımışdır.

Tarix redaktə

E.ə. 75-ci ildə Makedoniya prokonsulu Qayus Skribon Kurionun Dunay çayını keçərək yerlixalqlara qarşı qazandığı zəfərlərlə başlayan Myoziyanın fəth hərakatı e.ə. 29-cu ildə gələcəkdə Makedoniya prokonsulu olacaq Mako Lisinus Krassus tərəfindən imperator Avqustun dövründə tamamlanmışdır. Bölgə Avqustun dövründə əyalət olmamışdır.

Əvvələr ancaq leqatuslar tərəfindən idarə olunan bir əyalət olan Myoziya imperator Domisian tərəfindən Yuxarı (Superior) və Aşağı (Inferior, eyni zamandaRipa Trakiya) Myoziya bölünmüş Sebrus (Siabrus; müasir Sibritsa və ya da Zibru) çayı aralarında sərhəd götürülmüşdür. Hər bir əyalət prokurator və leqatus tərəfindən idarə olunurdu.

Dakiyanın imparator Aurelian tərəfindən qotlara tərk edilməsi (270275) və romalıların Dunayın cənubuna, Myoziyanın mərkəzinə yerləşdirilməsi ilə əyalət Dakiya Aureliani adını almışdır (sonradan Dakia Ripensisİnterior olaraq ikiyə ayrılmışdır). Dardaniya olaraq adlandırılan bölgə 272-ci ildə Yuxarı Myoziya Diokletian tərəfindən Naysus və ya da Nissa (müsair Niş, Serbiya) paytaxt olacaq şəkildə təşkil edilmişdir.

Diokletian sonradan Myoziyanı (Dakiya Aureliani) Myoziya Prima olaraq yeniden adlandırmış və Myoziya İnferioru Myoziya Sekunda və Skintia Myoziya olaraq ikiyə bölmüşdür. Myoziya Sekundanın əsas şəhərləri olmuş Markintopol (Devniya), Odessus, Nikopol, Abrittus (Razqrad), Durostorum (Silistre), Transmariska (Tutrakan), Seksaqinta Prista (Ruse) və Novae (Ziştovi) hazırda Bolqarıstan ərazisindədir. Sərhəd əyaləti olan Myoziya Dunayın cənubunda qalalar ilə gücləndirilmiş və Aksipoldan Tomiyə qədər iskit və sarmatlardan qorunmaq üçün sədd tikilmişdi. Myoziya Sekunda qarnizonuna Legion I İtalika və Legion IX Klodiyadan başqa süvari, piyada və su qüvvələri əlavə olunmuşdur. Notitiya Diqnatatum sənədi 390-cı ildəki legionlar haqqında məlumat verməkdədir.

238-ci ildən Myoziya karpilər və qotlar tərəfindən işğal edilmişdir. Hunların təzyiqinə tab gətirməyən qotlar Dunayı keçərək ve imperator II Valentin icazəsi ilə Myoziyada məskunlaşdılar.

Qotlar daha sonra Fritqernin liderliyi üsyan qaldırmış və II Valenti məğlub etmişdirlər. VI əsrə qər bölgəyə hücum edən bolqarlar VII əsrdə Bolqar Krallığını və 1217-ci ildə Serb Krallığını qurmuşdurlar.

Prinsipat dövründə Yuxarı Myoziyanın əsas şəhərləri bunlar idi: Singidunum (Belqrad), Viminasium (bəzən Munisipium Aelium olaraq adlandırılır; müasir Kostolac), Remesiana (Bela Palanka), Bononiya (Vidin) və Ratiariya (Arçar); Aşağı Myoziya şəhərləri isə: Oeskus , Novae (Şiş) , Nikopol (Nikup), Markianopol (Dvniya), Odessus (Varna (Bolqarıstan)) və Tomi (Konstansa) olaraq sıralanır.

İstinadlar redaktə

  1. Lena Olausson, Catherine Sangster, ed. (2006). Oxford BBC Guide to Pronunciation. Oxford University Press.
  2. Daniel Jones (2006). Peter Roach, James Hartman, Jane Setter, ed. Cambridge Pronouncing Dictionary. Cambridge University Press.
  3. "Arxivlənmiş surət". 2022-08-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-25.

Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023