Nakaqava Qoroci Haqqinda Melumat - Vikipedia

Nakaqava Qoroci Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nakaqava Qoroci (中川五郎治?, 176823 oktyabr 1848) – bir müddət Rusiyada yaşamış və Yaponiyaya çiçək xəstəliyi vaksinasiyasını gətirmiş şəxs.

Nakaqava Qoroci
yap. 中川五郎治
Doğum tarixi 1768
Vəfat tarixi 23 oktyabr 1848(1848-10-23)
Vəfat səbəbi boğulma
Fəaliyyəti tədqiqatçı-səyyah[d]

Həyatı redaktə

Nakaqava Qoroci 1768-ci ildə Yaponiyada doğulmuşdur.[1] 1807-ci ildə Cənubi Kuril adalarında mühafizəçi və tərcüməçi kimi işləyərkən Rusiya basqınçıları tərəfindən qaçırılmış və Sibirə aparılmışdır.[1] O, növbəti beş ilini Rusiyada keçirmişdir.[1] Bu müddət ərzində İrkutsk şəhərində olmuş, Yaponiya haqqında olan xəritələri və sənədləri gizlicə məhv etmişdir.[1] Yakutskda həkim köməkçisi kimi işləyərkən çiçək xəstəliyi vaksininin effektləri ilə tanış olmuşdur.[1]

1812-ci ildə rus səyyah Vasili Qolovnin ilə birlikdə Yaponiyaya səyahət etmişdir.[1] Qolovnin Kunaşir adasında olanda yaponlar tərəfindən əsir götürülmüş və nəticədə, Nakaqava azadlığına qovuşmuşdur.[1] O, Rusiya haqqında hesabat yazmış və 1824, 1835 və 1842-ci illərdə Yaponiyada baş vermiş çiçək xəstəliyi epidemiyaları zamanı Rusiyada əldə etdiyi tibbi biliklərdən istifadə etmişdir.[2] Daha sonra Matsumae hanı[a] tərəfindən işə götürülmüşdür.[2]

Qeydlər redaktə

İstinadlar redaktə

Ədəbiyyat redaktə

  • Kodansha Encyclopedia of Japan (ingiliscə). V cild (Libr–Nijo). Tokio: Kodansha. 1983. səh. 312-313. ISBN 0-87011-625-8. İstifadə tarixi: 8 avqust 2022.

Saytda 185 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024