Nabat Səmədova Haqqinda Melumat - Vikipedia

Nabat Səmədova Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nabat Məhərrəm qızı Səmədova (d. 4 iyul 1950) — Azərbaycan rəssamı, Azərbaycanın əməkdar rəssam (2018).

Nabat Səmədova
Nabat Məhərrəm qızı Səmədova
Doğum tarixi (73 yaş)
Doğum yeri Qazax, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Fəaliyyəti teatr rəssamı
Mükafatları "Azərbaycan Respublikasının əməkdar rəssamı" fəxri adı

Həyatı redaktə

N.Səmədova 1974-cü ildə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir. 1980-cı ildə o, Moskvada Ümumittifaq İxtisasartırma kurslarında "Quruluşçu rəssam" ixtisasına yiyələnmiş, 1975-ci ildə isə Lənkəran Dövlət Dram Teatrında quruluşçu rəssam kimi fəaliyyətə başlamışdır. Lənkəran teatrında ilk işləri "Oqtay Eloğlu", "Dağılan tifaq", "Bahalı oğlan" və s. tamaşalar olmuşdur. 1982-ci ildə N.Səmədova Sumqayıt Dövlət Musiqili Dram Teatrına quruluşçu rəssam təyin edilmişdir. Bu teatrda rəssam H.Cavidin "Afət", İ.Karaçalının "İtirilmiş məktub", A.Abdulinin "13-cü sədr" əsərlərinə uğurlu tərtibatlar vermişdir.

Rəssamın son dövr yaradıcılığı Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə sıx bağlı olmuşdur. N.Səmədova bu teatrda S.Fərəcov, Ə.Əmirlinin "Səhnədə məhəbbət", O.Rəcəbov, A.Babayevin "Əlin cibində olsun", R.Mustafayev, C.Məmmədovun "Məsmə xala dayımdır", R.Əkbərin "Bəydullanın möhtəşəm toyu", S.Fərəcov, R.N.Güntəkinin "Bir günlük siğə" musiqili komediyalarına maraqlı, tamaşaların bütövlüyünə xidmət edən bədii tərtibat vermişdir.

Ümumən 28 illik iş stajına malik rəssam 60-dan artıq teatr tamaşasının, 14 televiziya filminin quruluşçu rəssamı olmuşdur. N.Səmədov hal-hazırda Azərbaycan Dövlət Musiqili Komediya Teatrında yaradıcılıq fəaliyyətini davam etdirir.

27 may 2018-ci ildə Azərbaycanın əməkdar rəssam fəxri adına layiq görülmüşdür.[1]

Filmoqrafiya redaktə

  1. Abbas və Gülgəz (film, 2000) (sənədli serial) (AzTV) - quruluşçu rəssam
  2. Koroğlu (film, 2003)
  3. QAZ (film, 2005)
  4. Hərənin öz payı+tayı (film, 2006)
  5. Kişiləri qoruyun (film, 2006)
  6. Bəylik dərsi (film, 2007)
  7. Qüdsi (film, 2007)
  8. Qağayı (film, 2012)
  9. Toy gecəsi (teserial, 2013)

İstinadlar redaktə

  1. President.Az. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 27.05.2018. 2020-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-27.

Xarici keçidlər redaktə


Saytda 112 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024