Naxçıvan Şərq hamamı Haqqinda Melumat - Vikipedia

Naxçıvan Şərq hamamı Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Naxçıvan Şərq hamamı

Naxçıvan Şərq hamamıNaxçıvan şəhərində yerləşən, XVIII əsrə aid memarlıq abidəsi.

Naxçıvan Şərq hamamı
Ölkə  Azərbaycan
Şəhər Naxçıvan
Tikilmə tarixi XVIII əsr
Üslubu Naxçıvan-Marağa memarlıq məktəbi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Naxçıvanda vaxtilə inşa olunan zəngin tərtibatlı hamam bu gün tarixi-memarlıq abidələri kimi mədəniyyətimizin nadir inciləri sırasına daxildir.

Naxçıvan Şərq hamamı Naxçıvan şəhərindəki Azadlıq prospektində, "Təbriz" mehmanxanasının qarşısında yerləşir. Vaxtilə Naxçıvan şəhərinin içərisindən axan Bazar çayının yaxınlığında inşa edilmişdir. Şərq hamamları üslubunda tikilən bina giriş, xidmət zalı, çarhovuzlu çimərlik, xəzinə (su çəni) və ocaqxanadan ibarətdir. Hamam kəhriz suları vasitəsilə işləmiş və uzun müddət ondan təsərrüfat işləri məqsədilə istifadə olunmuşdur.

Hazırda əsaslı təmir və bərpa edilmişdir. Tarixi-memarlıq abidəsi kimi dövlət tərəfındən qorunur.

İstinadlar redaktə


Saytda 61 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023