Nəcəfəli sultan Əşrəfi Haqqinda Melumat - Vikipedia

Nəcəfəli sultan Əşrəfi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəcəfəli sultan Əşrəfi

Nəcəfəli sultan Əşrəfi (?-?)—Abbas mirzə Qovanlı-Qacarın sərkərdəsi, diplomat.

Həyatı redaktə

Fəaliyyəti redaktə

1828-ci ildə Naxçıvanda yerləşən rus qoşunu iyulun 1-də Abbasabad qalasını mühasirəyə aldı. Bu qala xanlığın ən güclü qalalarından biri idi. Qalaya şahın kürəkəni Məhəmmədəmin xan Qovanlı-Qacar başçılıq edirdi. Onun köməkçiləri naxçıvanlı Əmin xan və təbrizli Rza xan idi. Qala qarnizonunda 3000–4000 nəfərə qədər əskər var idi. Qala müdafiəçiləri rus toplarının bombardımanına baxmayaraq, möhkəm dayanmışdılar. Onlar şahzadə Abbas Mirzədən kömək almaq ümidində idilər. Bu vaxt Abbas Mirzə danışıq aparmaq üçün Nəcəfəli Sultan Əşrəfi general-adyutant Paskeviçin yanına göndərmişdi. Abbas Mirzə Lənkəran xanlığını və İrəvan xanlığına məxsus Baş Abaranın Rusiyaya "güzəştə getmək" adı altında danışıqlar aparmaqla vaxt qazanmağa çalışırdı. Eyni zamanda Əşrəfinin əsas vəzifəsi casusluq olmuşdu. O rus qoşununun sayı, vəziyyətilə maraqlanmış və müxtəlif məlumatlar toplamışdı. Lakin danışıqlar baş tutmadı.

İstinadlar redaktə

  • Ənvər Çingizoğlu, Qacarlar dövrünün diplomatları, Bakı, "Mütərcim", 2012. 334 səh.

Həmçinin bax redaktə


Saytda 228 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024