Nəsrulla Şeyxov Haqqinda Melumat - Vikipedia

Nəsrulla Şeyxov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəsrulla Şeyxov

Nəsrulla Əsəd oğlu Şeyxov (1863, Naxçıvan ş. – 1921, İran, Rəşt ş.) – maarifçi, teatr xadimi.

Nəsrulla Şeyxov
Şeyxov Nəsrulla Əsəd oğlu
Doğum tarixi 1863
Doğum yeri
Vəfat tarixi 1921
Vəfat yeri
Fəaliyyəti maarifçi, teatr xadimi

Həyatı redaktə

Uşaqlığı "Məddah" təxəllüsü ilə şeirlər yazan atası ilə birlikdə Naxçıvan da və Kərbəlada (İraq) keçmişdir. XIX əsrin 80–90-cı illərində C. Məmmədquluzadə ilə birlikdə Naxçıvanın teatr həyatında iştirak etmiş, M. F. Axundovun "Müsyö Jordan və dərviş Məstəli şah" komediyasında Hatəmxan ağa, E. Sultanovun "Azərbaycan qızı" pyesində Pəri rollarında oynamışdır. İran məşrutə hərəkatında yaxından iştirak etmiş, məşrutəçi kimi "Cəmşid" ləqəbi ilə tanınmışdır. Tiflis şəhərində "Hümmət" təşkilatı Naxçıvan şöbəsinin yaradılmasında mühüm rol oynamışdır. İranda, Həştərxanda həbsdə olmuşdur. İranın Rəşt şəhərində kommunist firqəsinin məsul katibi olan Ş. müxalif qüvvələrlə gedən vuruşmalarda faciəli surətdə həlak olmuşdur.

Mənbə redaktə

  • Xəlilov Ə., Naxçıvan teatrının tarixi, B., 1964;
  • Həbibbəyli İ., Cəlil Məmmədquluzadə: Mühiti və müasirləri, B., 1997.

Həmçinin Bax redaktə


Saytda 127 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024