Nəsrəddin Muradxan Haqqinda Melumat - Vikipedia

Nəsrəddin Muradxan Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəsrəddin Muradxan

Nəsrəddin Murad Xan (1904, Buynaksk, Dağıstan MSSR15 oktyabr 1970, Lahor) — Rusiya imperiyasında anadan olmuş qumuq əsilli pakistanlı memar və mülki mühəndis. O, dizayn etdiyi Pakistanın milli abidəsi olan Minar-e-Pakistana görə məşhurlaşmışdır.[1][2][3] O, həmçinin Lahordakı Qaddafi stadionunun, xeyli sayda digər seçilən bina və tikililərin müəllifidir.

Nəsrəddin Muradxan
Şəxsi məlumatlar
Doğum tarixi 1904
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 1970(1970-10-15)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
Vətəndaşlığı
Təhsili
İşləri və nailiyyətləri
Mükafatları Member of the Order of Excellence

Həyatı redaktə

Erkən dövrü redaktə

Muradxan 1904-cü ildə Şimali Qafqazın Buynaksk bölgəsində türk müsəlman ailəsində anadan olmuşdur və türk qumuq tayfasına mənsub olmuşdur.[4] Buynaksk o dövrdə Rusiya imperiyası ərazisinə daxil idi, indi isə Rusiya Federasiyasına daxildir.[1][3] 1930-cu ildə o, Leninqrad Dövlət Universitetinin Memarlıq fakültəsinin Şəhər Planlama və Mülki Mühəndislik ixtisasını bitirmişdir. Bu universitet indi Peterburq Dövlət Universiteti adlandırılır. Daha sonralar o, müxtəlif elmi dərəcələrini də bu universitetdən almışdır.[1][2][5]

Sürgün redaktə

Muradxan müsəlman Qafqazı Sovet hakimiyyətindən qurtarmağı arzulayırdı.[2] Buna görə də, həyatı barədə narahat olduqdan sonra Dağıstandan qaçmağa məcbur oldu və Almaniyaya getdi. O, burada 1944-cü ilə qədər qaldı.[1] O, müharibə bitdikdən sonra Berlində BMT tərəfindən yaradılmış qaçqın düşərgəsində qalmış, sonradan Mittenvalda köçmüş və burada 1946-cı ildə türk qaçqını olan Həmidə Akmut ilə ailə həyatı qurmuşdur.[1][2]

Pakistan redaktə

Muradxan Qərbi Almaniyada 6 il mühacirətdə olduqdan sonra 1950-ci ildə ailəsi ilə birlikdə Pakistana köçdü.[1]

Ölümü redaktə

Muradxan 15 oktyabr 1970-ci ildə ürəy tutmasından vəfat etmişdir.[1][2]

Peşəkar kareyerası redaktə

1930-cu ilə qədər Muradxan DağıstanLeninqradda müxtəlif vəzifələr tutmuşdu.[2] O, Stalin tərəfindən başladılan "Mühəndislər işi" zamanı həbs edilmiş, lakin 1940-cı ilin fevralında azadlığa buraxılaraq Şimali Qafqaz Layihə Fondunun Pyatiqorsk şəhərindəki filialında baş mühəndis kimi çalışmağa başlamışdır.[2] O, sonradan bu müəssisənin Ukraynanın Voroşilovsk şəhərindəki filialının baş mühəndisi və direktoru kimi çalışmışdır. O, bu vəzifədə 1942-ci ilin avqustuna qədər qalmışdır.[2] Muradxan Sovet İttifaqında Lenin Memorialı da daxil olmaqla, bir çox layihəni planlamış və dizayn etmişdir.[1] Pakistana miqrasiya etdikdən sonra o, müxtəlif vəzifələrdə çalışmışdır. Sonradan xüsusi memar kimi təyin edilərək, Niştar xəstəxanasının və Niştar Tibb Kollecinin binalarını dizayn etmişdir.[1] Əlavə olaraq, o, Manşehra Əqli Xəstəliklər Xəstəxanasının, Sahala Polis Təlim Kollecinin, Sinkleyr Xristian Kollecinin, Qaddafi stadionunun (1959-cu ildə tamamlanmışdır və hal-hazırda Lahor stadionu adlandırılır), Faysalabadda Tekstil Kollecinin binalarını dizayn etmiş və tikintilərinə rəhbərlik etmişdir. Bu siyahı çox genişdir.[1][6][7]

Minar-e Pakistan redaktə

Muradxanın ən çox sevilən və yaddaşlarda qalan dizaynı Minar-e Pakistan abidəsidir. Bu abidə Lahor şəhərindəki Minto parkda (indiki İqbal parkı) yerləşir. Minar-e Pakistanın təməl qoyma mərasimi 1960-cı ilin 23 martında edilmişdir.[1][8] Deyilənlərə görə, prezident Əyyub Xan Muradxanı otağına çağırmış, doldurma qələmini cibindən çıxararaq masaya qoymuş və "mənə belə bir bina tik demişdir".[9]

Muradxan tikintiyə və dizayna rəhbərlik etməyə çox həvəsli idi.[1][2] O, tez-tez tikinti yerini ziyarət edir, tikinti materialları ilə tanış olur və keyfiyyəti yoxlayırdı.[2] O, özünün gördüyü işlərə görə almalı olduğu əməkhaqqını almamış, əvəzinə həmin məbləği Minar-e Pakistanın tikilməsi üçün qurulan yardım fonduna bağışlamışdır.[1] Tikinti təqribən 8 il davam etdi və 31 oktyabr 1968-ci ildə tamamlandı. Tikinti ümumilikdə 7.5 milyon dollara başa gəlmişdir.[9][10]

Mükafatları redaktə

Muradxanın xidmətlərinin təqdiri olaraq Pakistanın prezidenti general Əyyub Xan 1963-cü ildə ona "Tamğa-i İmtiyaz" mükafatını vermişdir.[1][2][5]

Fikirləri və irsi redaktə

Muradxanın fikrinə görə hər bir bölgənin yerli baş memarı olmalı idi. O, həmçinin islami memarlığın tərəfdarı idi və ona görə, bu üslub pakistanlı memarlığının milli xarakterində qorunmalı idi.[5]

Qalereya redaktə

Həmçinin bax redaktə

Mənbə redaktə

Ədəbiyyat redaktə

  • Artasia, Artasia, AICA Regional Secretariat for South Asia and the Far East, 1965, 30–31, İstifadə tarixi: 13 January 2014, Mr. Nasreddin Murat Khan wondered why there were no chief architects or separate architects for corporations and major municipal committees. He had been moving around in many parts of the world and could state from personal knowledge that architects did exist in other countries for such local bodies He was of the view that the government should immediately take note of this necessity and arrange the creation of these posts in the corporations and at least in the principal municipalities... Mr. Nasreddin Murat Khan emphasised the retention of a national character in our architecture and said that we were a Muslim community stretching from north-west Africa to the Far East. It should be possible to achieve a certain uniformity of approach towards well-defined features of Muslim architecture as such, even though some of these features may no longer be necessary or relevant, and could be dispensed with.
  • Biographical Encyclopedia of Pakistan, Biographical Encyclopedia of Pakistan, Biographical Research Institute, Pakistan, for International Publishers (Pakistan), 1970, səh. 703, İstifadə tarixi: 13 January 2014, Nasreddin Murat Khan, T.I. ; graduated from the Institute of Architects-Town Planners and Civil Engineers, University of Leningrad (U. S. S. R.) 193fj; is holding degrees in Architecture-Town Planning and in Civil Engineering ; was awarded Tamgha-i-Imtiaz by the President ENGINEERING & ARCHITECTURE (PART II) 703.
  • DAWN, Remembrance: The man behind the masterpiece, 22 March 2009, İstifadə tarixi: 6 January 2014
  • Express Tribune, Flashback: The forgotten architect, 14 August 2014, İstifadə tarixi: 14 August 2014
  • Saud, Saad, "Four noted personalities who adopted Pakistan as their motherland", The Express Tribune, 13 June 2015, İstifadə tarixi: 14 June 2015
  • F.C. College, January 150 Quiz Answers, 30 January 2014, İstifadə tarixi: 14 February 2014
  • The Nation, FC College gets a postage stamp, 10 June 2014, İstifadə tarixi: 20 May 2015
  • The Friday Times, The making of Minar-e-Pakistan, Lahore (circa 1965), 27 March 2015, İstifadə tarixi: 20 May 2015
  • Jafari, Aqeel Abbas, Pakistan Chronicle (urdu) (1st), 94/1, 26th St., Ph. 6, Defence Housing Authority, Karachi: Virsa Publications, 2010, 171, 198, 216, 225, 273, 320, ISBN 9789699454004
  • Nai Baat, عمران خان دھوکا نہ دینا۔۔۔, 2013, 12 January 2014 tarixində orijinalından arxivləşdirilib, İstifadə tarixi: 12 January 2014
  • Samiuddin, Osman, The Unquiet Ones: A History of Pakistan Cricket, HarperCollins Publishers India, 15 November 2014, ISBN 9789350298022, İstifadə tarixi: 20 May 2015, The main attraction of the park now, the Minar-e-Pakistan, commemorates that resolution... It was completed in 1968, a result mostly of the efforts of Nasreddin Murat Khan, a Pakistani of Russian descent who had been part of one of Stalin's many purges.

İstinadlar redaktə


Saytda 159 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024