Nəcəfqulu xan Qasımlı-Avşar Haqqinda Melumat - Vikipedia

Nəcəfqulu xan Qasımlı-Avşar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəcəfqulu xan Qasımlı-Avşar

Nəcəfqulu xan Hüseynqulu xan oğlu Qasımlı-Avşar (?-?) — Urmiya xanı.

Nəcəfqulu xan
Nəcəfqulu xan Qasımlı-Avşar
1821 – 1865
ƏvvəlkiHüseynqulu xan Qasımlı-Avşar
Şəxsi məlumatlar
Doğum yeri Urmiya, Urmiya xanlığı
Vəfat tarixi Urmiya
Atası Hüseynqulu xan Qasımlı-Avşar
Dini Şiə, İslam

Həyatı redaktə

Nəcəfqulu xan Hüseynqulu xan oğlu Urmiya şəhərində anadan olmuşdu. Mükəmməl saray təhsili almışdı. Nəcəfqulu xan 1821-ci ildə Urmiyanın hakimi təyin olunmuşdu. B. Nikitin yazır: «Atası bəylərbəyi Hüseynqulu xan Salmas və Urmiya karvanlarını yağmalayan Albak kürdlərinin bölgədə yaratdıqları qarmaşaya bir son vermək və düzəni yenidən yaratmaq üçün, ölən sədrəzəm Məhəmməd Hüseyn xan Isfahiyə yerinə keçməli olan adamı saraya gətirilməsini əmr etdi, lakin 1236-cı ildə öldü».

Abbas mirzə Qovanlı-Qacar 1827-ci ildə Urmiyaya gəlmişdi. “Şahzadə Urmunun hökumətini Nəcəfqulu xan Avşara tapşırdı. Şaha çatdırmaq üçün bir məktub yazıb, qardaşı Qasım mirzəyə verib, Tufarqana yola düşdü. Şahzadə Tufarqana gedərkən sadəcə beş yüz süvari yanına aldı. Qalan kiçik qrupunda komandanlığı Mərhəmətabadda Bəhram mirzəyə buraxdı. Şahzadə öz qrupuna Məhəmməd xan əmirintizam, İbrahim xan Sərdar, Fətəli xan və oğlu Xosrov mirzə kimi bəzi önəmli komandanları da aldı. Şahzadənin sağlıq durumu çox ağır olduğu üçün təxt-i rəvanla səfər etmək zorunda qalmışdı. 1827-ci ilin noyabr ayı idi.”.

Nəcəfqulu xan 1865-ci ilədək Urmiyanın hakimi olmuşdu.

Mənbə redaktə

  • Ənvər Çingizoğlu, Aydın Avşar, Avşarlar, Bakı, “Şuşa”, 2008, səh. 139-140
  • Ənvər Çingizoğlu, Bəhram Məmmədli. Urmiya xanlığı (PDF). Bakı: SDU nəşriyyatı. 2013. səh. 188.

İstinadlar redaktə

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024