Nəhəng planetlər Haqqinda Melumat - Vikipedia

Nəhəng planetlər Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəhəng planetlər

Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, UranNeptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogenheliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyakmetan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir.[1] Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir.

Nəhəng qaz planetləri.
Aşağıdan yuxarı: Yupiter, Saturn, UranNeptun.

Yupiter redaktə

border=none  Əsas məqalə: Yupiter

Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır. Əsasən hidrogenheliumdan formalaşmışdır. Yupiterin daxili istiliyi atmosferində bulud qurşaqları və Böyük qırmızı ləkə kimi müvəqqəti quruluşların yaranmasına səbəb olur. Yupiterin müəyyən olunmuş 63 təbii peyki vardır. Bunlardan ən böyükləri Qanimed, Kallisto, İoAvropadır. Bu peyklər vulkanik fəallıq və daxildən isinmə kimi xüsusiyyətlərinə görə daxili planetlərlə oxşardırlar.[2] Günəş sisteminin ən böyük təbii peyki olan Qanimed Merkuridən daha böyükdür.

Saturn redaktə

border=none  Əsas məqalə: Saturn

Saturn Günəşdən uzaqlığına görə 6-cı planetdir. Böyüklüyünə və ağırlığına görə Yupiterdən sonra 2-cidir. Saturn Yerdən müşahidə oluna bilən geniş halqaları ilə tanınır və atmosferinin xüsusiyyətləri Yupiterlə oxşarlıq göstərir. Saturunun 60 məlum olan və 3 təsdiqlənməmiş təbii peyki vardır. Bu peyklərdən TitanEnkelad buzdan təşkil olunmalarına baxmayaraq vulkanik aktiv peyklərdir.[3] Titan Merkuridən böyükdür və Günəş sistemində diqqətəlayiq qalın atmosferə sahib olan tək peykdir.

Uran redaktə

border=none  Əsas məqalə: Uran

Uran Günəşdən uzaqlığına görə yeddinci planetdir. Böyüklüyünə görə görə Yupiter və Saturndan sonra üçüncü olsa da, çəkisinə görə Neptundan daha yüngüldür və dördüncü pillədə durur. Planetlərin içində ekliptik ilə 90 dərəcədən çox bucaq altında meyilliyə sahib olan tək planetdir. Günəşin ətrafında yanı üstə yatmış formada dönür. Nüvəsi digər nəhəng qaz planetlərindən daha soyuqdur və kosmosa daha az istilik yayır.[4] Uranın 27 bilinən təbii peyki vardır. Bunlardan ən böyükləri Titaniya, Oberon, Umbriel, Ariel, Mirandadır.

Neptun redaktə

border=none  Əsas məqalə: Neptun

Neptun Günəşdən uzaqlığına görə səkkizinci planetdir. Neptun böyüklüyünə görə Yupiter, Saturn və Urandan sonra dördüncü pillədə dursa da, Urandan daha ağırdır və ağırlığına görə üçüncü pillədə durur. Daxili istiliyi Yupiter və Saturndan daha azdır.[5] Neptunun bilinən on üç təbii peyki vardır. Ən böyük peyki olan Triton maye azotdan olan qeyzerləri ilə geoloji cəhətdən aktivdir.[6] Triton Neptunun öz oxu ətrafında hərəkətinin əksinə hərəkət edir. Bu xüsusiyyətinə görə əksinə hərəkət edən ən böyük təbii peykdir.

İstinadlar redaktə

  1. Jack J. Lissauer, David J. Stevenson (2006). "Formation of Giant Planets" (PDF). NASA Ames Araştırma Merkezi; California Institute of Technology.
  2. Pappalardo, R T (1999). "Geology of the Icy Galilean Satellites: A Framework for Compositional Studies". Brown University.
  3. J. S. Kargel (1994). "Cryovolcanism on the icy satellites" Arxivləşdirilib 2022-05-04 at the Wayback Machine. U. S. Geological Survey.
  4. Hawksett, David; Longstaff, Alan; Cooper, Keith; Clark, Stuart (2005). "10 Mysteries of the Solar System" Arxivləşdirilib 2019-10-09 at the Wayback Machine. Astronomy Now.
  5. Podolak, M.; Reynolds, R. T.; Young, R. (1990). "Post Voyager comparisons of the interiors of Uranus and Neptune" Arxivləşdirilib 2019-06-07 at the Wayback Machine. NASA, Ames Research Center.
  6. Duxbury, N. S., Brown, R. H. (1995). "The Plausibility of Boiling Geysers on Triton". Beacon eSpace.

Xarici keçidlər redaktə

Həmçinin bax redaktə


Saytda 68 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023