Nəcməddin Savalanov Haqqinda Melumat - Vikipedia

Nəcməddin Savalanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəcməddin Savalanov

Aprel döyüşləri şəhidi

Nəcməddin Akif oğlu Savalanov (d. 26 fevral 1985; İmişli, Azərbaycan — ö. 8 may 2016; Bakı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı). 2016-cı ildə Aprel döyüşləri zamanı yaralansada, may ayında şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Nəcməddin Savalanov
Nəcməddin Akif oğlu Savalanov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri İmişli, Azərbaycan
Vəfat tarixi (31 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Kapitan
Döyüşlər Aprel döyüşləri
Təltifləri "İgidliyə görə" medalı "Qüsursuz xidmətə görə" III dərəcəli medalı "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)" yubiley medalı

Həyatı Haqqında redaktə

Nəcməddin Savalanov 1985-ci ilin 26 fevral günündə İmişli rayonunun Göbəktala kəndində anadan olub. Orta təhsilini Göbəktala kənd tam orta məktəbində tamamldıqdan sonra, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və oranı "Taktiki mühəndis qoşunları komandiri" ixtisası üzrə bitirib leytenant rütbəsi alaraq N saylı hərbi hissədə mühəndis taqım komandiri vəzifəsində çalışıb.Nəcməddin Savalanov ailəli idi, iki qız və bir oğlan övladı yadigar qalıb.

Hərbi xidməti redaktə

Kapitan Nəcməddin Savalanov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı ayağından və çiynindən ağır qəlpə yarası aldı. Mayın 8-i Nəcməddin Savalanov Bakı şəhərində yerləşən Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat etdi.

Mayın 9-u isə Nəcməddin Savalanov doğulduğu İmişli rayonunun Göbəktala kəndində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə rayon sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və kapitan Savalanov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nəcməddin Savalanov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

Xatirəsi redaktə

2017-ci ildə haqqında "Şəhidliyə aparan yol" adlı film çəkilmişdir.[1]

İstinadlar redaktə

  1. Abasov, C. "Şəhidliyə aparan yol" filminin təqdimatı keçirilib: Ekran işi aprel döyüşlərində qəhrəmanlıq göstərən şəhid Nəcməddin Savalanova həsr olunub //525-ci qəzet.- 2017.- 19 yanvar.- S.3.

Saytda 154 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024