Nübuvvət Haqqinda Melumat - Vikipedia

Nübuvvət Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

NübuvvətMüsəlmanlığın əsas şərtlərindən biri də peyğəmbərlərə inamdır. Müsəlman adlanan kəs Allah-Təalanın göndərdiyi bütün peyğəmbərlərə inanmalı, onları öz xüsusiyyət və möcüzələri ilə qəbul etməli, ən əsası isə Həzrət Məhəmmədin (s) sayca sonuncu, şərafətcə ilkin peyğəmbər olduğuna iman bəsləməlidir. Müsəlmanların əqidəsincə, Həzrət Məhəmməd (s) "peyğəmbərlərin möhrüdür", yəni sonuncu peyğəmbərdir. Allah-təala Həzrət Məhəmməddən (s) sonra Yer üzünə peyğəmbər göndərməmişdir və qiyamət gününədək göndərməyəcəkdir.

Peyğəmbərlərə inam Allaha inamla əkizdir. Belə ki, Allaha inanıb peyğəmbərləri danan kəs müsəlman deyildir. Peyğəmbərlərin hər hansı birinin ruhunu təhqir etmək, Həzrət Məhəmmədin (s) sonuncu peyğəmbərlik iddiası edən hər hansı şəxsə iman gətirmək İslam dinindən çıxmaq deməkdir.

Peyğəmbəri ifadə edən terminlər redaktə

Peyğəmbəri ifadə edən terminlər redaktə

Fars dilindən Türk dilinə keçmiş bir ad olan peyğəmbər kəlməsi "xəbərçi, xəbər gətirən, elçi" mənalarına gəlməkdədi. Dini bir termin olaraq, "Allah-Təala"nın, qullarına əmr və qadağalarını bildirmək və dinini öyrətmək üzrə insanların arasından seçdiyi və vəzifələndirdiyi "kişi" deməkdir. Quranda peyğəmbər anlayışı qarşılığında "nəbi" və "rəsul" kəlmələri keçməkdədir.

Nəbi redaktə

Qurani-Kərimdə peyğəmbərlər üçün istifadə edilən terminlərdən biri "nəbi" terminidir. Törətdiyi köklə əlaqəli olaraq iki ayrı fikir irəli sürülmüşdür. Birincisinə görə, sözün əsli həmzəsiz olub "yüksəklik, yüksək məqam" mənalarını daşıyan "nəbvə, nəbavə" köklərindən törəmişdir. Bu halda nəbi, Allah nəzdində ən yüksək dərəcəyə sahib olması və insanların hidayətinə vəsilə olması səbəbiylə,"yüksək məqam sahibi şəxs" mənasına gəlir. İkinci fikrə görə isə "nəbinin" əsli həmzəli olub "xəbər vermək, büruzə verib ortaya çıxmaq" mənasındakı "nəb, nubu" kökündən meydana gəlmişdir. Bu seçimə görə, nəbi, "İnsanlara Allahdan ismarış gətirən şəxs" deməkdir. "Nəbi" Quranda həm tək, həm də cəm formalarında (əl-ənbiya, ən-nəbiyyun) istifadə edilmişdir. Eyni zamanda peyğəmbərlik vəzifəsini ifadə etmək üçün "nübüvvət" sözünə də yer verilmişdir.

Rəsul redaktə

Quranda peyğəmbərlər üçün istifadə edilən başqa bir termin də "rəsul" və eyni kökdən törəmiş olan "mürsəl" dir. "Rəsul" un törədiyi "rəsəl" kökünün mənalarından biri "göndərmək" dir. "Rəsul" isə ismi-məful mənasında "özünə müəyyən vəzifə verilərək bir yerə göndərilən elçi" deməkdir. Cəmi "rusul" dur. "Rəsul" eyni zamanda "göndərilən mesajı" ifadə etmək üçün də istifadə edilir. "Risalət" də "göndərilən mesaj, peyğəmbərlik mesajı" mənalarına gəlir. Nəbi və Rəsul terminlərinin yerinə eyni mənanı ifadə etmək üçün farsca olan "peyğəmbər" sözü də istifadə edilir. Dini bir termin kimi "əmrlərini xəbər vermək üçün Allahın insanlardan seçib ona vəhy yolu ilə kitab verdiyi şəxs" şəklində tərifi verilir. Qurani-Kərimdəki məlumatlara görə, Allah insanlardan nəbi və rəsullar seçmiş, yalnız rəsullara deyil, həm rəsullara, həm də nəbilərə kitablar vermiş, Musa, Harun və İsmayıldan rəsul-nəbi deyilərək bəhs edilmişdir. Bu da var ki, rəsul Allah ilə yaratdıqları arasında elçilik edən mələk və ya mələklər mənasına da gəlir. İnsanların ruhlarını alan mələklərə də "rusul" deyilmiş, mələklərin qanadlı elçilər olduqları ifadə edilərkən onlardan rusul şəklində bəhs edilmiş və xüsusilə Cəbrail rəsul olaraq səciyyələndirmişdir.

Nübuvətin imkanı və zəruriliyi redaktə

Nübuvvətin imkanı və zəruriliyi redaktə

Nübuvvət ilk insandan etibarən ilahi yol göstərməklə insanın qabağını aydınlaşdıran bir nur, rəhbərlik və hidayət məqamı olmuşdur. Bu halda, ağlın vəziyyətinə və tarixi həqiqətləri göz qabağına gətirərək belə bir nəticəyə gəlinmişdir. Peyğəmbər göndərmə əqlən caizdir. Allah-Təala Nəbilər və Rəsullar göndərmişdir. Peyğəmbərləri qəbul etmək dinə görə fərzdir. Çünki peyğəmbər göndərmə bir iş deyil əksinə insanın xeyrinə bir işdir. İnsan Yaradıcısını bilmək məcburiyyətindədi, ancaq bunu tam bir kamil mənada Onu tanıdan bir elçi vasitəsilə tapa bilər. Ağlın gücü sərhədli olduğundan Allaha necə və hansı miqdarda ibadət edəcəyini bilməz. İnsan əgər başlı-başına buraxılsa Allaha qul olmaqdan uzaqlaşar, elə isə insanların qulluqlarını, ibadətlərini və cəzalarını bildirən birisinin vəzifələndirilməsi lazımdır.

Nübuvvətin imkanı redaktə

Mövzuya hər şeydən əvvəl ağıl imkanı baxımından yaxınlaşan kəlamçılara görə nübuvvət həm ilahi həm bəşəri baxımından mümkündür. İlahi baxımdan mümkündür, çünki Allah mürid və mutəkəllimdir; bu sifətlərini nübuvvət vasitəsilə göstərir və bu vasitə ilə əmrlərini yaratdıqlarına çatdırır. Nübuvvətin imkansızlığını iddia etmək Allahın bu cür sifətlərinin və ya təsirlərinin olmadığı mənasına gəlir. Nübuvvət bəşəri baxımdan da mümkündür. Çünki bir insanın bədəni və ruhi fərqliliklərində digər insanlarla eyni vəziyyətdə olması lazım olmadığından peyğəmbərlər zümrəsinin fərqli qabiliyyət və fərqliliklərə sahib olması, bu vasitə ilə onların metafizik aləmlə əlaqə qurub ağıl və duyğular yolu ilə biliklər alması mümkündür. Qəzzali nübuvvətin mümkün olmasını təcrübə yolu ilə qəbul edilə bilməsi qənaətindədir. Ona görə insanın yuxu əsnasında aldığı biliklər nübuvvətin imkanına dair sübutlardır. Ümumiyyətlə bir insanın peyğəmbərlərə öyrədilən zühd və təqva yolunu seçib öz nəfsinə tətbiq etməsi halında kəçf və ilham kimi qeybi biliklərə çatması mümkündür. İbn Teymiyyə də vilayət mərtəbəsinə çatıb həqiqətləri kəşf edən insanın nübuvvəti daha asan qavraya biləcəyini deyərək heç bir vəlinin peyğəmbərin aldığı qeybi biliklərə və yaşadığı ruhi təcrübəyə çatmayacağını vurğulayır.

Nübuvvətin zəruriliyi redaktə

Allah-Təalanın şüurlu bir canlı olaraq yaratdığı insanı məsul tutmadığı hikməti ilə uyğun gəlmədiyi kimi məsul etdiyi halda ona yol göstərməməyi də Onun zikr edilən isim və sifətləri ilə ziddiyyət təşkil edir. Kəlamçıların çoxu bu fikirdədir. Mötəzilə ilə bir qism Şiə alimləri bunu Allah üçün bir zərurət olaraq görərkən MatüridiyyəSələfiyyə mənsubları hikmət və lütfünün nəticəsi deyə bildirmişdilər. Kəlamçılar nübuvvətin bəşəri baxımdan da zəruri olduğunu deyirlər. Çünki insanın ehtiyac bildiyi bilikləri, duyğuları və fikir bildirmə gücü olmaq üzrə 2 təməl qaynağı vardır. Ancaq hər 2 qaynaq da məhduddur. İnsan üçün imtina edilməyən bilik vasitəsi məsləsində tapılmasına baxmayaraq fikir bildirmə gücü keçmişi və gələcəyi əhatə edə bilən mütləq və mükəmməl bir qaynaq deyildir və insanın sevinməsi üçün lazım olan bilikləri tək başına yarada bilməz; yaratdığı doğru biliklərin mənimsənilməsini saxlayacaq mənəvi bir gücə də sahib deyildir. Fikir bildirmə gücünə baxmayaraq insan nəfsani və dünyəvi arzularına çox bağlı olması təsiri ilə səhv hökmlər verə bilir, qorxularının təsiri ilə ağıl və ruhi xəstəliklərə məruz qala bilər. Çox məsələlərdə dəyişik məsələlər irəli sürülür, ümumiyyətlə həqiqəti ortaya qoyan bir insan və dünya yorumu edilməməkdədir. İnsandakı fikir bildirmə gücünü tamamlayacaq mənfi faktorların zərəri qarşısında oxu xətaya düşməkdən qoruyacaq mükəmməl bir qaynağa ehtiyac vardır ki bu da ilahi bilik qaynağından başqası ola bilməz. Nübuvvət dünyəvi biliklər baxımından da lazımdır. Çünki insanın dünyada var olmağa başldığı ilk zamanda öyrədilməsi üçün dil biliyinə, həyatını davam etdirə bilməsi üçün qida ehtiyacına, qida ehtiyacı üçün maldarlıq və əkinçiliyə, soyuq və istidən qorunmaq üçün paltara və evə dair biliklərə möhtacdı. Onun həyat üçün lazım olan bu bilikləri özü-özünə və təcrübə yolu ilə öyrənməsi ağıla yaxın görünməməkdədir. İnsanın dünyəvi biliklərə olan ehtiyacı mövcudiyyətin ilk zamanlarında da məhdud olmamışdır. Çünki insanların sevinməsi üçün davranışları və bunlara aid olan qaydaları sadəcə fikir bildərərək təyin etmək imkansız deyiləcək qədər çətindir. Bütün insanlar üçün lazım olan bu vəziyyət də nübuvvəti lazımlı olduğunu göstərir.

Peyğəmbərlik sisteminin xüsusiyyətləri redaktə

Peyğəmbərliyin faydaları redaktə

Qurani-Kərimin ayələrində, eləcə də hədislərdə peyğəmbərlərin bəşəriyyət üçün faydaları belə sadalanmışdır:

a)Peyğəmbərlər insanlara Allahın hökmlərini yetirib, ortada vasitəçi rolunu oynayırlar. Peyğəmbərlər olmadan insanların din və şəriətdən xəbərdar olmaları mümkün deyildir. Bu cəhətdən bütün adi insanlar peyğəmbərlərə borcludurlar. Quranda buyurulur: "Allah möminlərə lütf edərək öz cərgələrindən onlara peyğəmbər göndərdi ki, ilahi ayələri oxusun" ("Ali-İmran" surəsi, 164-cü ayə).

b)Peyğəmbərlər Allahın əmri ilə insanlara elm və bilik öyrədir, bilmədikləri çətin məsələləri asan dillə şərh edirlər. Qurani-Kərimdə buyurulur: "Bu, həmin Allahdır ki, yazıb-oxumaq bacarmayan savadsız insanlara öz cərgələrindən peyğəmbər göndərdi ki, onlara kitab və hikmət öyrətsin. Bundan əvvəl həmin insanlar açıq-aşkar zəlalətdə idilər" ("Cümə" surəsi, 2-ci ayə).

c)Peyğəmbərlər camaatın arasında ədalətlə höım edərək, düzgün qanunlar qoymuş, məzlum insanların haqqını özlərinə qaytarmışlar: "Allah müjdə verən və qorxudan peyğəmbərlər yolladı, insanlar arasında onların anlaşa bilmədikləri məsələrdə hakimik etmək üçün haqlı kitab göndərdi" ("Bəqərə" surəsi, 213-cü ayə).

d)Peyğəmbərlərin daha bir vəzifəsi insanların əxlaqını kamilləşdirmək, onları çirkinlik və günahların caynağından xilas etməkdir. Həzrət Məhəmməd peyğəmbər (s) bu barədə buyurmuşdur:5 "Mən insanlarda gözəl əxlaqı kamilləşdirmək üçün göndərilmişəm" ("Səfinətül-bihar").

Peyğəmbərlərin sayı redaktə

Dini sənədlərdə peyğəmbərlərin sayı barədə müxtəlif ədədlər göstərilmişdir. Ən etibarlı rəvayətlərə görə, peyğəmbərlərin sayı 124 min nəfər olmuşdur. Allah-Təala heç bir milləti və tayfanı peyğəmbərsiz qoymamışdır. Çünki Allahın mərhəməti və diqqəti istisnasız olaraq bütün insanlara aiddir. Qurani-Kərimin ayələrində buyurulur: "Hər ümmətin öz peyğəmbəri var idi" ("Yunis" surəsi, 47-ci ayə). "Öz içində peyğəmbər olmayan ümmət yoxdur" ("Fatir" surəsi, 24-cü ayə).

Quranın məlumatına görə, Allahdan üz çevirib fəlakətə düşən tayfaların hamısına vaxtiilə peyğəmbər göndərilmişdir: "Biz heç bir ümmətə elçi göndərməyincə, ona əzab vermərik" ("İsra" surəsi, 15-ci ayə).

Yer üzündə hər millət bir dildə danışdığı üçün bütün millətlərə öz dilində danışan peyğəmbər göndərilmişdir: "Heç bir elçini mənsub olduğu tayfanın dilindən başqa dildə göndərmədik, ta ki Allahın çağırışını onlara çatdıra bilsin" ("İbrahim" surəsi, 4-cü ayə).

Peyğəmbərlərin sayı 124 min nəfər olsa da, onların çox az hissəsinin adı və əhvalatları tarixlərdə qalmışdır. Yəhudi, xristian və müsəlman dini kitablarında üst-üstə cəmi 100 nəfərə yaxın peyğəmbərin barəsində məlumat vardır. Qurani-Kərimdə isə yalnız 26 nəfər səma elçisinin adı çəkilir. Qurani-Kərimin mətnində peyğəmbərlərin heç də hamısının adının çəkilməməsi bir neçə ayədə xatırlanmışdır. Məsələn, belə ayələrin birində buyurulur: "Səndən öncə də peyğəmbərlər göndərmişdik. Onlardan bəzisinin əhvalatını sənə söyləmişik, bəzisini isə söyləməmişik" ("Qafir" surəsi, 78-ci ayə).

Peyğəmbərlərin növləri redaktə

Peyğəmbərlər vəhyi alma növlərinə görə bir-birindən fərqlənmişlər. Qurani-Kərimdə buyurulur: "Biz peyğəmbərlərdən bəzisini digərlərindən üstün etdik" ("Bəqərə" surəsi, 253-cü ayə). Əlbəttə, bu, heç də o demək deyildir ki, yalnız bir neçə peyğəmbərə ehtiram edilməli, başqalarına isə həqarətlə baxılmalıdır. Bütün peyğəmbərlər bizim üçün möhtərəm və əzizdir. Onlardan bəzisi isə xüsusi ehtirama layiqdir. Peyğəmbərləri Quran ayələri ilə də müqayisə etmək olar. Bütün ayələr Allah kəlamı olduğu və müqəddəs sayıldığı halda, namazda yalnız "Fatihə" surəsini oxumaq vacib sayılır. "Fatihə" surəsinin əvəzinə hər hansı başqa surə oxunsa, namaz düzgün sayılmaz. Demək, "Fatihə" surəsi başqa surələr içində daha əhəmiyyətli və üstündür. Lakin bu üstünlük qalan Quran surələrinin müqəddəsliyini heç də azaltmır. Eləcə də peyğəmbərlərdən bir neçəsinin üstünlüyü digərlərinin mövqeyinə əskiklik gətirmir. Peyğəmbərlər məqam və dərəcələrinə görə "nəbi" və "rəsul" olamaq üzrə 2 yerə ayrılırlar.

Peyğəmbərlərin böyük əksəriyyəti nəbi qisminə aiddir. Nəbi o peyğəməbərə deyilir ki, ya qeybdən gələn səslər vasitəsilə, ya da yuxuda Allahdan vəhy alır, yaxud vəhy onun qəlbinə endirilir, lakin o, öz gözləri ilə vəhy mələyini görmür. Peyğəmbərlərin "rəsul" adlı az bir qismi isə deyilənlərdən əlavə, həm də ayıqlıqda mələklə görüşüb onun dilindən vəhyi eşidir. Rəsulların sayı 313 nəfər olmuşdur.

Rəsul peyğəmbərlərin beş nəfəri ən üstün sayılır və "ülul-əzm" adlanır.3 Ülul-əzm peyğəmbərlər bunlardır: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və Məhəmməd (s).

Peyğəmbərlərin qeybi bilməsi redaktə

Peyğəmbərlərin qeyb xəbərləri müxtəlif cür olmuşdur: onlar gah keçmişdə olanları, gah da gələcəkdə baş verəcək hadisələri söyləmiş, uzaq vilayətlərdəki vəziyyəti açıqlamış, insanın ürəyindən keçənləri ona xəbərləri vermişlər.

Ötən bəhslərimizdə xatırlandığı kimi, qeyb aləmindən biliklər Allaha məxsusdur, adi insan bunlardan xəbərdar ola bilməz. Amma qeyb aləminin bəzi sirlərini Allah öz sevimli bəndələrinə — peyğəmbərlərə xəbər verir ki, onlar bu sirləri söyləməklə haqlı olduqlarını xalqa sübut edə bilsinlər. Qurani-Kərimdə bu barədə buyurulur: "Allah qeyb aləmindən xəbərdardır və qeyb xəbərlərini peyğəmbərlər içindən seçdiyi və qoruduğu kəsdən savayı heç kimsəyə öyrətməz" ("Cin" surəsi, 26–27-ci ayələr).

Peyğəmbərlərin xüsusiyyətləri redaktə

Vəhy alacaq peyğəmbər bu vəzifəni icra edəcək hala gətirilməlidir. Bu baxmından Allah-Təala insanlar arasında peyğəmbərliyə ən uyğun olanları seçmiş və onlara bəzi xüsusiyyətlər vermişdir.

Peyğəmbərlik insanın əldə edəcəyi ən yüksək mərtəbədir. Lakin bu, kəsbi deyil, vəhbidir. Yəni Allahın lütfü və ehsanıdır. Uca Allah dilədiyinə bu vəzifəni verir.

Peyğəmbərlər içinədə yaşadıqları cəmiyyətin ən gözəl, ən əxlaqlı, ən zəkalı, ən ağıllı, ən doğru, ən dürüst, ən əmin insanlarıdır. Onlar həmçinin günahlardan ən çox uzaq duranlardır. Hər biri şəfqət və mərhəmət abidəsidir. Özlərinə verilən peyğəmbərlik vəzifəsini ən mükəmməl şəkildə yerinə yetirmişlər. Onlarda peyğəmbərliyə mane olacaq heç bir xüsus yoxdur. Çirkin, pis əxlaqlı, yalançı, saxtakar, ikiüzlü, xain, mərhəmətsiz, kinli, insanların sevməyəcəyi şəxslərdən peyğəmbər ola bilməz.

Peyğəmbərlər haqqında vacib olan əməllər redaktə

Peyğəmbərlərin digər insanlardan fərqli müəyyən sifətləri var ki, bunlar sədaqət, əmanət, fətanət, təbliğ və ismətdir.

1)Sidq- Sidq və sədaqət "doğruluq" deməkdir. Peyğəmbərin sadiq olması şərtdir. Peyğəmbərlər son dərəcə doğru və dürüst insanlardır. Əsla yalan danışmazlar. Yalan danışmaq insanın şəxsiyyətini alçaldır. Bu baxımdan peyğəmbərlərə yalan yaraşmır və peyğəmbərliklə uyğun gəlmir. İnsanlar yalançılara inamazlar. Peyğəmbərlərin peyğəmbərliklərini isbat etmək üçün göstərdikləri möcüzələr, Allah-Təala tərəfindən, peyğəmbərlik iddialarında doğru olduqlarının təsdiq edilməsi deməkdir.

Hz. Peyğəmbər (s.ə.a.s) balacalığından etibarən doğruluq və dürüstlüyü ilə tanınmış, "Muhammədus-sadiqul-əmin-doğru, əmin Muhamməd" ləqəbi ilə məşhur olmuşdur. Heç kimsə onun yalan danışdığına şahid olmamışdır. Düşmənləri olan müşriklər belə onun doğru biri olduğunu etiraf etmək məcburiyyətində qalmışlar.

Doğru və dürüst olmaq, peyğəmbərlər üçün vacib və zəruridir.

2)Əmanət- Əmanət "əmin, etibarlı olmaq" deməkdir. Peyğəmbərlər hər mövzuda, xüsusi ilə də vəhy mövzusunda güvənilən kimsələrdir. Allahdan aldıqları vəhyi, ilahi əmr və qadağaları olduğu kimi insanlara çatdırmışlar. Təbliğlərində nə əksiltmə, nə də artırma etmişlər.

Hz Peyğəmbər (s.ə.a.s) vəhyi öz əlində belə olsa əsla gizləmədən, artırmadan, əskiltmədən insanlara çatdırmışdır. Peyğəmbərlər sadəcə vəhy mövzusunda deyil, hər xüsusda əmin insanlardır. İslamdan əvvəl müşriklər ən qiymətli əşyalarını saxlaması üçün Hz. Peyğəmbərə (s.ə.a.s) əmanət edərdilər. O, özünə əmanət edilənləri qoruyar və zamanı gəldikdə də sahibinə geri qaytarardı. Beləcə, hər kəsin etimadını qazanmışdı.

3)Təbliğ- Peyğəmbərlərin Allahdan aldıqları vəhyi insanlara çatdırması adlanır. Peyğəmbərlərin əsas vəzifəsi Allah-Təaladan aldıqları vəhyi olduğu kimi insanlara çatdırmasıdır.

4)Fətanət- Fətanət "ağıllı və zəkalı olmaq" deməkdir. Peyğəmbərlər təbliğ vəzifələrini gözəl şəkildə yerinə yetirmək üçün fətanət sifətinə sahibdirlər. Hər şeydən əvvəl peyğəmbər Allahdan aldığı vəhyi yadında saxlaya bilməli və unutmadan insanlara çatdıra bilmək üçün son dərəcə qüvvətli hafizəyə sahib olmalıdır. Peyğəmbərlər yaşadıqları cəmiyyətin ən zəkalı və ən ağıllı insanlarıdır. Düşmənləri onların zəkaları qarşısında susmaqdan başqa çarə tapa bilməmişlər. Həyat hekayələrini oxuduğumuz zaman peyğəmbərlərin nə qədər üstün zəkaya və təsir gücünə sahib olduqlarını görə bilərik. Bu xüsusda ən gözəl nümunə Hz. İbrahimdir. Hz. İbrahim (ə) iti zəkası və təsir qabiliyyəti sayəsində bütlərin aciz olduğunu şəxsən bütə sitayiş edənlərə etiraf etdirərək onları susdurmuşdur.

Peyğəmbərlərdəki fətanət sifəti ömürlərinin sonuna qədər davam etmişdir. Onlarda zəkanın zəifləməsi, unutqanlıq kimi xüsusların baş verməsi mümkün deyildir. Çünki onlar daima Uca Allahın himayəsi və mühafizəsi altındadırlar.

5)İsmət- İsmət "peyğəmbərlərin gücləri çatdığı halda günahlardan uzaq olmasına" deyilir. İnsanlar dünya və axirət səadətinin yollarını Allahın elçiləri olan peyğəmbərlərdən öyrənəcəkləri və onları nümunə götürəcəkləri üçün peyğəmbərlərin ismət sifətinə sahib olmaları, yəni günahlardan qorunmuş olmaları şərtdir. Çünki günah işləyən bir insan başqasını günahlardan uzaqlaşdıra bilməz.

Peyğəmbərlərin bir çoxunun bütpərəst cəmiyyətdə boya-başa çatdıqlarına, lakin heç vaxt bütlərə sitayiş etmədiklərinə şahid oluruq. Allah-Təala elçi seçəcəyi şəxsləri uşaqlıqdan küfr, şirk və hər günahlardan qorumuşdur. Bu baxımdan ismət, Allahın, peyğəmbərlərinə xüsusi lütf və ehsanıdır. Çünki peyğəmbərlər Allahın qullarına qarşı dəlilləridir. Peyğəmbərlərin ismət sifətinə sahib olmaları, yəni ilahi mühafizə altında olmaları zəruridir. Peyğəmbərlər günahın hər cüründən qorunduqları kimi eyni zamanda insanların özlərindən nifrət etməsinə səbəb olacaq hallardan da qorunmuşlar. İnsanların özlərindən nifrət edəcəkləri dərəcədə bir xəstəliyə tutulmamışlar. Həzrəti Əyyubun (ə) şiddətli bir xəstəliyə tutulduğu, bədənin qoxduğu, həmçinin bədənindən qurdların çıxdığı və yoldaşının ondan nifrət etdiyindən bəhs edən hekayələr təhrif edilmiş Tövratdan keçən, "israiliyyat" dediyimiz uydurmalardır.

Peyğəmbərlər də insan olduqları üçün xəstələnmişlər. Lakin bu xəstəlik insanların onlardan nifrət edəcəyi dərəcədə olmamışdır.

Peyğəmbərlərə tabe olmaq və onların izindən ayrılmamaq insanların dünya və axirət səadətinə nail olmaları üçün əsas şərtdir.

Peyğmbərlər haqqında caiz olan sifətlər redaktə

Peyğəmbərlər də insandır. Hər biri tərtəmiz insan həyatı yaşamışlar. Normal bir insan üçün sadəcə insan olmaları etibarilə caiz olan hər şey onlar üçün də caizdir. Yemək, içmək, doğulmaq, yatmaq, böyümək, evlənmək, zəngin və kasıb olmaq, xəstələnmək, ölmək… kimi hallar onların peyğəmbər olmaqlarına problem deyildir. Bu qədər ki, onlardakı bütün bu hallar Allah rızasına uyğun, insanlar tərəfindən qibtə ediləcək bir tərbiyə və nəzarət çərçivəsi içindədi. Hər hal və hərəkətləri ilə insanlıq üçün bir ədəb nümunəsi olurlar.

Peyğəmbər, hər halı ilə Allahın qulu və rəsulu olduğunu isbat edir. Zəngin olar, qururlanmaz şükür edər. Kasıb olar şikayət etməz, səbir edər. Xəstə olur ağzından haqq rızasına uyğun olmayan bir tək kəlmə çıxmaz, könlü Rəbbindən başqasına əsla meyil etməz. Ən ağır müsibətlər qarşısında təhəmmül edər və köməyi Allahdan gözləyər. Padşahlıq onların qulluğuna və ibadətinə zərər gətirməz, zindanlarda ömür xərcləmək onlara Rəbblərini unutdurmaz. Hər cür şərtlərin qarşısında onların əsla dəyişməyən iki vəsfi; Allahın şərəfli qulu və sevgili peyğəmbəri olması gözlərin qabağında dayanır.

Vəhy redaktə

Qurani-Kərimdə vəhy anlayışı, ümumi mənada "Allahın öz iradəsini seçdiyi peyğəmbərlərə müxtəlif yollarla bildirməsi" şəklində ifadə edilə bilər. Metafizik aləmdən fiziki dünyaya informasiya axınını təmin edən bu münasibətin mahiyyəti, zamanı və şəkli tamamilə Allahın iradəsi ilə müəyyən edilmişdir. Ancaq bir təcrübə kimi vəhyin mahiyyəti ilə əlaqəli bəyanlara təsadüf edilmir. Ancaq Allahın mesajını peyğəmbərlərinə hansı şəkillərdə çatdırdığına dair bəzi məlumatlar mövcuddur.

Quranda ilahi biliyin peyğəmbərlərə ötürülməsini ifadə edən fel "fısıldamaq, təlqin etmək, sürətli bir şəkildə işarə etmək, yazı yazmaq, ilham etmək" mənalarına gələn "vəhy" kökünün "ifal" formasıdır.

Quranda Allahın Quranı nazil etməsi, Tövrat və İncilin və ya Qurandakı hər hansı bir surənin nazil olması adı çəkilən fellərlə dilə gətirilir.

a)İlahi xitabın şəkilləri: Allah-Təala Qurani Kərimdə Şura surəsinin 51-ci ayəsində buyurur:

"Allah bəşər övladı ilə ancaq vəhylə, yaxud pərdə arxasından danışar. Və ya bir elçi göndərər ki, o da Allahın izni ilə Onun istədiyini vəhy edər".

a1)Vəhy:

Burada ümumi mənada vəhy deyil, onun yalnız bir şəkli nəzərdə tutulur. Vəhyin bu şəkli hər hansı bir vasitə olmadan ilham, mənanın qəlbə ötürülməsi və ya röya yolu ilə həyata keçir. Müfəssirlər vəhyin bu şəklinin peyğəmbərlər olmayanlar üçün də meydana gəldiyini ifadə edirlər. Peyğəmbər vəhyin qəlbinə Allah tərəfindən qoyulduğundan şübhə etməyəcək şəkildə mütləq bir elmə sahib olur.

b1)Pərdə arxasından danışmaq:

Bu xitab şəkli ilahi kəlamın müəyyən bir cisimdə yaradılması yolu ilə meydana gəlir. Allahın pərdə arxasından danışmasının mənası görülə bilməyəcək şəkildə danışması deməkdir. Əslində, maneə qalxsa belə, yenə Allahı görmək alimlərin əksəriyyətinə görə mümkün olmayacaq. Həzrət Musaya Tur dağında edilən vəhy bu növdəndir.

c1)Elçi vasitəsilə vəhy:

Qurani Kərimdə vəhyin mahiyyətinə dair ifadələrə təsadüf edilməməklə yanaşı, vəhyin istər peyğəmbərə çatdırılmasına, istərsə peyğəmbər tərəfindən heç bir dəyişikliyə məruz qoymadan insanlara çatdırılmasına son dərəcə həssas davranıldığı görülür. Peyğəmbər Quranı söz və məna olaraq qəbul etmiş və eləcə təbliğ etmişdir. Quranın vəhyində söz və məna ayırımının olduğu şəklində iddialar Qurana uyğun olmayan uzaq spekulyasiya xarakteri daşıyan mübahisələrdən başqa bir dəyər daşımır.

b)İlahi vəhyə verilən səhv mənalar:

Hər şey maddi aləmdə xülasələşdirib elmi təcrübə yolu ilə isbat etmək istəyənlər ilahi vəhy üçün müxtəlif yozumlar söyləmişlər ki, bizim nəzərimizcə onların hamısı yanlışdır. Aşağıda bu yozumlardan ikisini qeyd edir və onların yanlış olduğunu aydınlaşdıracağıq.

1)Bir qrup tədqiqatçının fikrincə, "peyğəmbər"lər qeyri-adi istedada malik olan dühalar, "vəhy" isə onların düşüncə və daxili dünyalarının məhsuludur. Onların zənnincə, "Ruhul-Əmin" bu dühaların pak ruhu və mənəviyyatı, "səmavi kitab" isə onların ali düşüncə və ideyalarıdır.

Vəhyin bu yozumu, əslində, təcrübi elmlərdən qeytri elmləri əsassız sayanların mülahizəsidir. Bu fikrə yönələn ən böyük irad isə onun ilahi peyğəmbərlərin dedikləri ilə ziddiyyət təşkil etməsidir. Belə ki, ilahi peyğəmbərlər hər bir münasib məqamda bildirmişlər ki, insanlara çatdırdıqları maarif ilahi vəhydən qeyri bir şey deyildir. Bu fikrə əsasən isə peyğəmbərlər yalançı şəxslər olmalıdırlar, halbuki, tarixi faktlar onların sədaqət və dürüstlüyünü təsdiqləməkdədir.

2)Başqa bir qrupun fikrincə isə vəhy, peyğəmbərlərin mənəvi aləminin işartılarıdır. Onların zənnincə, peyğəmbər Allaha olan möhkəm iman və və çoxlu ibadət sayəsində elə bir dərəcəyə yetişir ki, öz mənəvi aləmində bir sıra ali həqiqətləri aşkarlayır və elə təsəvvür edir ki, bunlar ona qeyb aləmindən təlqin edilmişdir. Halbuki, bütün bunların qaynağı onun öz mənəvi aləmidir.

Bu fikrin sahibləri bildirirlər ki, peyğəmbərlərin sədaqətinə bizim şübhəmiz yoxdur və onlar həqiqətən də bir sıra ali həqiqətləri müşahidə edirlər. Lakin məsələ, bu ali həqiqətlərin haradan qaynaqlanmasıdır. Peyğəmbərlər elə təsəvvür edirlər ki, bu həqiqətlər xaricdən və qeyb aləmindən onlara təlqin olunur, həqiqətdə isə onların qaynağı peyğəmbərlərin mənəvi aləmidir.

Bu fikir yeni deyildir və cahiliyyət dövründə vəhy haqqında söylənilən fikirlərdən birinin yeni formasıdır. Cahil ərəblər deyirdilər:

"(Vəhy) qarma-qarışıq yuxulardır". ("Ənbiya" surəsi, 5-ci ayə).

Bunlar isə deyirlər ki, vəhy peyğəmbərlərin təxəyyülünün və öz mənəvi aləmlərinə varmalarının nəticəsidir. Peyğəmbərlər Allah, ibadət, bəşərin islahı haqqında o qədər düşünürlər ki, nəhayət, özlərində bir sıra ali həqiqətləri aşkarlayırlar və elə güman edirlər ki, bunlar qeyb aləmindən onlara təlqin olunur.

Qurani Kərim bir çox ayələrdə bu fikri qəti surətdə rədd edərək buyurur ki, əgər peyğəmbər vəhy mələyini gördüyünü söyləyirsə, deməli, doğru söyləyir: nə onun qəlbi, nə də gözü yanlış görməmişdir. Rəbbimiz buyurur:

"Qəlb gördüyünü yalan saymadı". ("Nəcm" surəsi, 11-ci ayə).

"Göz nə yayındı, nə də ki, uzağa getdi". ("Nəcm" surəsi, 17-ci ayə).

Yəni Həzrət Peyğəmbər (s) həqiqətən də vəhy mələyini həm zahiri, həm də batini gözü ilə görmüşdür.

Möcüzə redaktə

Xariqüladə hadisələr və möcüzənin növləri redaktə

Xariqüladə sözü təbiətdəki nizamı bəzi zamanlarda pozan təbiətüstü hadisələr üçün istifadə edilən termindir. Lüğətdə "deşmək, cırmaq, aşmaq" mənalarına gələn "xarq" sözündən törəmiş olan "xariq" ilə "alışılmış olan şey" mənasındakı "adət" sözündən meydana gəlib "adəti və normal dərk ediləni aşan", "fövqəladə" mənalarını verir.

Qurani Kərimdə "adət" sözündən ayrı olaraq "xarq" kəlməsi fel kimi "deşmək", "cırmaq", "yarmaq", "pozmaq", "həqiqətə zidd olaraq hökm etmək" mənalarında 4 yerdə işlədilmişdir. Təbiətdə müşahidə edilən nizamlı işləyiş gerçəkdə nizamı quran və işlədənin Allah olmasının nəticəsi olaraq islami terminologiyada fiziki aləmi idarə edən ilahi qanuna "adətullah" və ya qısaca "adət" deyilmişdir. Eyni mənaya gələn "sünnətullah" isə Quranda ictimai həyatı idarə edən ilahi qanunu ifadə etmək üçün istifadə edilmişdir.

Xariqüladə hadisələrin növləri redaktə

İslami ədəbiyyatda müzakirə edilən xariqüladə hadisələr 2 yerə bölünür.

1)Dini mənşəli olan xariqüladə hadisələr

a)Möcüzə

b)İrhas

c)Kəramət

d)Məunət

e)Kəşf

f)İstidrac

g)İhanə

2)Dini mənşəli olmayan xariqüladə hadisələr

a)Sehr

b)Şabəzə

c)Kəhanət

Möcüzə redaktə

Lüğətdə möcüzə kəlməsi insanı aciz qoyan, qarşı çıxılmayan, fövqəladə, əcaib və qəribə şey mənasını verir. Termin kimi isə peyğəmbərlərini təsdiqləmək və dəstəkləmək üçün Uca Allahın yaratdığı, insanların isə ona bənzər bir şey yaratmaqda aciz qaldığı fövqəladə hadisələrdir. Peyğəmbərlərə verilən möcüzələrdən əsas olaraq 2 məqsədi vardır:

1)Möcüzə vasitəsilə inkar edənlərə qarşı bir dəlil irəli sürmək

2)Peyğəmbərlərə inanmayanların aciz və gücsüz olduqlarını göstərmək

a)Möcüzə, bilinən təbiət qanunlarına sığmayan və adətlərüstü olmalıdır. Ancaq o zaman o fel Allah qatında təsdiq dərəcəsinə çatar. Təbiət qanunlarına və kainatın normal nizamına görə meydana gələn hadisələrdə fövqəladəlik xüsusiyyəti yoxdur.

b)Möcüzə, Allahın varlığına bir dəlil olaraq, yalnız peyğəmbərlik iddiasında olan şəxs tərəfindən meydana gəlməlidir. Möcüzəni peyğəmbər olan insanlar xaricində heç kim göstərə bilməz.

Peyğəmbərlərdən bəhs edildikdə ilk ağla gələn və Qurani Kərimdə bəzi peyğəmbərlərin göstərdiyi bildirilən möcüzələr, ümumiyyətlə hissi və kövni möcüzələrdir. Hər peyğəmbər Allah Təalanın elçisi olduğunu isbat etmək üçün ümumiyyətlə gözə xitab edən hissi möcüzələr göstərmişdir. Bu fövqəladə hadisələr hər peyğəmbərin içində yaşadığı dövrə uyğun olaraq və insanların anlayışına görə bənzərsiz sayılan və başqalarının bənzərini etməkdə aciz qalaraq heyrətlənəcəklərini növdən möcüzələrdir. Mahiyyət və keyfiyyəti baxımından hissi və kövni olan bu möcüzələrin çoxu Qurani Kərimdə açıqlanmışdır.

1)Hz. İbrahimin (ə.s) Babil hökmdarı Nəmrud tərəfindən oda atıldığı halda yanmayaraq xilas olması möcüzədir.

2)Hz. İsanın (ə.s) Allahın icazəsi ilə ölüləri diriltməsi, korları və alaca xəstəliyinə tutulanları yaxşılaşdırılması kimi fövqəladə hadisələr möcüzədir.

Quranda peyğəmbərlər redaktə

İlk peyğəmbər Həzrəti Adəm, son peyğəmbər bizim peyğəmbərimiz Həzrəti Muhamməddir. Bu ikisinin arasında bir çox peyğəmbərlər gəlmişdir. Peyğəmbərlərdən 25-nin adı Qurani Kərimdə verilir. Ancaq peyğəmbərlərin sayı bundan çoxdur. Biz həm Qurani Kərimdə adı keçən peyğəmbərlər, həm də saylarını yalnız Allahın bildiyi və Qurani Kərimdə adı keçməyən peyğəmbərlər arasında heç bir ayrı-seçkilik qoymadan hamısına inanırıq.

Qurani Kərimdə adı çəkilən peyğəmbərlər bunlardır:

Adəm, İdirs, Nuh, Hud, Salih, Lut, İbrahim, İsmayıl, İshaq, Yaqub, Yusif, Şueyb, Harun, Musa, Davud, Süleyman, Əyyub, Zülkifl, Yunus, İlyas, Əlyəsə, Zəkəriyyə, Yəhya, İsa, Muhamməd (s.ə.a.s).

Mənbə redaktə

  • Bekir Topaloğlu, İslam dinin əsasları (əqidə), Səh 92–134, Bakı-2010
  • Ustad Cəfər Sübhani, İslamda əqidə əsasları, Səh 104–115, Bakı-2012
  • Elçin Əsgərov; Natiq Rəhimov, İslamın əsasları, Səh 71–92, Bakı-2007
  • İlyas Çelebi, İslamın inanç əsasları, Səh 135–153, İstanbul-2015
  • Hədis
  • Kamran Məmmədov, İslam Əqaidi, Səh 123–169, Bakı-2011
  • Lütfi Kazancı, İslam Akaidi, Səh 139–181, İstanbul-1992
  • Mehmet Bulut, Müsəlmanın iman əsasları, Səh 129–163, Bakı-2018
  • Qurani-Kərim
  • Seyfettin Yazıcı, Əsas dini biliklər, Səh 45–48, Bakı-2015
  • Şerafeddin Gölçük, İslam Akaidi, Səh 139–154, İstanbul-1999
  • Yusuf Şevki Yavuz, Nübuvvət, DİA, Cild-33, Səh 279–285

Xarici keçidlər redaktə


Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023