Natiq Bağırov Haqqinda Melumat - Vikipedia

Natiq Bağırov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Natiq Nadir oğlu Bağırov (7 sentyabr 1964, Bakı) — sambo və dzu-do uzrə 7 dəfə dunya, 8 dəfə Avropa cempionu, Belarusun Əməkdar idman ustası

Natiq Bağırov
Şəxsi məlumatlar
Vətəndaşlığı
Doğum tarixi 7 sentyabr 1964(1964-09-07) (59 yaş)
Doğum yeri
Çəkisi 61 ± 4 kq
İdman növü cüdo[1], sambo

Həyatı redaktə

1964-cu il sentyabrın 7-də Bakı şəhərində anadan olmuşdur[2].

1971-1981-ci illərdə Bakı şəhəri 211 saylı orta məktəbdə təhsil almışdır.

1981-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutunun neft mədənləri fakultəsinə qəbul olunmuş və 1986-cı ildə həmin institutu bitirmişdir.

1983-cu ildə SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif edilmişdir.

1986-1987-ci illərdə “Qiproneftqaz” ETİ-də muhəndis vəzifəsində calışmışdır.

1987-ci ildə Belarus Respublikasının İdman Komitəsinin dəvəti ilə Minsk şəhərinə kocmuş, orada idmancı və məşqci kimi fəaliyyət gostərmişdir. İdman Nazirliyində mutəxəssis vəzifəsində calışmışdır.

1992-1993-cu illərdə İtaliyada məşqci kimi fəaliyyət gostərmişdir.

1995-ci ildə Belarus hokuməti tərəfindən Əməkdar idman ustası adı ilə təltif olunmuşdur.

1996-1997-ci illərdə Xorvatiyada işləmiş, sambo və dzu-do uzrə 4 dəfə dunya, 5 dəfə Avropa cempionu olmuşdur.

2002-ci ildən Belarus Respublikasının dzu-do uzrə Milli komandasının baş məşqcisi vəzifəsində işləyir.

1996-2002-ci illərdə Minsk şəhərində Beynəlxalq Humanitar-İqtisadi İnstitutunun “Beynəlxalq munasibətlər” uzrə mutəxəssisi, ingilis və alman dillərinin referent-tərcuməcisi mutəxəssisi ixtisasını almışdır.

1997-ci ildə Minsk şəhərində fəaliyyət gostərən “Qobustan” Mədəni-Maarif İctimai Birliyinin sədri secilmişdir.

2002-ci ilin noyabr ayından Belarus Azərbaycan İcmaları Konqresinin sədridir.

2004-cu ildə Avropa Azərbaycanlıları Konqresinin vitse-prezidenti secilmişdir.

2006-cı il martın 13-də Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə dunya azərbaycanlılarının həmrəyliyi sahəsində fəaliyyətinə gorə “Şohrət” ordeni ilə təltif edilmişdir.

Filmoqrafiya redaktə

  1. Didərginlər (film, 1990)
  2. Zirvəyə doğru (film, 2007)

İstinadlar redaktə

  1. JudoInside.com (ing.). 2002.
  2. "NATİQ NADİR OĞLU BAĞIROV — diaspora.gov.az saytı". 2017-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-01-28.

Saytda 224 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024