Napoli FK Haqqinda Melumat - Vikipedia

Napoli FK Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Napoli FK

İtaliyanın futbol klubu

Società Sportiva Calcio Napoliİtaliyanın Neapol şəhərində 1926-cı ildə qurulmuş futbol klubudur. Dünyaca məşhur futbolçu Dieqo Armando Maradona da bu klubun formasını 1984–1991-ci illər arasında 188 dəfə geyinmişdir. Klub tarixinin böyük hissəsini İtaliya A Seriyası liqasında keçirmiş və 2013–2014 mövsümünü 3-cü olaraq bitirmişdir. Napoli, 1986–1987 və 1989–1990-cı illərdə İtaliya A Seriyası liqasının qalibi olmuşdur. Həmçinin klub 5 dəfə İtaliya kubokunu, 1990-cı ildə İtaliya Superkubokunu qazanmışdır. Avropa arenasında isə 1988–1989 mövsümündə UEFA Kubokunu başı üzərinə qaldırmışdır. Napoli İtaliyanın cənubunun ən uğurlu , İtaliyanın isə 4-cü ən çox dəstəklənən klubudur. İllik gəlir baxımından İtaliyada 5-ci dünyada isə 22-ci olan klubun 2013-cü ildəki gəliri 116.400.000 € olmuşdur.

Napoli FK
Società Sportiva Calcio Napoli
Loqonun şəkli
Klubun tam adı Società Sportiva Calcio Napoli
Ölkə İtaliya İtaliya
Ləqəb(lər) Gli Azzurri, Partenopei, Il Ciuccio
Rəng(lər) Mavi-Ağ
Yaranma tarixi 1 avqust 1926
Stadionu San Paolo stadionu
Tutumu 60240
Sahibi İtaliya Filmauro
Prezidenti İtaliya Aurelio De Laurentiis
Baş məşqçisi Fransa Rudi Qarsiya
Kapitanı İtaliya Lorenzo Insigne
Liqa İtaliya A Seriyası
2022-23 1
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

 
San Paolo stadionu

2000–2001-ci il mövsümünü İtaliya A Seriyasında 36 xalla 17-ci bitirən Napoli İtaliya B Seriyası liqasına düşdü. 2001–2002 mövsümündə yüksək liqaya qalxa bilməyən klub, 2002–2003 mövsümündə son anda bir alt liqaya düşməkdən xilas olsa da 2003–2004 mövümündə maliyyə problemləri üzündən adını itirir və Napoli Soccer olaraq olaraq İtaliya C1 Seriyası liqasına düşürülür, 2004–2005-ci il mövsümündən isə İtaliya C1 Seriyası liqasında yarışa başlayır. Mövsümün sonunda play-off lara vəsiqə qazanan klub bu mərhələni keçə bilmir və bir mövsüm daha İtaliya C1 Seriyası liqasında qalir.

Bundan sonra Aurelio De Laurentiis klubu alaraq tam sahibi olur. Klubun təmsil etdiyi şəhərdə doğulan və böyüyən, İtaliyada film rejissoru olan De Laurentiis ilə birliktə 20005–2006-cı il mövsümündə liqada birinci olur və İtaliya B Seriyası liqasında yüksəlir. Eyni mövsüm Turinin Yuventus FK klubu oyun alqı satqısında ittiham olunaraq Napolinin yarışacağı liqaya göndərilir. Klub Societa Sportivo Calcio Napoli adını geri qaytarır və mövsümün sonunda Yuventus FK-un arxasında İtaliya B Seriyasını ikinci bitirərək 42 oyunda 21 qalibiyyət və 16 heç-heçə, 79 xalla 5 mövsüm sonra İtaliya A Seriyası liqasına geri qayıdır. Bu dövr Societa Sportivo Calcio Napoli tarixinin dirçəliş dövrü hesab olunur və qısa zamanda İtaliya İtaliya A Seriyası liqasında çempionluğa oynayaraq son iki mövsümü 2-ci və 3-cü sırada bitirir, 2 dəfə İtaliya Kubokunu qazanır.

Klubub himni O surdato' nnammurato adlanır.

Stadionu redaktə

border=none  Əsas məqalə: San Paolo stadionu

"Napoli" İtaliya A seriyasının ev oyunlarını San Paolo stadionunda keçirir. Stadionun tutumu 60,420 nəfərdir. 1948-ci ildə təməli atılan stadion 11 il sonra 1959-cu ildə hazır olub və həmin ilin 6 dekabrında Napolinin istifadəsinə verilmişdir. 21 oktyabr 1979-cu ildə stadionda rekord sayda — 89,365 insan NapoliAC Perugia oyununu izləmişdir.

Avropa kuboklarında iştirak redaktə

Napoli 21 dəfə Avropa kuboklarında iştirak edib. Avropa kuboklarındaki ən böyük uğuru 1988 – 89 mövsümündə qazandığı UEFA Kubokudur.

Klubun rəngləri redaktə

Mavi

Uğurları redaktə

Fərdi nəticələr redaktə

Ən çox qol vurmuş oyunçular
Oyunçular Dövrlər Oyun sayı Qollar
1 Argentina  Dieqo Armando Maradona 1984–1991 259 115
2 Paraqvay  İtaliya  Attila Sallustro 1926–1937 266 108
3 Uruqvay  Edinson Cavani 2010–2013 138 104
4 İtaliya  Xorvatiya  Antonio Vojak 1929–1935 196 103
5 Braziliya  İtaliya  José Altafini 1965–1972 234 97
6 Braziliya  Careca 1987–1993 221 95
7 Slovakiya  Marek Hamšík 2007- 364 92
Ən çox oyun keçirən oyunçular
Oyunçular Dövrlər Oyun sayı Qollar
1 İtaliya  Giuseppe Bruscolotti 1972–1988 511 11
2 İtaliya  Antonio Juliano 1962–1978 505 38
3 İtaliya  Moreno Ferrario 1977–1988 396 11
4 Slovakiya  Marek Hamšík 2007- 364 92
5 İtaliya  Ciro Ferrara 1984–1994 322 15
6 İtaliya  Paolo Cannavaro 1998–1999; 2006–2013 278 9

Prezidentləri redaktə

 
Adları İllər üzrə
İtaliya  Roberto Fiore 1964–1967
İtaliya  Gioacchino Lauro 1967–1968
İtaliya  Antonio Corcione 1968–1969
İtaliya  Corrado Ferlaino 1969–1971
İtaliya  Ettore Sacchi 1971–1972
İtaliya  Corrado Ferlaino 1972–1983
İtaliya  Marino Brancaccio 1983
İtaliya  Corrado Ferlaino 1983–1993
İtaliya  Ellenio Gallo 1993–1995
İtaliya  Vincenzo Schiano di Colella 1995–1996
İtaliya  Gian Marco Innocenti 1997–1998
İtaliya  Federico Scalingi 1999–2000
İtaliya  Giorgio Corbelli 2000–2002
İtaliya  Salvatore Naldi 2002–2004
İtaliya  Aurelio De Laurentiis 2004–

Uğurlu məşqçiləri redaktə

Baş məşqçilər Dövrlər Kuboklar
İtaliya  Ottavio Bianchi 1986–1989 İtaliya A Seriyası, İtaliya Kuboku, UEFA Kuboku
İtaliya  Alberto Bigon 1989–1991 İtaliya A Seriyası, İtaliya Superkuboku
İspaniya  Rafael Benítez 2013–2015 İtaliya Kuboku, İtaliya Superkuboku
İtaliya  Walter Mazzarri 2009–2013 İtaliya Kuboku
Braziliya  Luis Vinicio 1973–1976 İtaliya Kuboku
İtaliya  Fioravante Baldi 1961–1962 İtaliya Kuboku

Rəhbərlik və məşqçilər redaktə

Rəhbərlik redaktə

Vəzifə Adı
Prezident İtaliya  Aurelio De Laurentiis
Vitse-prezident İsveçrə  Jacqueline Marie Baudit
Vitse-prezident İtaliya  Edoardo De Laurentiis
İcraçı direktor İtaliya  Andrea Chiavelli
Mətbuat katibi İtaliya  Guido Baldari
Təhlükəsizlik xidmətinin rəisi İtaliya  Alberto Vallefuoco

Məşqçilər heyəti redaktə

Vəzifə Adı
Baş məşqçi İtaliya  Maurizio Sarri
Baş məşqçinin köməkçisi İtaliya  Francesco Calzona
Seleksiyaçı məşqçi İtaliya  Francesco Sinatti
Fiziki hazırlıq üzrə məşqçi İtaliya  Giovanni D'Avino, Marco Romano, Fabio Sannino
Qapıçılar üzrə məşqçi İtaliya  Alessandro Nista

Xarici Keçidlər redaktə


Saytda 136 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024