Nüşabə Araslı Haqqinda Melumat - Vikipedia

Nüşabə Araslı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nüşabə Araslı

filologiya elmləri doktoru (1988), professor

Nüşabə Həmid qızı Araslı (25 mart 1941, Bakı) — Filologiya üzrə elmlər doktoru, professor, AMEA-nın müxbir üzvü (2017).[1]

Nüşabə Araslı
Nüşabə Həmid qızı Araslı
Doğum tarixi 25 mart 1941(1941-03-25) (83 yaş)
Doğum yeri
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Atası Həmid Araslı
Elm sahəsi filologiya
Elmi dərəcəsi
Elmi adları professor, AMEA-nın müxbir üzvü
İş yeri
Təhsili
Üzvlüyü
Mükafatları Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu
"Şöhrət" ordeni "Şöhrət" ordeni

Həyatı redaktə

Nüşabə Araslı 25 mart 1941-ci ildə Bakıda anadan olub.[2] Akademik Həmid Araslının sonuncu övladıdır. İlk təhsilini 1947–1957-ci illərdə alıb. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

O, 1969-cu ildən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun "Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı", "Nizamişünaslıq", "Qədim dövr Azərbaycan ədəbiyyatı" şöbələrində əvvəl kiçik, sonra böyük və aparıcı elmi işçi vəzifələrində çalışır, 1988-ci ildə "Nizami və Türk ədəbiyyatı" mövzusunda doktorluq dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri doktoru elmi dərəcəsinə yüksəlib.[3]

Fəaliyyəti redaktə

Alim əmək fəaliyyətinə Azərbaycan EA-nın (hazırkı AMEA-nın) Əlyazmaları Fondunda kiçik elmi işçi vəzifəsindən başlayıb.[3] 1963-cü ildə keçmiş SSRİ Geologiya Nazirliyinin xətti ilə Əfqanıstana ezam olunaraq, Məzari-Şərifdə çalışan neftçilər qrupunda rus-fars dilləri üzrə tərcüməçi işləyib.

Nüşabə Araslı klassik Şərq və Azərbaycan ədəbiyyatının mahir bilicisi olmaqla yanaşı, qədim və orta əsrlərdə ədəbi dil, mətnşünaslıq və Şərq poetika sənəti üzrə hal-hazırda bütün Asiya regionunda seçilən nadir mütəxəssislərdən biridir. Onun elmi fəaliyyətinin əsas aparıcı istiqamətini qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının elmi-nəzəri problemləri, klassik Azərbaycan poeziyasının Şərq xalqları ədəbiyyatları ilə, xüsusən Türk ədəbiyyatı ilə qarşılıqlı əlaqələri, tipologiyası, özəl xüsusiyyətləri təşkil edir. O, Xaqani Şirvani, Məhsəti Gəncəvi, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Arif Ərdəbili, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli və başqa sənətkarların ədəbi irsinin tədqiqi, nəşri, tədrisi işinin mahir ustadıdır.[3]

O, həmçinin Nizami əsərlərinin poetikasını ilk dəfə olaraq külliyyat halında tədqiqata cəlb etmiş, bununla da Azərbaycan və Şərq poetika nəzəriyyəsi tarixinə öz əvəzsiz töhfəsini vermişdir.

Nüşabə Araslı 1994-cü ildən ümumtəhsil məktəblərinin VII sinfi üçün "Ədəbiyyat" dərsliyinin müəllifi, 2004-cü ildən VIII sinif üçün "Ədəbiyyat" dərsliyinin həmmüəllifidir.

Nüşabə xanım bir çox xarici ölkələrdə klassik Şərq şeirinin təcrübəli tədqiqatçısı kimi tanınır. 15-ə yaxın məqaləsi xarici elmi nəşrlərdə çap olunmuşdur, klassik Şərq poeziyasının müxtəlif elmi-nəzəri məsələlərinə həsr olunmuş müxtəlif Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir. Respublikamızda və ondan kənarda (Özbəkistanda, Türkiyədə, İranda) klassik ədəbiyyata dair yazılan elmi kitablarda onun monoqrafiya və məqalələrinə istinadlar edilir.

Nüşabə Araslı 2008-ci ildə Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilmişdir.[3]

Alim 2010-cu ildə professor elmi adını almışdır. AMEA Rəyasət Heyətinin seçkilərlə bağlı 2 may 2017-ci il qərarına əsasən, AMEA-nın müxbir üzvü seçilmişdir.[3]

Nüşabə xanım Araslı 2014-cü ildən AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Nizamişünaslıq şöbəsinə rəhbərlik edir.

Nüşabə Araslı 3 monoqrafiya, 23 kitab (5 tərtib, 18 dərslik ), 150-dan çox elmi məqalənin müəllifidir.[2]

Əsas elmi əsərləri redaktə

  • Arif Ərdəbili və onun "Fərhatnamə" poeması. Bakı, 1979
  • Nizami və türk ədəbiyyatı. Bakı, 1980
  • Nizaminin poetikası. Bakı, 2002

İstinadlar redaktə

  1. "AMEA-nın həqiqi və müxbir üzvlüyünə keçirilən seçkilərin nəticələri açıqlanıb". elm.az (az.). science.az. 02.05.2017. İstifadə tarixi: 2017-05-25.
  2. 1 2 "Araslı Nüşabə Həmid qızı". 2021-02-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-05-25.
  3. 1 2 3 4 5 Zəhra Allahverdiyeva. "Müdriklik zirvəsində" (az.). http://www.anl.az. 24 aprel 2021. Archived from the original on 2021-10-21. İstifadə tarixi: 16 fev 2024.

Xarici keçidlər redaktə


Saytda 34 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024