Napoleon müharibələri Haqqinda Melumat - Vikipedia

Napoleon müharibələri Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Napoleon müharibələri

Napoleon müharibələri — adı altında noyabr 1799 (1798)-cu ildən başlayaraq iyun 1815-ci ilə qədər I Napoleonun birinci konsulluq və imperatorluğu dövründə Fransanın digər Avropa ölkə və imperiyalarına qarşı apardığı müharibələr nəzərdə tutulur. Geniş mənada bura Napoleonun İtalya kompaniyası (1796–1797) və onun Misir ekspedisiyası (1798–1799), Fransız inqilabı müharibəsi daxildirlər.

Napoleon müharibələri

Yuxarıda: Austerlits döyüşü
Aşağıda: Vaterloo döyüşü
Tarix 18 may 1803 – 20 noyabr 1815
Yeri Avropa,Atlantik okeanı, Hind okeanı, Rio-de-La-Plata
Nəticəsi Antifransa koalitsiyasının qələbəsi
Vyana konqresi
Münaqişə tərəfləri

Böyük Britaniya Birləşmiş Krallıq
Antifransa koalisiyası:
 Avstriya AlmaniyaPrusiya
 Rusiya  İspaniya(1808-1815)  Portuqaliya  Osmanlı imperiyası MisirMəmlüklər Misir
FransaBurbonlar
 Niderland  İsveç
Norveçİsveç-Norveç
İtaliyaSiciliya krallığı
İtaliyaNeapol krallığı
SardiniyaSardiniya krallığı
Vatikan Papa dövləti
 Monteneqro

Fransa Fransa

Fransa müttəfiqləri:
NiderlandBatavian(1803-1806)
NiderlandHolland krallığı(1806-1810)
İtaliyaİtaliya respub. (1803-1805)
İtaliyaİtaliya krallığı (1805-1814)
İtaliyaNeapol krallığı(1814-1815)
İtaliyaEtruriya krallığı
PolşaVarşava hersoqluğu
 İsveçrə
 İspaniya(1803-1808)
AlmaniyaReyn İttifaqı

LixtenşteynLixtenşteyn
DanimarkaDanimarka-Norveç

 Avstriya(1809-1813)
AlmaniyaPrusiya(1807-1812)
 Rusiya(1807-1812)
 İsveç(1809-1812)
İran Qacarlar (1804–1807, 1812–1813)

Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

18 brümer çevrilişi (9 noyabr 1799 cu il) Fransada hakimiyyəti hədsiz ehtiras və qabiliyyətə malik bir sərkərdəyə Napoleona tapşırmış olur. Bu vaxt məhz Avropada qatma-qarışıqlıq, hərcmərclik höküm sürürdü. Avropanı bürüyən inqilab dalğası yeni qayda qanun tələb edirdi ki, mövcud hakimiyyətlər buna qabil deyildirlər. Bu özünü həm idarəetmədə, həm maliyədə və həm də ordu idarəçiliyində özünü göstərməkdə idi.

Məhz bu şəraiti düzgün qiymətləndirə bilən Napoleon getdikcə Avropanın hakiminə çevrilməyə başlayırdı. Hələ brümer çevrilişindən əvvəl İtaliya ordusunun ali komandanı olan zaman Avropa sərhədlərini çızmağa başlamışdır. Misir ekspedisiyası zamanı isə şərq planlarını cızırdı. Birinci konsul olduqda arzu edirdi ki Rusiya imperiyası ilə birlikdə ingilisləri Hindistandan sıxışdırıb çıxartsın.

Misir ekspedisiyası redaktə

 
Napoleon Bonapart Sfinksin qarşısında (1868-ci ildə Jean-Léon Gérôme tərəfindən çəkilib.)

Böyük Britaniyanın Misiri tutmaq planına qarşı Fransa hökuməti Misirə 19 may 1798-ci ildə Hərbi və nəqliyyat gəmilərindən ibarət ekspedisiya göndərir. Ekspedisiyada 38000 əsgərlə yanaşı ölkənin tarixini, mədəniyyətini tarixi abidələrini tədqiq etmək və orada yeni siyasi və iqtisadi strukturlar yaratmaq məqsədilə çoxlu alimlər, mühəndislər, rəssamlar da iştirak edirdilər. Hərbi ekispedisiya 1 iyun 1798-ci ildə Misirə yetişir və Məmluk ordusunu Misir ehramları yaxınlığında məğlubiyyətə uğradıraq 23 iyulda Qahirəyə daxil olur. Bu zaman Napoleona onun gəmilərinin Britan donaması tərəfindən Əbukirdə batırıldığı xəbəri verilir. Belə ki, 1798-ci ildə Əbukir dəniz döyüşündə, vitse-admiral Horatsio Nelsonnun komandanlığı altında Britaniya donanması fransız donanmasını darmadağın etmişdi. Fransa ilə əlaqə kəsilmiş olur. Buna baxmayaraq ekspertləri ilə birlikdə müxtəlif reformalara başlayır və beləliklə Misirin tədqiqatına başlanılır, bununla da d’Égypte institunun əsasını qoymuş olur. Ekspedisiya zamanı 1799-cu ildə indiki Rəşid (Rozzet) şəhəri yaxınlığında tapılmış Rozzet daşı vasitəsilə bir çox Misir heroqliflərini oxumaq mümkün olmuşdur.

Fələstinə qədər irəliləyərək Qəzzanı tutaraq Akkon qalasında istehkamlanır. Lakin tauna düçar olan fransız qoşunu sayca azalaraq Misiri tərk etmək məcburiyyətində qalır. Əbukir bu zaman Mustafa Paşanın komandanlığı altında olan 18000 əsgərlə müdafiə mövqayində idi. Napoleon 5000 piyada və 1000 süvari ilə ölümcül savaşa girir və 25 iyul 1799-cu ildə Əbukir döyüşündə Osmanlı qoşunlarını məğlub edir. 2 avqustda Əbukir təzədən fransızların əlinə keçir. Bununla da Napoleon bir il öncə fransız donamasının biabırçı məğlubiyyətinin əvəzini çıxmış olur. 30 sentyabrda Korsikaya, 9 oktyabrda isə Müqəddəs Rafael tərəfdən Fransa sahilinə yetişmiş olur. Parisdə ekspedisiyanın uğursuzluğuna baxmayaraq onu qəhrəman kimi qarşılayırlar.

Fransa donanmasının izində redaktə

 
Horatsio Nelson
 
L'Orient xətt gəmisinin partlayışı, 22:00, 1 avqust 1798, dövrünün rəsm əsəri, Arnald George

Britaniya hökumətinin fransızların Tulon, Marsel və Genuyadakı bu hazırlıq işlərindən xəbəri var idi. Nə məqsəd daşıması naməlum olduğundan fransızların qəflətən Siciliyaya, Neapol krallığınaPortuqaliyaya və hətta İrlandiyaya hücum edə biləcəklərini istisna etmirdilər. Bu məqsədlə admiral Nelsona ciddi tapşırıq verilmişdi ki, Tulon, Marsel və Genuyadakı hazırlıqların hansı məqsəd güddüyünü öyrənsin. Nəhayət Britaniya hökuməti fransızların Misir ekspedisiyası haqqında Nelsondan məlumat alır.

4 iyulda admiral Nelsonun donanması Antaliya sahilinə çataraq, Kretanın cənub ucuna istiqamət alır. 20 iyulda yenidən Siciliyaya çatmış olur. Sirakuzadan Nelson öz arvadına, Uilyam Hamiltona və admiral lord Stenli Vinsentə üç məktub yola salır. Hər üç məktubda fransız donanmasının axtarışından təngə gəlməsindən danışılır. O həyat yoldaşına yazırdı ki, indiyə kimi mən fransız donanmasını tapmağa müvəffəq olmamışam, amma heç kəs də məni lazımi səy göstərməməkdə qınaya bilməz.[1] 1 avqustda təzədən İsgəndəriyyəyə dönən Nelson fransız donanmasını aşkar edir.

 
Yaralı admiral Bryui d'Aqalye L’Orientin göyərtəsində

1 avqust 1798-ci ildə admiral Bryui d'Aqalye təsəvvür edə bilmirdi ki, günün ikinci yarısı Britaniya donanması hücuma başlayacaq. Lövbər salmış fransız gəmilərinin qısa vaxt ərzində döyüş hazırlığı vəziyyəti ala bilməyəcəyi təqdirdə Britaniya donanmasına saat 15:00 da hazırlıq siqnalı verilir. 17:30 da Britaniya gəmiləri şimal-qərb tərəfdən Əbukir adasına yaxınlaşaraq, 18:00 da ala toranlıqda hücuma başlayırlar. HMS Goliathın kapitanı Tomas Foley 1764 cü ilə məxsus buxtanın fransız atlasına malik idi və ada ilə əsas sahil arasındakı ərazidə manevr etmək üçün körfəzin lazımi dərinliyə malik olduğunu bilərək fransız xətt gəmilərinin arxasına daxil olaraq hücuma keçir.[2] Onu arxasınca müşayət edən HMS Zealous, HMS Audacios, HMS Orion, HMS Theseus gəmiləri hücum zərbəsinin şiddətini artırmış olur.[3] Belə olan halda xəttin başında durmuş Guerrier HMS Goliathç HMS Audacious, HMS Orion və HMS Theseus gəmilərinin aramsız zərbələrinə məruz qalaraq döyüş qabiliyyətini itirmiş olur.

Tomas Foley sahil və xətt gəmiləri arasında qətiyyətli manevr etməsi fransız gəmilərini iki tərəfli top atəşlərinə məruz qoymuşdur və artıq Guerrier, Aquilon, Peuple Souverain, Spartiate gəmiləri ağır zədə almışdırlar.[4] Güvvətli silah arsenalına malik fransızların cinah gəmisi L'Orient xəttin mərkəzində qərar tutmuşdur. Onun qarşısında mövqe tutmuş HMS Bellerophon ağır zədə alaraq döyüşü tərk etməyə məcbur olur. Təxminən 22:00 da Britaniya gəmiləri HMS SwiftsureHMS Alexander L’Orienti aramsız atəşə tutması nəticəsində onun göyərtəsi alışmış olur. HMS Swiftsure gəmisinin kapitanı məqsədyönlü atəşi davam etdirərək fransız ekipajının yanğını söndürə bilməsinə mane olmağa çalışırdı. Bu an gəmidə olan ağır yaralanmış admiral Bryui d'Aqalye növbəti zərbədən ölür.

1799 cu ildə hakimiyyətə gələrkən Fransa tam təcrid olunmuşdur. Antifransa mövqeyi tutanlar bir o qədər də möhkəm ittifaqa malik deyildirlər. Bu zaman Fransa Reyndən geri çəkilmiş, İtaliyada isə vəziyyət ümidverici deyildir. Tsizalpin respublikası süqut etmiş, Partenopey respublikasında monarxiya bərpa olunmuş, Roma respublikası da süquta uğramışdır. Yalnız İsveçrədə vəziyyət bir qədər yaxşı idi beləki birləşmiş Avstriya-Russiya ordusu Fransanı oradan çıxartmağa nail ola bilməmişdir.

Yeni konstitusiyaya əsasən Napoleon Bonapart 25 dekabr 1799-cu ildə on il müddətinə mütləq hakimiyyətə malik ilk konsul seçilir. Konsul qanunvericiliklə yanaşı nazir və digər yüksək dövlət vəzifələrinə təyinatları etmək hüququna malik olur. Beləliklə Bonapart konstitusiya ilə diktaturanı qanuniləşdirir. Hökumət proqramına Bonapart belə bir şüar verir: "Vətəndaşlar! İnqilab nədən başlanmışdısa elə orada qayıdır.O, artıq bitmişdir."

Diktatora çevrilən Napoleon dövlət idarəçiliyini kökündən dəyişdirir. İnqilabın töhfələrinin: vətəndaş hüququ, kəndlinin şəxsi torpaq hüququ, emiqrantların və kilsənin müsadirə olunmuş mülklərini satın alanların hüququnun təminatçısı kimi çıxış edərək 1804-cü ildə Napoleon məcəlləsinin təsis etməklə hakimiyyətini daha da möhkəmləndirir. İnzibati idarəçilikdə reform keçirərək şəhər və kəndlərə merlər təyin edir.

III koalisiya müharibəsi (1805) redaktə

1803-cü ildə uzun sürməyən Amyen sülhündən sonra Fransa və Böyük Britaniya arasında gərginlik azalmaq bilmirdi və Napoleon Böyük Britaniyaya hücum etməyi qərara alır.

1805-ci ildə Avropada quruda Napoleonun komandanlığı altında Birinci Fransa İmperiyası ordusu, dənizlərdə isə Böyük Britaniya Kral Donaması söz sahibi idilər. Bu zaman Böyük Britaniya Fransanı blokadaya salmağı məqsəd güdürdü. Blokada Fransanın ticarətinə böyük ziyan vururdu. Fransa gəmilərinin bir neçə uğurlu mühasirədən çıxmaq epizodlarından başqa fransız dəniz donanması pis günlərini yaşamaqda idi. Fransız donamasının əsas qüvvələri Atlantik okeanı sahilindəki Brest, Aralıq dənizi sahillərindəki Tulon limanlarında cəmlənmişdi.

5 oktyabr 1804-cü ildə külli miqdarda pul aparan dörd İspaniya freqatı Kadis yaxınlığında britaniyalılar tərəfindən saxlanılır. Savaşın başlamasından 9 dəqiqə sonra freqat "Mersedes" partladılır, qalan üç freqat təslim olur. İspaniya cavab olaraq Böyük Britaniyaya müharibə elan edir və Fransanın müttəfiqinə çevrilir. Kadis və Ferroldakı ispan dəniz donama birlikləri Fransa tərəfində olurlar.

Böyük Britaniya yaxşı təlim görmüş və təcrübəli zabit korpusuna malik olduğu halda, təcrübəli Fransa donanma zabitlərinin əksəriyyəti Fransa İnqilabının əvvəllərində edam edilmiş, ya da xidmətdən uzaqlaşdırılmışdırlar. Bu zaman Fransa donanmasına komandanlıq etmək üçün etibar ediləcək yeganə şəxs Pyer-Şarl Vilnyev idi.

Napoleon Bulon düşərgəsində güclü desant dəstələri təşkil etmişdir. Məqsəd onları Britaniya sahillərinə çıxartmaq idi. Napoleon desant qüvvələrini La-Manş boğazından keçırə bilmək üçün barjaların hazırlanmasına əmr vermişdir. Birinci mərhələdə 1700 barja ilə 113 min əsgər və 5600 at, ikinci mərhələdə isə 590 barja ilə 48 min əsgər, 3400 at keçirtmək planlaşdırılmışdır.[5] Lakin barjalar Britaniya xətt gəmiləri qarşısında müdafiəsiz olduqları üçün La-Manşı keçə bilmirlər.

Bu məqsədlə 1805-ci ildə Napoleon Pyer-Şarl Vilnyev qarşısında məqsəd qoyur ki, Karib dənizinə doğru istiqamət götürərək aldadıcı manevrlə Britaniya donanmasının başını qatsın. Lakin bu plan da pozulur, çünki Britaniya donanması La-Manşı tərk etmir. Bu aldadıcı manevr zamanı Finisterre yaxınlığında Vilnyevin gəmiləri ələ keçirilir, ispanlar iki gəmi itirirlər, lakin Fransa donanması döyüşə qatılmağa cürət etmir.

20 avqustda fransız eskadriliyası Britaniya gəmiləri ilə mühasirəyə alınmış ispan limanı Kadisə gəlirlər. 17 sentyabr 1805-ci ildə Napoleon Vilnyevə əmr göndərərək lövbərləri qaldırıb Kartagenaya gedərək ispan kontr-admiralı Salsedo oradan da Napoleon ilə birləşsinlər. Bu isə general Sen-Sirə Neapol krallığına daxil olmağa imkan yaradırdı.[6]

Gedişi redaktə

Müttəfiqlərin admiral Pyer Dümanuarın komandanlığında olan bayraqdar gəmisi Formidable Vilnyovun işarəsinə məhəl qoymadan Kadisə tərəf üz tutur və özü ilə 9 gəmini (Neptuno, Scipion, Intrepide, Raio, Formidable, Montblane, San Francisco de Asis, Duguay Trown) aparmış olur. Britaniyalıların təcrübəliliyi özünü göstərməkdə idi. Tezliklə onlar Vilnyovun cərgəsini yararaq top göyərtələrinin hər iki tərəflərdən atəş açmaq imkanı qazanırlar. İlk növbədə sərrast top atəşləri ilə müttəfiqlərin ağır toplar olan batareya göyərtəsini darmadağın edirlər.

Trafalqar döyüşü saat 12:00-a olan vəziyyət.

Bayraqdar HMS Victory sonuncu Nr.16 ing. "Engage the enemy more closely" ("Düşmənə daha yaxın" = təkbətək gəmi abordaj döyüşü) işarəsini verir[7]. Britaniyalıların bayraqdarı HMS Victory onu izləyən Temeraire gəmisindən yayınmaq üçün Bucentaure gəmisini qabaqlayaraq sola dönür. Bu zaman Temeraire gəmisi müttəfiqlərin bayraqdar gəmisi ilə, HMS Victory isə Redoutable gəmisi ilə abordaj döyüşünə girir. Belə vəziyyətlərdə adətən gəmilər bir-birlərinə qarmaqlarla elə dolaşırlar ki, onları ayırmaq çox çətin olur. Toplar susur — əlbəyaxa döyüş başlanır. Redoutable gəmisinin atıcısı HMS Victory gəmisinin göyərtəsində durmuş Nelsonu muşketdən atəş açaraq yaralayır. Güllə epoleti keçib kürəyindən dəyərək onurğa sütunu VI-VII fəqərələr arasında ilişib qalır. Lazaretə aparılan Nelson hələ sağ idi, döyüş haqqında ona hesabat verilməsini tələb edirdi. 14 saatdan sonra Bucentaure gəmisi bayrağını salmış olur. Bu müddət ərzində müttəfiqlərin 12-dən artıq gəmisi artıq batırılmışdır. HMS Victory gəmisinin kapitanı Tomas Hardi ölən Nelsonun sonuncu sualına döyüşün hələ bitməmisinə baxmayaraq cavab verir: "Milord, bu gün sizindir". Nelson ona: ing. "Kiss me, Hardy" — "Məni öp, Hardi" (digər bir yozumda: ing. "God bless you, Hardy" — "Allah sizdən razı olsun, Hardi", ing. "Kismet, Hardy" — "Qismət, Hardi")[8][9][10]. Hardi onun xahişini yerinə yetirir. Nelsonun son sözü: ing. "Thank God I have performed my duty" — "Tanrıya şükürlər olsun, mən öz borcumu yerinə yetirə bildim" olur.

Hər iki tərəfdən gəmilər bərk zədəli idilər. 16 saatdan sonra dəniz səthi pərən-pərən düşmüş ingilis, fransız və ispan gəmiləri ilə örtülmüşdü. Bu an daha şiddətli döyüşlər Federiko Qravinanın komandanlıq etdiyi müttəfiqlərin aperqard — Prince des Astorias ilə ingilis Defiance və Revenge gəmiləri arasında baş verir. Federiko Qravina böyük şücayət göstərərək aldığı çoxsaylı yaralardan sonra həlak olur.

Nəticə və əhəmiyyəti redaktə

Müttəfiqlər 18 gəmi 15 min canlı qüvvə itirdikləri halda Britaniya donanması 2000-dək canlı qüvvə itkisi verərək heç bir gəmi itirməyərək parlaq qələbə çalmış olur. Bir çox ingilis gəmiləri, o cümlədən bayraqdar HMS Victory gəmisi ciddi zədə almış olurlar. HMS Victory İngiltərəyə qayıtmaqdan öncə Hibraltarda təmirə dayanmalı olur. HMS Victory öz göyərtəsində "qiymətli bir yüklə" — Nelsonun nəşi ilə qayıtmış olur.

Döyüşün böyük strateji əhəmiyyəti onda idi ki, Fransa və İspaniya dəniz hegemonluğunu itirmiş olurlar. Napoleon Britaniya sahillərinə çıxmaq və Neapol Krallığına müdaxilə planından birdəfəlik vaz keçmiş olur. Böyük Britaniya qəti şəkildə dəniz hegemonluğunu möhkəmlətmiş olur

IV koalisiya müharibəsi (1806–1807) redaktə

 
"Qapalı qitə Avropa" 1811-ci il:
  Asılı ölkələr
  Qitə təcridində iştirak edən ölkələr.

Rusiya və Prussiya müharibələri redaktə

Rusiya ilə ittifaqa girərək Prussiya 26 avqust 1806-cı ildə Fransaya Reyn ərazilərindən çıxmacı ulimatumunu verməklə müharibə elan etmiş olur. Napoleon öz qoşunlarına Mayndan başlayaraq Türingeni keçməklə Berlinə qədər irəliləməyi əmrini verir. 1806-ci il oktyabr ayında Yena və Auerştedtdə prussiyalılar ağır məğlubiyyətə uğrayırlar. Nəticədə Erfurt hersoqluğu birbaşa Napoleon imperiyasına qatılır və fransızlar Berlinə daxil olurlar.

Prussiya ordusunun qalıqları rusların ordusuna qoşulurlar. Rusiya üzərinə yürüş bir sıra çətinliklərlə üz-üzə qalmış olur: həddindən pis kommunikasiyaya, yollara malik uzaq bir ərazi ordunun cəld mobilliyi və təhcizatı üçün böyük bir problem yaratmışdır. General Levin Avqust von Benniqsenin tabeçiliyində olan rus ordusunun döyüşə girmədən geri çəkilməsi, 1806–1807 ci illərin kəskin qışı və Polşa vətənpərvərlərinin müqaviməti Napoleonu Varşavada durmağı məcbur edir. Burada o grafinya Valevskaya ilə uzun müddətli məhəbbət romanı yaşayır. Nəticədə bir uşaq dünyaya gəlir.

Əvvəl 8 fevral 1807-ci ildə Prussişe Eylau döyüşü və sonra 14 iyun 1807-ci ildə Friedland döyüşünün ardınca 7 iyulda Fransa Russiya və Prussiya arasında Tilzit sülhü bağlanılır. Bu sülh Prussiya üçün bir fəlakət idi. Prussiya Elbadan qərbdəki ərazilərindən yeni yaradılmış Vütenberq krallığının xeyrinə məhrum olmuş olur. Polşa əyaləti isə Varşava Böyük hersoqluğuna çevrilir. Beləliklə Prussiya ərazisinin yarısını itirmiş olur eyni zamanda daha yüksək təzminat ödəməklə yanaşı kiçik ordu saxlamaqla kifayətlənməli olur.

Avropa qitəsi demək olar ki, tamamilə Napoleonun hakimiyyəti altına keçmiş olur ki, bu da Böyük Britaniyanın izolə olunması demək idi. Napoleon Böyük Britaniyaya qarşı Avropa qitəsi boyu ticarət baykotu – "Kontinental blokada siyasəti" yürüdür.[11]

border=none  Əsas məqalə: Kontinental blokada

Müttəfiqlər arası çəkişmələr getdikcə kəskinləşərək, Rusiya imperiyasının koalisiyadan çıxmasına gətirib çıxarır. İmperator I Pavel Fransa ilə yaxınlaşmağı qərara alır. Rusiya Fransa ilə səfirlik mübadiləsi edir. Napoleon rus əsirlərini təmənnasız qaytarır. Bundan sonra Napoleon ingilislərə sülh təklif eir. Lakin ingilislər bunun müqabilində Burbonların bərpasını və Fransanın köhnə sərfədlərə qayıtmasını şərt qoyurlar.

Rusiya yürüşü redaktə

 
Napoleonun geri çəkilməsi
rəsm, Adolf Nortern

I Aleksandar 1810-cu ilin sonunda iqtisadi vəziyyətin pisləşməsi ilə əlaqədar Böyük Britaniyaya qarşı aparılan "Kontinental blokada siyasəti"nə qarşı çıxır. İki imperiya arasında münasibətlər daha da soyuqlaşır. Nəticədə 1811 ci ildə[12] hazırlaşaraq 1812-ci ildə Rusiyaya müharibə elan edir. Avropada misli görünməmiş 675 minlik ordu ilə Rusiya üzərinə hərəkət edir.

Əvvəlcə PeterburqMoskva xalq müqavimət dəstələrinə rəhbərlik edən Mixail Kutuzov I Aleksandr tərəfindən ordu baş komandan təyin edilir. Fransızlara qarşı həlledici döyüşdən qaçınaraq Napoleona qarşı taktikasını belə ifadə edirdi: "Biz Napoleona qalib gəlməyəcəyik. Biz onu aldadacağıq".[13] Ruslar ölkənin içərilərinə çəkilərək Napoleona Moskvanı od vurub yandıraraq döyüşsüz təslim edirlər. Şəhərə daxil olmuş Napoleon ordusu aclığa, soyuğa, xəstəliyə düçar olur. Rus çarı Napoleonla danışıqdan qaçır. 18 oktyabrda napoleon geri dönmək əmrini verir. Geri dönərkən kozak dəstələrinin hücumuna məruz qalmaları ordunun vəziyyətini daha da pisləşdirir. 1812-ci ilin dekabrnda 18 min Napoleon əsgəri Prussiya sərhəddinə çatmış olur. Prussiya köməkçi korpusu Napoleonun ordusundan imtina edərək ruslarla danışığa gedirlər. Napoleon kiçik bir dəstə ilə Parisə yetişmiş olur.

1800–1815 ci illər üzrə orduların statistik göstəriciləri redaktə

İstinadlar redaktə

  1. zit. n. Keegan, S. 59
  2. Adkins und Adkins, S. 24
  3. Adkins und Adkins, S. 26 – 28; Keegan, S. 63; Laverty, S. 178–181
  4. Adkins und Adkins, S. 29
  5. Клейтон Т., Крейг Ф. Трафальгар: люди, сражение, шторм
  6. "Жюрьен-де-ла-Гравьер. Война на море: Эпоха Нельсона. — СПб.: тип. А. Дмитриева, 1851". 2014-02-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-28.
  7. The Home of The Green Arrow, Engage the enemy more closely Arxivləşdirilib 2023-08-04 at the Wayback Machine (ing.)
  8. Kiss me, Hardy Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine (ing.)
  9. Hardy’[ölü keçid] (ing.)
  10. Nelsons Last Words: Kiss Me, Hardy or Kismet, Hardy? Arxivləşdirilib 2007-01-18 at the Wayback Machine (ing.)
  11. Ullrich, S. 77–82.
  12. "Ja, meine Herren, ich bin und werde immer der Herr der Baltischen Region sein. Der Zar von Russland hat in der Tat bisher meine Verordnungen in seinen Häfen nicht durchgesetzt. Aber er wird es tun, in den nächsten sechs Monaten. Sonst erkläre ich ihm den Krieg" – Die Londoner Times vom 29. Juni 1811
  13. Из книги Е. В. Тарле "Нашествие Наполеона на Россию"
  14. Население указанно в границах соответствующего года учёта (Россия: Энциклопедический словарь. — Л., 1991.)

Saytda 222 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024