Nüman ibn Müqərrin Haqqinda Melumat - Vikipedia

Nüman ibn Müqərrin Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nöman ibn Müqərrin

(Nüman ibn Müqərrin səhifəsindən istiqamətləndirilmişdir)

Nöman ibn Müqərrin (bilinmirdekabr 641, Nahavənd, Həmədan ostanı) — səhabə, sərkərdə.

Nöman ibn Müqərrin
Doğum tarixi bilinmir
Vəfat tarixi dekabr 641
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm[1]
Fəaliyyəti hərbi lider[d]

Həyatı redaktə

Nöman ibn Müqərrin Mədinə yaxınlığında yaşamış Müzeynə qəbiləsinin başçısı olmuşdur. Hicrətdən sonra Nöman öz qəbiləsinin 400 nəfərlik atlı dəstə ilə Mədinəyə Məhəmməd peyğəmbərin yanına gəlmiş, İslamı qəbul etmişdir. Bundan sonra Nöman müsəlmanların apardığı savaşlarda vuruşmuşdur. Məhəmməd peyğəmbərin vəfatından sonra Nöman xəlifə Əbu Bəkrə tabe olmayan ərəb qəbilələri ilə döyüşmüşdür.

Xəlifə Ömərin dövründə isə o, İrana qarşı savaşlarda fəallıq göstərmiş, Xilafət qoşununa başçılıq etmişdir. İranlılara qarşı Nəhavənd döyüşündə həlak olmuşdur.

Həmçinin bax redaktə

İstinadlar redaktə

  1. Ərəbcə Vikipediya. 2003.

Saytda 128 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024