Nətənz nüvə obyekti Haqqinda Melumat - Vikipedia

Nətənz nüvə obyekti Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nətənz nüvə obyekti

Nətənz nüvə təsisatı,Nətənz nüvə obyekti və ya Nətənz nüvə kompleksi(rəsmi adı:Nətənzin Şəhid Əhmədi Rövşən Nüvə Mərkəzi)-İranın nüvə proqramı ilə bağlı "yeraltı obyekti"n bir hissəsi ki uran zənginləşdirmək üçün "dəmir-betondan 30metr dərinlikdə"[1] İsfahan ostanıda Nətənz yaxınlığında inşa edilib.

İran hava müdafiə təyinatlı, Nətənz nüvə kompleksi yaxınlığında

Fəaliyyəti redaktə

Natanz nüvə obyekti Beynəlxalq Atom Enerjisi Agentliyinin qeyri-nüvə ölkələrinin öz nüvə proqramlarını dinc məqsədlər üçün istifadəsinə nəzarət edən mühafizə sisteminə daxildir və İranın nüvə proqramına beynəlxalq nəzarət mexanizmi çərçivəsində müfəttişlər tərəfindən mütəmadi təftiş olunur. Obyektdəki bütün əsas istehsal obyektləri yeraltı keçiddə cəmləşib və avadanlıqları o cümlədən mümkün hava zərbələrindən qoruyan yeddi metr beton təbəqə ilə örtülüb. Netenzedə 2020-ci il üçün uran 4.5 faizə qədər zənginləşdirilib, bu da 2015-ci ildə bir nüvə sazişində nəzərdə tutulan 3,67 faiz səviyyəsindən yüksəkdir. 2020-ci ilin iyul ayında İran Atom Enerjisi Təşkilatı təfərrüatlara girmədən, obyektdə müəyyən bir hadisənin olduğunu bildirib. Şəhər rəsmiləri yalnız yanğının olduğunu təsdiqləyiblər. Səlahiyyətlilər fövqəladə vəziyyətə baxmayaraq, müəssisədəki işlərin dayanmadığını təmin edirlər. Amerikalı analitiklər isə nüvə obyektində partlayış və yanğın baş verdiyini iddia ediblər. Gecədən başlayan yanğın o qədər parlaq olub ki, kosmosdan göründüyü və Amerika hökumətinin bir peyki tərəfindən qeydə alındığı da qeyd olunur.[2] Yanğın baş verən ərazidə nüvə materialı olmayıb və hadisə zamanı heç kim xəsarət almayıb.[3]

İstinadlar redaktə

  1. Iran Raid Seen as a Huge Task for Israeli Jets Arxivləşdirilib 2023-08-06 at the Wayback Machine، The New York Times
  2. "İranda nüvə obyektində partlayış". 2023-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-07-03.
  3. "BAEA: İranın nüvə obyektində yanğın baş verən ərazidə nüvə materialı olmayıb". 2020-07-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-07-04.

Həmçinin bax redaktə


Saytda 139 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024