Namiq Abaslı Haqqinda Melumat - Vikipedia

Namiq Abaslı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Namiq Abaslı

Azərbaycanın paralimpiya cüdoçusu

Namiq Zülfüqar oğlu Abaslı (12 sentyabr 1997) — Azərbaycanı təmsil edən cüdoçu. 2020-ci ildə Yaponiyanın Tokio şəhərində baş tutan XVI Yay Paralimpiya Oyunlarında bürünc medala sahib olub.

Namiq Abaslı
Şəxsi məlumatlar
Tam adı Namiq Zülfüqar oğlu Abaslı
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Doğum tarixi (26 yaş)
İdman növü Cüdo

Həyatı redaktə

Namiq Abaslı 1997-ci il sentyabrın 12-də anadan olub. 2014-2018-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) ali təhsil alıb.

Karyerası redaktə

Namiq Abaslı 2018-ci ildə Portuqaliyada baş tutan Dünya Çempionatını yeddinci pillədə başa vurdu. Komanda turnirində isə o, bürünc medalın sahibi oldu.

2019-cu ilin may ayında Qran-Pridə bürünc medal qazanan Namiq Abaslı, həmin ilin iyul ayında İtaliyada baş tutan Avropa Çempionatında da bürünc medala sahib oldu. 2021-ci ilin may ayında isə o, Qran-Prinin qalibi oldu.

2021-ci ilin avqust ayında isə Namiq Abaslı Yaponiyada baş tutan XVI Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Namiq Abaslı Paralimpiadanın 1/4 final mərhələsi çərçivəsində İspaniya nümayəndəsi Serxio İbanez ilə üz-üzə gəldi və rəqibinə məğlub oldu (00:01).[1][2] Rəqibi finala vəsiqə qazandığı üçün Namiq Abaslı təsəlliverici qrupda mübarizə apardı.[2] Təsəlliverici qrupun birinci görüşündə onun rəqibi Puerto-Riko təmsilçisi Luis Yabdiel Perez oldu.[2] Həmin görüşdə rəqibinə ipponla qalib gələn Namiq Abaslı, növbəti mərhələdə Rusiya Milli Paralimpiya Komitəsinin nümayəndəsi Victor Rudenho ilə üz-üzə gəldi.[2] Həmin görüşdə də rəqibindən üstün olan Namiq Abaslı, bürünc medal uğrunda görüşə vəsiqə qazandı.[2] Həlledici görüşdə onun rəqibi 2012-ci il London Paralimpiadasının qalibi olan Ukrayna təmsilçisi David Xorava oldu.[2] Həmin görüşdə rəqibinə vaza-ari ilə qalib gələn Namiq Abaslı, XVI Yay Paralimpiya Oyunlarının bürünc medalına sahib oldu.[2]

Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamına əsasən, XVI Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Namiq Zülfüqar oğlu Abaslı 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.[3]

İstinadlar redaktə

  1. Azerisport.com idman portalı. "Азербайджанские парадзюдоисты узнали соперников по первым схваткам в Токио". www.azerisport.com (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
  2. 1 2 3 4 5 6 7 Azerisport.com idman portalı. "Токио-2020: Шахана Гаджиева и Вугар Ширинли стали чемпионами Паралимпиады". www.azerisport.com (rus.)). 01.09.2022. Archived from the original on 2022-09-22. İstifadə tarixi: 01.09.2022.
  3. Azərbaycan Dövlət İnformasiya Agentliyi. "Azərbaycan Milli Paralimpiya Komandasının üzvlərinin təltif edilməsi haqqında Azərbaycan Prezidenti İlham Əliyevin 6 sentyabr 2021-ci il tarixli Sərəncamı". www.azertag.az (az.)). 06.09.2022. 2022-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 05.08.2022.

Saytda 137 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024