Məlikçobanlı palçıq vulkanı Haqqinda Melumat - Vikipedia

Məlikçobanlı palçıq vulkanı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Məlikçobanlı palçıq vulkanı

Məlikçobanlı palçıq vulkanı – Azərbaycan Respublikası Şamaxı rayonu ərazisində, Məlikçobanlı kəndi yaxınlığında palçıq vulkanı.[1]

Məlikçobanlı
Ümumi məlumatlar
Növü Palçıq vulkanı
Yerləşməsi
Ölkə  Azərbaycan

Haqqında redaktə

XIX əsr qaynaqlarının birində Bakı quberniyasının Şamaxı ərazisinin Qəbiristan sahəsində Məlik çobanı köçü qeydə alınmışdır. Əvvəllər Göyçay qəzasındaŞamaxı qəzasında maldarlıqla məşğul olan Məlik çobanı eli olmuşdur. Keçmişdə hakim mövqeyə malik Xançobanı tayfasına mənsub olan ellərdən birinin Məlik çobanlıların olması göstərilir. Kənd Zoğalava çayının sahilində, dağ ətəyində yerləşir. Məlikçobanlı palçıq vulkanı ilə məşhurdur. Həmin vulkan 1810-cu ildə aşkarlanıb və bu günədək 4 dəfə püskürüb. 1967-ci ildə, 1977-ci ildə, 2019-cu il mayın 28-də, 2024-cü il 8 martda yenidən püskürüb. AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin palçıq vulkanlarının seysmik monitorinq şəbəkəsi 2024-cü il martın 8-də Şamaxı rayonunun Məlikçobanlı kəndində "Məlikçobanlı" palçıq vulkanının püskürməsini qeydə alıb. Püskürmə yerli vaxtla saat 18:09-da başlayıb və 3 dəq davam edib. Palçıq vulkanının zəif və səthi püskürməsi səbəbindən püskürmə iki -"Zərnava" və "Qobustan" rəqəmsal stansiyasında qeydə alınıb. Yer qatından çıxan palçıq 1 hektar əraziyə yayılıb. Vulkanın indiyə qədər püskürməsi nəticəsində heç bir xəsarət alan olmayıb və ümumiyyətlə, vulkanın heç bir zərəri müşahidə olunmayıb.[2]

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Azərbaycan Sovet Ensiklopediyasının Baş Redaksiyası. "Azərbaycan Sovet Ensiklopediyası - VI Cild (K,G,L,M)". ek.anl.az. 31 yanvar 2021-c1 il tarixində arxivləşdirilib (#archive_missing_url). (#cite_web_url); (#accessdate_missing_url)
  2. "Report.az". 9 March 2024 tarixində arxivləşdirilib.

Xarici keçidlər redaktə


Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024