Müzakirə:Aişə Haqqinda Melumat - Vikipedia

Müzakirə:Aişə Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Müzakirə:Aişə

Ən son rəy:10 il öncə, Samral tərəfindən "Yaşı" mövzusunda

Deyirəm bəlkə götürəsiz mühafizəni məqalənin üstündən. Yaratdığım məqaləyə düzəliş edə bilmirəm. Belə iş olar ?!

Semral Quluzadə (müzakirə) 02:22, 13 fevral 2013

Götürdüm, amma zəhmət olmazsa, köhnə versiyanı bərpa etməyin. --NKO zi 06:27, 13 fevral 2013 (UTC)Cavabla
Tutarlı mənbəli məlumatlar yerləşdiriləcək.
Semral Quluzadə (müzakirə) 13:49, 16 fevral 2013

Yaşı redaktə

Sual: Hz Peyğəmbər və Aişə evlənəndə ,xanım Aişənin neçə yaşı var idi?


Cavab:

Bu məsələ son illərdə bəzi islamafob qruplar tərəfindən şişirdilməkdə və cəmiyyətə İslam dininə qarşı mənfi bir fikir formalaşdırmaqdan ibarədir.

Əvvəlcə araşdırmamızı 2 yöndə aparaq: 1.Hz peyğəmbər və xanım Aişənin həqiqətdə evlilik yaşı necə olmuşdur. 2. "9 yaşında evləndim" barədə keçən hədislərin araşdırılması

Əvvəlcə onu qeyd edək ki, Həzrəti Rəsulullah (s) qətiyyən nəfsi istəklərinə görə evlənməmişdi. Çünki əgər bu xüsusiyyətlər onda olsaydı, bu, gənclik illərində özünü büruzə verərdi. Halbuki, Muhəmməd Peyğəmbər (s) 25 yaşından 50 yaşına kimi keçən 25 il ərzində yalnız bir qadınla yaşamış, ondan başqa qadınla evlənməmişdir. Elə gənc yaşlarında cavan və daha yaraşıqlı qadınlarla evlənmək imkanı olduğu halda, Həzrəti Muhəmmədin (s) özündən yaşca böyük və dul olan Xədıcəni alması bunu göstərır ki, o, gələcək həyat yoldaşını zahiri gözəlllk və cavanlığına görə deyil, iman və əxlaqına görə seçirdi.

1) Yaxşı, bəs həqiqətdə vəziyyət nədir Aişə ilə Hz Rəsullulah evlənəndə Aişənin neçə yaşı olmuşdur?

Peyğəmbərlə (s) evliliyinə dair Aişənin özündən rəvayət edilən bir hədisdə möminlərin anası Allahın rəsulu 9 yaşında ikən evləndiyi və 9 il onunla birlikdə ömür sürdüklərini bildirir . Bu səbəbdən bəzi qruplar Aişənin azyaşlı olduğu dövrdəmi evləndiyinə dair ittiham sürülər. İslam düşmənləri və bəzi müsəlmanlar isə möminlərin anasının qeyd edilən yaşda evliliyindən dolayı sözügedən nikaha tənqidi münasibət bildirirlər. Burada qeyd edək ki, Aişənin evliliyi ilə bağlı onun özündən rəvayət edilən digər hədislər də mövcuddur. Aişədən rəvayət edilir ki, demişdir:

Dəlil 1. “Anam və atam İslamı qəbul etdikləri zaman mən onların nə üçün bunu etdiyini başa düşürdüm” (1) Bu hədis digər mənbələrdə: “Mən gözümü açdığım zamandan ana və atamı müsəlman görmüşəm” kimi yanlış tərcümə və şərh edildiyinə görə möminlərin anasının besətdən sonra anadan olduğuna dair dəlil qəbul edilmişdir. Halbuki hədisin düzgün tərcümə edilib doğru şəkildə şərh olunacağı təqdirdə Xanım Aişənin besətdən azı 5-6 il əvvəl doğulduğuna dəlalət edəcəkdir. Çünki yalnız 5-6 yaşlı bir uşaq – bir qədər də zirəkliyi hesabına – qeyd edilən yaş dövründə ata-anasının davranışlarını başa düşə bilərdi. Deməli, hədisin doğru şəkildə şərh olunacağı halda Xanım Aişənin 604-605-ci illərdə doğulduğu qeyd edilməlidir.

Dəlil 2. Xanım Aişə Məkkədə peyğəmbərliyin 4-cü ilində nazil olan “Qəmər” surəsinin “Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir)” ayəsi haqda: “Bu ayə Məkkədə Məhəmmədə (s) endirildi. O vaxt mən yeniyetməlik dövrünə qədəm qoyan və oyun oynayacaq yaşda olan uşaq idim”, - demişdir (2) Bu rəvayətdən xanım Aişənin sözügedən dövrdə 10-11 yaşlarında olduğu başa düşülür.

Dəlil 3. Aişənin bacısı Əsmadan 10 yaş kiçik olduğu məlumdur. Belə ki, Əsma bint Əbubəkrin hicrət zamanı Abdullah ibn Zübeyrdən hamilə qaldığı və 27 yaşında olduğunu bilindiyinə görə, bu səhabə xanımın 595-ci ildə doğulduğu aydın olur (3) Görkəmli tarixçi İbn İshaq Əbubəkrin müsəlman olduğu vaxt qızı Əsmanın yenicə 15 yaşına qədəm qoyduğunu və 18 yaşında ikən müsəlman olduğunu bildirərək, xanım Aişənin də Əbubəkr tərəfindən İslama dəvət edildiyini və möminlərin anasının azyaşlı ikən İslamı qəbul etdiyini bildirir. Tarixçi Həbəşistana hicrətdən əvvəl müsəlman olanların adlarını sadalayarkən Aişənin də adını çəkir (4)

Dəlil 4. Əbubəkrin oğlu Əbdürrəhman bacısı Aişədən bir yaş böyük idi. Bədir döyüşündə Qüreyş müşriklərinin səfində iştirak etdiyi vaxt Əbdürrəhmanın 20 yaşı vardı. Hüdeybiyyə müqaviləsindən sonra 27 yaşında ikən İslamı qəbul edən Əbdürrəhmanın 604-cü ildə doğulduğu məlum olur (5)

Dəlil 5. Aişə Allahın rəsulu (s) ilə Bədir döyüşündən sonrakı Şəvval ayında evlənmişdir. Peyğəmbər (s) vəfat edərkən möminlərin anasının 27 yaşı vardı. Habelə, Aişədən rəvayət olunan hədislərlə onun Allahın rəsulu ilə 9 il evli qaldığını öyrənirik. Bütün bu rəvayətlər isə bizə onun 604 və ya 605-ci ildə anadan olduğunu deməyə əsas verir.

Dəlil 6. Səadət əsrində hicrət vaxtı xanım Aişənin 17 yaşı olduğu qeyd edilir. Aişə peyğəmbərimizlə nişanlanmazdan qabaq Mütim ibn Ədiyyin oğlu 19 yaşlı Cübeyr ibn Mütimə nişanlanmışdı. Deməli, xanım Aişə yaşadığı cəmiyyətin adət-ənənəsinə görə nişanlanacaq yaşa gəlib çatmış bir yeniyetmə idi. İlk nişanı nişanlısının atası Mütim tərəfindən pozulan möminlərin anası daha sonra Allahın rəsulu (s) ilə nişanlanmışdı. (6)

Dəlil 7. Həcv şairlərini Peyğəmbər (s) dövrünün “mətbuat”ı adlandırmaq olar. Allahın rəsulu ictimai insan idi. Əgər onun (s) evliliyi xüsusunda dövrün adət-ənənəsinə zidd hər hansı bir hadisə baş versəydi, “mətbuat” onu həcv edərdi. Ancaq bu mövzuda kiçik bir eyhamın belə vurulmadığı məlumdur.

Dəlil 8. Adət-ənənədən söz düşdüyünə görə, bu mövzu ilə bağlı bəzi məqamlara aydınlıq gətirmək yerinə düşərdi. Burada Aişə ilə həmyaşıd qızların və oğlanların evlilik yaşlarının müəyyən edilməsi məqsədəuyğundur. Həzrəti Həfsə, Həzrəti Səfiyyə və Həzrəti Əsma 18 yaşında ikən ailə həyatı qurmuşlar. Habelə, Cübeyr ibn Mütim nişanlanarkən 19 yaşlı gənc idi ki, qeyd edilənlər sözügedən mövzu ilə bağlı gətirdiyimiz dəlilləri qüvvətləndirir.

Dəlil 9. Mövzuya Qurani-Kərimin nöqteyi-nəzərindən yanaşmanın da faydalı olacağı qənaətindəyik. Müqəddəs kitabda hüquqi baxımdan məsuliyyət yaşının “əşud” yaşı, yəni 18 yaş olduğu aydın şəkildə bəyan edilmişdir. Elə isə Allahın rəsulunun (s) bunu bilə-bilə Aişə ilə 9 yaşında ikən evlənməsi necə mümkün ola bilər? Məgər Peyğəmbərin (s) Qurana zidd hərəkət etdiyini güman etmək olarmı?

Dəlil 10 Aişə ilə bacısı Əsmə arasındakı yaş fərqi ondur. (7) Buna görə (595+10=605) Aişənin doğumunun 605; hicrətdəki yaşının da (27-10=17) olduğu nəticəsi ortaya çıxmaqdadır. Evlilik hicrətdən yeddi ay sonra 27 reallaşdığına görə demək ki, bu sıralarda Aişə yaşı, on yeddini keçmiş, on səkkiz yaşına yaxınlaşmış deməkdir. (8)



2) Yaxşı bəs sual oluna bilərki Aişədən 9 yaşında evləndiyinə dair rəvayət edilən hədisləri necə şərh edə və başa düşə bilərik?


Cavab çox sadədir.Ərəb dili lüğətlərinin klassik şah əsəri “Lisan əl-Ərəb” lüğətinə baxdıqda ərəb dilində 11-dən 19-dək olan saylar istifadə edilərkən təkliklər xanasının qeyd edilərək onluqların nəzərdə tutula bilinəcəyini görə bilərik. Məsələn, bir bədəvi: “vahhid”, yəni, “birlə!” və ya “bir et!” dediyi zaman: “Cibimdə 10 dirhəm var, birini də sən ver, cibimdə 11 dirhəm olsun”, - demək istəyir. Xanım Aişə də ərəb dilinin dərin bilicilərindən olduğu üçün bu cür ifadədən istifadə etmişdir. Möminlərin anasının ərəb dilinin bu xüsusiyyətindən istifadə edərək, 6 və 9 yaş bildirməklə 16 və 19 yaşında olduğunu demək istədiyi başa düşülür. Bu məqamda ondan rəvayət edilən bir hədisi qeyd etmək yerinə düşərdi. Möminlərin anasından rəvayət edildiyinə görə, demişdir: “Övladlarınıza şer öyrədərək, dillərini gözəlləşdirin”.

Nəticə: Hz Peyğəmbər və Aişənin evlilik yaşı 17-18-dir .Yuxarı göstərdiyimiz dəlillərlə sabitdir.

Burada ağıla, "Madam elə; bu günə qədər bu məsələ niyə bu şəkildə gündəmə gəlmədi?"

şəklində bir sual gəlməkdədir. Çünki yaxın zamana qədər bu məsələ bu qədər şişirdilməmişdir . Çünki ortada etiraz ediləcək hər hansı bir vəziyyət yoxdur. O günkü şərtlərə görə hər iki vəziyyət üçün də təbii bir qəbul edilmiş və bu məsələ barədə İslam alimlərinin ətraflı bir araşdırmaları olmamışdır.Lakin məsələ gündəmə gəldikdən və bu qədər "Şişirdildikdən" sonra bu araşdırmalar edilmişdir.



Mənbələr:

(1) (Buxari, “Kəfalət”, 4, “Mənaqib əl-Ənsar”, 45, “Ədəb”, 64, “Səlat”, 86; Əhməd, “Müsnəd”, 6/198).

(2) (Buxari, “Fəzail əl-Quran”, 6; Fəth əl-Bari, 11/291; Eyni 20/21).

(3) (Nəvəvi, “Təhzib əl-Əsma”, 2/597; Hakim, “Müstədrək”, 3/635).

(4) (İbn İshaq, “Sirə”, 124; İbn Hişam, “Sirə”, 1/83, 271).

(5) (İbn Əsir, “Usud əl-Ğabə”, 3/467).

(6) . (Tabkataül-Kubra, c.8, s.59)

(7) Beyhakî, Sünen, 6/204; İbn Mende, Ma’rifetü’s-Sahâbe, Köprülü Kütüphanesi, No: 242, Varak: 195 b; İbn Asâkir, Târîhu Dımeşk, Terâcimü’n-Nisâ, Dımeşk, 1982, s. 9, 10, 28; Mes’ûdî, Mürûcu’z-Zeheb, 2, 39; İbn Sa’d, Tabakâtü’l-Kübrâ, Beyrût, 1968, 8/58.

(8) (İbn Sa’d, Tabakât, 8/58; İbn Abdilberr, İstîâb, 4/1881; Nedvî, Sîretü’s-Seyyideti Âişe Ümmi’l-Mü’minîn, Tahkîk: Muhammed Rahmetullah Hâfız en-Nedvî, Dâru’l-Kalem, Dəməşk, 2003, 40, 49.)

Samral (talk) 22:49, 12 avqust 2013 (UTC)Cavabla

"Aişə" səhifəsinə qayıt.

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024