Nadir Əlişov Haqqinda Melumat - Vikipedia

Nadir Əlişov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nadir Əlişov (azərb. Əlişov Nadir İsmayıl oğlu;17 iyul 1948, Şuşa, Dağlıq Qarabağ16 mart 2021, Kiyev) — Texnika elmləri doktoru, professor, Ukrayna Elmlər Akademiyasının müxbir üzvü.[1]

Nadir Əlişov
Əlişov Nadir İsmayıl oğlu
Doğum tarixi 17 iyul 1948(1948-07-17)
Doğum yeri
Vəfat tarixi 16 mart 2021(2021-03-16) (72 yaşında)
Vəfat yeri
Dəfn yeri Kiyev şəhəri müsəlman məzarlığı
Milliyyəti Azərbaycanlı
Elm sahəsi texnika elmləri
Elmi dərəcəsi texnika elmləri doktoru
Elmi adı professor
İş yeri Ukrayna EA-nın V.M.Qluşkov adına Kibernetika İnstitutu
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu
Elmi rəhbəri Akademik Boris Yevgenyeviç Paton
Üzvlüyü Ukrayna Elmlər Akademiyasının müxbir üzvü

Həyatı redaktə

Nadir İsmayıl oğlu Əlişov 17 iyul 1948-ci ildə Azərbaycanın Şuşa şəhərində anadan olmuşdur.

Təhsili redaktə

Orta təhsilini Şuşada 2 saylı İnternat məktəbində almış, daha sonra Azərbaycan Neft və Kimya İnstitutunu bitirmişdir. İnstitutu bitirdikdən sonra Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda aspirantura təhsili almışdır. Aspiranturada oxuduğu dövrdə Boris Yevgenyeviç Patonun (1918–2020) rəhbərliyi altında tədqiqat aparmışdır. Bundan sonra elmi-pedaqoji fəaliyyəti Ukrayna ilə bağlı olmuşdur.[2]

Elmi fəaliyyəti redaktə

O, 1977-ci ildə "Materialların möhkəmlik xüsusiyyətlərinin öyrənilməsinə yönəlmiş avtomatlaşdırılmış sistemlərin texniki və proqram-alqoritmik dəstəyinin tədqiqi və inkişafı" mövzusunda dissertasiya müdafiə dərək texnika elmləri namizədi adını almışdır.

Ukrayna Elmlər Akademiyasının V.M.Qluşkov adına Kibernetika İnstitutunda baş elmi işçi kimi fəaliyyət göstərmişdir. 2007-ci ildə isə həmin institutda "Ağıllı sistemlər və kompüter şəbəkələrində mənbələrin sistematik qarşılıqlı nəzəriyyəsi, texnologiyaları və vasitələri" mövzusunda dissertasiya müdafiə edərək texnika elmləri doktoru adını almışdır.

Elmi-pedaqoji fəaliyyətini Ukraynada davam etdirmiş, daha sonra professor elmi adına yiyələnmişdir. O, bir müddət Ukrayna Aviasiya Universitetində çalışmışdır.

Səmərəli elmi fəaliyyətinə görə Ukrayna Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.

Nadir Əlişov həmçinin Ukraynada Azərbaycan diaspor nümayəndəsi kimi aktiv fəaliyyət göstərmişdir. Onun yaratdığı Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan İctimai-Mədəni Mərkəzi uzun illər Azərbaycanın dövlət maraqlarının qorunmasında, milli ədəbiyyatın və mədəniyyətin təbliğ olunmasında əhəmiyyətli rol oynamışdır.

Nadir Əlişov uzun sürən xəstəlikdən sonra 16 mart 2021-ci ildə 72 yaşında Ukraynanın Kiyev şəhərində dünyasını dəyişmişdir. Kiyev şəhərindəki müsəlman məzarlığında dəfn olunmuşdur.[3]

Təltifləri redaktə

Tədqiqatları redaktə

  • Создание ЭВМ нового поколения / Н. И. Алишов, Б. Н. Малиновский, В. Д. Шуваева, М. Я. Дрогицкий. — Киев: УкрНИИНТИ, 1987. – 38 c.
  • Архитектура локальной сети ПЭВМ, ориентированной на безбумажную технологию обработки информации : [Метод. рекомендации / Подгот. Н. И. Алишовым]. — Киев: О-во "Знание" УССР, 1990. — 35 с.
  • Справочник по персональным ЭВМ. Киев: Тэхника, 1990, 383 с.
  • Программа для подготовки к вступительному и кандидатскому экзаменам по специальности 05.13.13- вычислительные машины, системы и сети / НАН Украины, Ин-т кибернетики им. В. М. Глушкова; подгот. Н. И. Алишов [и др.]. — К. : [б.и.], 1998. — 11 с
  • Теория, технологии и средства системного взаимодействия ресурсов в интеллектуальных системах и сетях компьютеров: Дис… д-ра техн. наук: 05.13.13 / НАН Украины, Ин-т кибернетики им. В. М. Глушкова. — К., 2007. — 382 л.
  • Развитые методы взаимодействия ресурсов в распределенных системах; НАН Украины, Ин-т кибернетики им. В. М. Глушкова. – Киев: Сталь, 2009. — 448 c.: рис. — Библиогр.: с. 418–443
  • Технология системной интеграции аппаратно-программных средств защиты потоковой информации на базе нераскрываемых шифров / Н. И. Алишов, А. Я. Бойко, Н. А. Бойко, С. В. Зинченко, А. В. Палагин, Н. А. Сапунова // Системи обробки інформації. — 2016. — Вип. 3. — С. 7–10

İstinadlar redaktə

  1. "Nadir Əlişov vəfat etdi". www.dominant.az. 16 mart 2021. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
  2. "Azərbaycanlı alim vəfat etdi". konkret.az. 16 Mart, 2021. 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.
  3. "Ukraynada Azərbaycan diaspor təşkilatının qurucularından biri vəfat edib". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-18.
  4. "Tanınmış azərbaycanlı VƏFAT ETDİ". news.milli.az. 18 mart 2021. 2022-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 18 yanvar 2022.

Saytda 107 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024