Nəzmiyyeyi Təbriz Haqqinda Melumat - Vikipedia

Nəzmiyyeyi Təbriz Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nəzmiyyeyi Təbriz

"Nəzmiyyeyi Təbriz"Cənubi Azərbaycanda Məşrutə dövründə nəşr olunmuş qəzetlərdən biri[1].

Nəzmiyyeyi Təbriz
Təsisçi Təbriz Polis İdarəsi
Ünvan Təbriz

Tarixi redaktə

Məşrutə fərmanı verildikdən sonra Təbrizdə nəşr edilən qəzetlərdən biri olan "Nəzmiyyeyi Təbriz" şəhərin polis idarəsi tərəfindən təsis olunmuş və bu idarənin orqanı sayılırdı[1].

Bu nəşrin ən mühüm cəhəti onun xalqa məxsusluğu və xalqla daimi ünsiyyəti idi[2].

İngilis Edvard Braun "İran mətbuatı və ədəbiyyatı tarixi" kitabında bu qəzet haqqındakı təəssüratlarını belə bölüşür[2]:

"Bu təsvirli qəzet həftəlik olaraq 1326 h.q. və ya 1908-1909 tarixində Mahmud İskəndaninin rəhbərliyi ilə Təbrizdə nəşr olunurdu. İlk nömrəsində polis rəisi İclal Əlmülkün şəkli var idi."[2]

İstinadlar redaktə

  1. 1,0 1,1 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 49.  (az.)
  2. 2,0 2,1 2,2 Pərvanə Məmmədli. Cənubi Azərbaycan mətbuatı tarixi. Arxivləşdirilib 2019-03-27 at the Wayback Machine Bakı: "Elm", 2009, səh. 51.  (az.)

Saytda 188 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024