Naxçıvan şəhərinin tarixi Haqqinda Melumat - Vikipedia

Naxçıvan şəhərinin tarixi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Naxçıvan tarixi

(Naxçıvan şəhərinin tarixi səhifəsindən istiqamətləndirilmişdir)

NaxçıvanNaxçıvan Muxtar Respublikasının paytaxtı olan bu şəhər, eyni zamanda tarixin müxtəlif dövrlərində Azərbaycan AtabəyləriNaxçıvanşahlıq dövlətlərinin və Naxçıvan xanlığının da paytaxtı olmuş, vilayət və qəza bölgə mərkəzi kimi inkişaf etmişdir.

Naxçıvan kartoqraf Giyom Delil tərəfindən 1723-cü ildə nəşr olunmuş xəritədə.

Müasir Naxçıvan şəhəri qədim, antik və orta əsr şəhər yerinin xarabalıqları üzərində yerləşmişdir. Bəzi mənbələr şəhərin əsasının e.ə. 1539-cu ildə, bəzi mənbələr isə e.ə. 1500-cü ildə qoyulduğunu qeyd edir.

Şəhər ərazisində ilk arxeoloji tədqiqat işləri Araz arxeoloji ekspedisiyası tərəfindən aparılmışdır. Strateji cəhətdən əlverişli ərazidə salınan qədim şəhərin qalıqlarının və onun nekropolunun Naxçıvan şəhərinin şimal hissəsində yerləşdiyi ehtimal olunur. Nekropoldakı dağılmış qəbir abidələrindən yüzdən artıq müxtəlif gil qab nümunələri, tunc bilərziklər, üzüklər, sırğalar və muncuqlar əldə edilmişdir.

Adın etimologiyası redaktə

Ən qədim yer adlarından olan "Naxçıvan" toponiminin müxtəlif etimoloji yozumları mövcuddur. Qədim rəvayət və miflərə əsaslanan bir sıra antik və orta əsr tarixçi və coğrafiyaşünasları Naxçıvan şəhərinin e.ə. 1539-cu ildə salındığını göstərmişlər.[1] Brokhauz və Efronun ensiklopedik lüğətində də Naxçıvan şəhərinin əsasının e.ə. 1539-cu ildə qoyulduğu qeyd edilir.[2] Müasir elmdə isə Naxçıvan şəhərinin əsasının e.ə. 1500-cü ildə qoyulması fikri qəbul edilməkdədir.[3]

Şəhər haqqında ən erkən məlumat tarixçi İosif Flaviyə (e.ə. I əsr) və yunan coğrafiyaşünası Klavdi Ptolomeyə (b.e. II əsri) məxsusdur.

Yəhudi tarixçisi İosif Flavi Nuhun gəmisinin dayandığı yer olaraq "Apobaterion" (yun. Αποβατήριον[4]) toponimini qeyd edir ki, adı çəkilən toponim də məhz müasir Naxçıvan şəhərinə aid edilir.[4]

Ptolomeyin "Coğrafiya" əsərində Naxçıvan şəhərinin adı ilk dəfə "Naksuana" (yun. Ναξουὰνα, ing. Naxuana)[5] şəklində qeyd olunmuş və şəhərin çoğrafi mövqeyi göstərilmişdir.[6][7]

Orta əsr ərəb və fars dilli mənbələrdə (Bəlazuri, İbn Əl Fəqih, İbn Xordadbeh, Qudama ibn Cəfər, əl Müqəddəsi, əl İstəxri, Əl Biruni, Yaqut Həməvi, Fəzlullah Rəşidəddin , Həmdullah Qəzvini, Əbdürrəşid Bakuvi, Mirxond, Həsən bəy Rumlu, İsgəndər bəy Münşi) şəhərin adı "Nəşavə", "Nəqçuan" (Nəxçuan, Nəxçuvan, Nəxçəvan) şəkillərində işlənmişdir. Bir sıra qaynaqlarda (Məhəmməd Naxçıvani, Həmdullah Qəzvini, Katib Çələbi, Övliya Çələbi və b.) Naxçıvan toponimi kimi təqdim edilən "Nəqşi — cahan" adı təşbeh olub, dünyanın bəzəyi mənasını bildirir.[8] Orta əsrlər türk səyyah-tarixçisi Övliya Çələbi Naxçıvan şəhərinin əsasının Turan hökmdarı Əfrasiyab tərəfindən qoyulduğunu qeyd edir.[9].

Henrix İohann Hübşman Naxçıvan toponimini Nuh peyğəmbərlə bağlı "dünya tufanı" hadisəsi ilə əlaqələndirir. Onun fikrincə "Naxçıvan" toponimi "törəyiş yeri" anlamını verməkdədir. Lakin, alim qeyd edir ki, adın indiki forması qədim dövrdəki formasından çox fərqlidir. Hübşmana görə "Naxçıvan" toponiminin indiki forması pəhləvi dilində "Naxčavan" adından əmələ gəlmişdir. O, bu adın "Naxč" prefiksindən və ona qoşulmuş pəhləvi və erməni dillərində "şəhər" anlamı verən "avan" sözündən ibarət olduğunu qeyd edir.[10]

Hübşmanın istinad etdiyi Bibliyadakı Nuh tufanı hadisəsinə əsaslanan versiyanın başqa bir yozumuna görə "Naxçıvan" sözü üç hissədən – "Nax" (Nuh), türk dillərində isim düzəldən şəkilçi olan "-çı" şəkilçisi və türk dilində yer, məkan bildirən "van" toponimik formatından ibarət olub, "Nuhçuvan" – Nuhçuların (Nuh tərəfdarlarının) məskəni", "Nuhun diyarı" deməkdir.[1]

C. Cəfərov şəhərin adının türk mənşəli olub eramızdan əvvəl yarandığını və ilkin variantda dörd hissədən (ak + üç + eb + on) ibarət "Akçiban" (qədim türklərin, ağ aslarınoğuzların adı) olması fərziyyəsini irəli sürmüşdür.[1]

Prof. A. Axundov isə "Naxçıvan" toponimini elamlarla əlaqələndirərək, onun elamların Nahhunte adlı tanrısının adı ilə bağlı "Nahhuntevan" olub, sonradan yerli türk əhali tərəfindən "Naxçıvan" şəklində tələffüz edilməsini ehtimal edir.[11] Fəlsəfə elmləri doktoru K. Allahyarovun fikrincə "Naxçıvan toponimi Parfiya imperiyası dövründə yaranmışdır; "Nəxçir" (ov heyvanı, dağ keçisi) sözündən və məkan, yer bildirən "van" şəkilçisindən ibarət olub ovlaq deməkdir. Bu fərziyyəyə görə, dağ keçilərinin indi də çox olduğu Naxçıvan ərazisi vaxtilə Parfiya şahlarının Cənubi Qafqazdakı ov yeri olmuşdur.[1]

Erməni tarixçisi Suren Yeremyan isə Naxçıvan şəhərinin əsasının eramızdan əvvəl 3669-cu ildə qoyulduğunu bildirir və Nuh əfsanəsinə istinad edərək şəhərin adının qədim erməni dilində "Naxnaxan İcevan" (Նախնական Իջևան) — "İlk Torpaq" sözündən yarandığını iddia edir.[12]

Antik dövr redaktə

Naxçıvan ərazisində aparılan arxeoloji tədqiqatlar şəhərin çox qədim tarixə malik olduğuna şübhə yeri qoymamışdır. E.ə. IX – VI əsrlərdə Naxçıvan qədim Manna[13], İşquz[14]Midiya[15] dövlətlərinin tərkibində olmuşdur. Madayların hakimiyyəti dövründə Naxçıvan artıq tanınmış şəhərlərdən biri idi. E.ə. 663-cü ildə Naxçıvan skiflərin hücumuna məruz qalaraq xeyli zərər çəkmişdi.[16] E.ə. VI əsrin ortalarından (e.ə. 550-ci ildə Midiya dövləti tənəzzülə uğradıqdan sonra) e.ə. IV əsrin 30-cu illərinə kimi şəhər Əhəmənilər (Haxamanişilər) dövlətinin hakimiyyəti altında olmuşdur.[17]

Əhəmənilər imperiyası süquta uğradıqdan sonra Naxçıvan və onun daxil olduğu Bosporeda vilayəti e.ə. IV əsrdən e.ə. I əsrin I yarısınadək yeni yaranmış Kiçik Midiya — Atropatena dövlətinin tərkibində olmuşdur.[18] B. e. I əsrindən Naxçıvan şəhəri Qafqaz Albaniyasının[19] tərkibinə daxil olmuşdur.

Qafqaz Albaniyasının bəzi vaxtlarda Sasanilərin nüfuz dairəsində olması Naxçıvanın da Sasani canişinləri – mərzbanlar tərəfindən idarə edilməsinə səbəb olmuşdu. Bu dövrdə Sasani mərzbanlarının iqamətgahı Dvindən Naxçıvana köçürülmüş[20], Naxçıvan Sasani hökmdarlarının hərbi – strateji mövqelərindən birinə çevirilmişdi. Şəhərdə böyük Sasani qoşun dəstələrinin saxlanılmasına başlanmışdı.

Orta əsrlər redaktə

Sasanilərin hakimiyyəti redaktə

 
Yezidabad qalasının xarabalıqları

Erkən orta əsrlərdə Naxçıvan inkişaf edir və böyüyürdü. Məhz bu dövrdə Naxçıvanda Sasani şahlarından III Yezdəgirdin hakimiyyəti zamanı (632–651) Naxçıvanda Yezidabad qalası inşa edilmişdir.[21] Bu zaman şəhərdə 30 minə yaxın yaşayış evi və 150 mindən artıq əhali var idi. Naxçıvan Ekbatandan (müasir Həmədan şəhəri yaxınlığında) gedən yollar üzərində mühüm ticarət və sənətkarlıq mərkəzi hesab olunurdu. Şəhər İranın, Gürcüstanın (xüsusilə Msxeti bölgəsinin) bir sıra şəhərləri ilə, Qara dəniz limanları, Kiçik Asiya və Beynəlnəhreyndəki şəhərlərlə sıx ticarət əlaqəsi saxlayırdı.[22]

VI əsrin I yarısından Naxçıvanda Sasanilərə məxsus zərbxana fəaliyyət göstərməyə başlamışdır. Bu, Azərbaycanda ən qədim zərbxanalardan biri hesab edilir.[23] Tarixçi – numizmat prof. Y. A. Poxomovun fikrincə, Sasani hökmdarlarının adından kəsilmiş "naxç" işarəli gümüş dirhəmlər Naxçıvan zərbxanasına məxsusdur.[24] 625-ci ildə Bizans imperatoru İraklinin (619–641) yürüşü nəticəsində dağıdılan Atropatena – Adərbayqan şəhərlərindən biri də Naxçıvan olmuşdur.[25]

Ərəb Xilafətinin tərkibində redaktə

654-cü ildə isə Naxçıvan xəlifə Osman ibn Affanın (644–656) hökmranlığı zamanında ərəblər tərəfindən tutulmuşdur. Həbib ibn Məsləmə Naxçıvanı işğal edəndən sonra onun əhalisi ilə sülh müqaviləsi bağlamış və aşağıdakı fərmanı vermişdi:

"Bismillahirrəhman-irrəhim. Bu fərman Həbib ibn Məsləmə tərəfındən Naşava (Naxçıvan) şəhəri əhalisinə, onun burada olan və olmayan kahinlərinə və yəhudilərinə, ona görə verilir ki, mən sizin əmin-amanlığınızı və əmlakınızı, sizin kilsə və ibadətgahlarınızı və şəhərinizin hasarlarını mühafızə altına alıram. Siz əmin-amandasınız və biz sizinlə bağladığımız müqaviləni o vaxtadək yerinə yetirməyi təəhhüd edirik ki, siz özünüz ona əməl edib cizyə və xərac verəsiniz, ən mötəbər zamin olan Allah özü buna zəmanətdir. Fərman Həbib ibn Məsləmənin möhürü ilə təsdiq olunur".[26]

Ərəb əmiri Həbib ibn Məsləmə ilə Naxçıvan əhalisi arasında bağlanmış sülh müqaviləsinə görə Naxçıvan əhalisi Xilafətə hər il cizyə və xərac ödəməyi öhdəsinə almışdı. 656-cı ildə Naxçıvan qalası yaxınlığında Xilafət və Bizans qoşunları arasında güclü döyüş baş vermişdi.[27] Bizansa qarşı əsas dayaq nöqtələrindən biri olan Naxçıvan Ərəb Xilafətinin Azərbaycanda inzibati və hərbi mərkəzi və ərəb əmirlərinin əsas iqamətgahlarından biri idi.

Xürrəmilər hərəkatı redaktə

 
Babəkin Naxçıvan şəhərindəki heykəli

IX əsrdə Azərbaycanda Ərəb Xilafəti əlehinə qalxmış Xürrəmilər hərəkatının ən geniş yayıldığı və dəstəkləndiyi bölgələrdən biri də Naxçıvan idi. Naxçıvan inzibati baxımdan Ərəb Xilafətinin III əmirliyinin tərkibinə daxil idi. IX əsrdə Naxçıvan Basfurracan (Vaspurakan) vilayəti ilə birlikdə Ərəb Xilafətinin xəzinəsinə 100 min dirhəm xərac verirdi.[28]

Feodal dövlətləri və Səlcuqlular redaktə

IX əsrin sonlarından Naxçıvan Sacilər dövlətinin tərkibinə daxil edildi və X əsrin 30-cu illərinədək onun hakimiyyətində qaldı.[29] Sacilər dövləti süquta uğradıqdan sonra Naxçıvan bir müddət hələ də onların əmirlərindən olan Deysəm ibn İbrahimin (932–937) ixtiyarında idi. Sonra isə Naxçıvan Salarilər dövlətinin tərkibinə daxil olmuşdur.[30] X əsrin sonlarından başlayaraq, Naxçıvan, təqribən bir əsr ərzində Azərbaycanın tarixində mühüm rol oynamış Rəvvadilər dövlətinin tərkibində idi.[31]

X əsrin sonundan XI əsrin 60-cı illərinə kimi Naxçıvan Naxçıvanşahlıq adlı feodal dövlətinin paytaxtı olmuşdur.[32] Naxçıvanşahlıq mənbələrdə Əbudüləfilər və Düləfilər kimi bilinən ərəb mənşəli sülalə tərəfindən idarə olunmuşdur.

Səlcuq sultanı Alp Arslan (1063–1072) Azərbaycanın cənub vilayətlərində Rəvvadilər dövlətinin hakimiyyətinə son qoyduqdan sonra Naxçıvana da yiyələnmiş və burada özünə iqamətgah inşa etdirmişdi. Səlcuqluların Azərbaycan üzrə canişini Naxçıvanda əyləşirdi.[33]

Azərbaycan Atabəyləri dövləti redaktə

Naxçıvan şəhəri XII əsrin 30-cu illərindən 70-ci illərin ortalarına kimi Azərbaycan Atabəylər dövlətinin paytaxtı olmuşdur.[34]caib əd–dünya" əsərində göstərilir ki, "Naxçıvan Eldənizin dövründə yüksək tərəqqiyə çatdı. Orada padşahlıq iqamətgahı yaratdılar və dövlətxana təsis etdilər."[35]. Atabəylərin xəzinəsi həmişə atabəyin olduğu yerdə saxlanılırdı. Əsas xəzinə isə Naxçıvan şəhəri yaxınlığındakı Əlincə qalasında mühafizə olunurdu.Şəmsəddin Eldənizin hakimiyyəti dövründən başlayaraq dövlətin bütün gəlirləri burada toplanırdı.[36]

Dövrün mötəbər alimləri Atabəylərin Naxçıvandakı sarayında toplaşmışdılar. Bu dövrdə Naxçıvan müxtəlif məzhəblərdən olan fiqh və hədis alimləri ilə məşhur olmuşdu.

Feodal tipli şəhərə çevirilən Naxçıvan qala divarları içərisində yerləşən Şəhristandan, geniş bazar və karvansaraları olan Rabatdan ibarət idi. Yaxşı möhkəmləndirilmiş Şəhristan hissəsində gözəl memarlıq xüsusiyyətlərinə malik çoxlu binalar inşa edilmişdi. Sənətkarlıq və ticarətlə məşğul olan əhalinin əksəriyyəti isə Rabatda yaşayırdı. XII əsrdə Naxçıvanda 150 – 200 min əhali var idi.[37]

Monqol yürüşləri və Hülakülər redaktə

1221-ci ildə Naxçıvan şəhəri monqollar tərəfindən dağıdıldı, əhalisi qarət və talan edildi. 1225-ci ildə Xarəzmşah Məhəmmədin oğlu Cəlaləddin Mənqburnı Naxçıvanı işğal etdi. Naxçıvanda onun əlehinə üsyan baş verdi. XIII əsrin 30-cu illərində Naxçıvan Qızıl Ordanın tərkibinə daxil edildi. 1257-ci ildə isə Hülakülər dövlətinin tərkibinə daxil oldu.[38]

XIII – XIV əsrlərdə Naxçıvan Azərbaycanda və ümumiyyətlə, şərqdə gedən siyasi, iqtisadi və mədəni proseslərin mərkəzlərindən birinə çevirilmişdi. Hülakülərin, Çobanilərin, Cəlairilərin nüfuz dairlərində olan Naxçıvan bu sülalələrin siyasi həyatında yaxından iştirak edirdi. Şəhər həmin sülalələrin təyin etdikləri nümayəndələr tərəfindən idarə olunurdu.

1253-cü ildə Naxçıvanda olmuş flamand səyyahı Vilhelm de Rubruk Naxçıvanı təsvir edərək yazırdı ki, monqollar şəhəri dağıdaraq boş səhraya çevirmişlər.[39][40][41]. XIII əsrdə şəhərin 5/6 hissəsi dağıdılmışdı. XIII əsrin sonlarında Naxçıvan Elxani hökmdarı Qazan xanın hakimiyyəti altında olan şəhərlər sırasına daxil olmuş, Qazan xanın həyata keçirdiyi iqtisadi və siyasi islahatlar Azərbaycanın başqa şəhərləri kimi, Naxçıvanın da yenidən bərpa olunub, dirçəlməsinə şərait yaratmışdı.[42]

XIII əsr mənbələrindən məlum olur ki, Elxanilər dövlətinin tərkibinə daxil olan Azərbaycan doqquz tümənə bölünmüşdü ki, onlardan da biri, Naxçıvan tüməni idi. Naxçıvan tüməni müasir Naxçıvan MR ərazisini, o cümlədən Naxçıvan şəhərini əhatə edirdi. Azərbaycanın 27 iri şəhərindən 5 – i – Naxçıvan, Ordubad, Azad, ƏncanMaku bu tüməndə yerləşirdi.[43]

Bu dövrdə Naxçıvan zərbxanasında yeni sikkələrin kəsilməsinə başlanmışdı. Burada Hülakü elxanları Əbu Səid (1316–1335), Arpaxan (1335–1336), Məhəmməd xan (1336–1338), Satıbəy xatun (1339–1340), Süleyman xan (1340–1344) və Ənuşirəvanın (1344–1340) adından müxtəlif nominallı sikkələr kəsilmişdi.[24] Qazan xanın vəziri və sahib divan olan Rəşidəddinin Azərbaycanda olan 940 fəddak torpaq mülkündən 100 fəddakı (təqribən 1000 hektar) Naxçıvanda idi. XIV əsrin 40-cı illərində Hülakülərin Naxçıvan nahiyyəsindən yığdıqları vergilərin ümumi məbləği 113000 dinar idi.[44]

Naxçıvan XIV əsrin 50-ci illərindən çobani, cuci, cəlairi və müzəffərilərin hakimiyyəti altında olmuşdur.

Toxtamış və Əmir Teymurun yürüşləri redaktə

1386-cı ildə Naxçıvan Qızıl Orda hökmdarı Toxtamış tərəfindən tutulmuş və dağıntıya məruz qalmışdır.[45] 1387-ci ildə isə Naxçıvanı Əmir Teymurun qoşunları ələ keçirmişdir.[46] Naxçıvan əhalisi Əlincə qalasında Teymur qoşunlarına 14 il (1387–1401) inadlı müqavimət göstərmişdir.[47]

Bu dövrdə Naxçıvanda ən böyük təsəvvüf təriqətlərindən biri olan Hürufilik intişar tapmışdır.[48] Həmin təriqətin banisi olan Fəzlullah Nəimi isə 1395-ci ildə Miranşah tərəfindən Naxçıvanda edam etdirilmiş[49], daha sonra onun məzarı üzərində türbə və Əlincəçay xanəgahı inşa edilmişdir.[50]

Türk imperiyalarının münaqişə bölgəsi redaktə

 
1554-cü ildə Səfəvi-Osmanlı müharibələri çərçivəsində Sultan Süleyman Qanuninin Naxçıvana yürüşü olmuşdur. Matrakçı Nasuhun "Süleymannamə"sindən Qanuninin Naxçıvan yürüşünü göstərən miniatür

Naxçıvan şəhəri 1412-ci ildən Azərbaycanın türk mənşəli Qaraqoyunlu[51], 1468-ci ildən isə Ağqoyunlu[52] dövlətlərinin tərkibində olmuşdur. XVI əsrdə isə Naxçıvan Səfəvilər dövlətinin tərkibində idi.[53] 1501-ci ildə Naxçıvan ərazisində Səfəvilər və Ağqoyunlular arasında Şərur döyüşü baş vermişdi. Səfəvi qoşunları bu döyüşdə qalib gəldikdən sonra Naxçıvan şəhərini fəth etmişdilər.[54]

XVI – XVII əsrlərdə Səfəvi–Osmanlı müharibələri (1514, 1553, 1554, 1579, 1585, 1590, 1605, 1635) zamanı Naxçıvan şəhəri dəfələrlə əldən — ələ keçərək dağıdılmış, qarət edilmişdi. 1603-cü ildə isə I Şah Abbas Naxçıvanı hakimiyyəti altına alıb hərbi düşərgəyə çevirmişdi. Şəhərin idarəsi Maqsud Sultan Kəngərliyə həvalə olundu.[55] 1605-ci ildə Osmanlı qoşunları Naxçıvanı zəbt etdilər, Naxçıvan Osmanlı imperiyasının tərkibinə qatıldı. XVII əsrə aid bir salnaməyə görə Naxçıvanda bir bina da olsun salamat qalmamışdı.[56]

Fransız səyyahı Jan Batist Tavarnye, alman səyyahı Adam Oleari Naxçıvanın müharibələr nəticəsində xarabalığa çevrilməsindən bəhs etmişlər.[57]

Naxçıvan XVI əsrdə Azərbaycan, XVII əsrdən isə Çuxursəəd bəylərbəyliklərinin tərkibinə daxil olmuşdu.[58]

XVI – XVII əsrlərdə Naxçıvan hakimləri kəngərli tayfa başçılarından təyin olunurdu. Naxçıvanda Nadir bəy, Rzaəddin xan (1647), Əliqulu xan (1668–1669), Şərəf xan (1669–1678), Məmmədrza xan (1678–1691) hakimlik etmişlər.[59][60]

Nadir şah Əfşar və Naxçıvan xanlığı redaktə

 
Naxçıvan xanlığı

Naxçıvan XVII əsrin əvvəllərində Nadir şah Əfşarın qoşunları tərəfindən fəth edilmiş və Əfşarların hakimiyyəti altına keçmişdir. Nadir şah öldürüldükdən (1747) sonra kəngərli tayfa başçısı Heydərqulu xan Nadir şahın naibi Ağa Həsəni Naxçıvandan qovaraq özünü xan elan etdi və Naxçıvan xanlığının əsasını qoydu. Naxçıvan şəhəri xanlığın paytaxtı oldu.[61]

Heydərqulu xanın ölümündən sonra hakimiyyətə Hacı xan Kəngərli keçdi. Onun dövründə xanlıq xeyli zəiflədi. Hacı xanın oğlu Rəhim xanın hakimiyyəti illərində xanlıqda daxili çəkişmə başlandı. Əliqulu xan, Vəliqulu xanAbbasqulu xan Kəngərlilərin zamanında xanlıq xeyli zəiflədi.

XVIII əsrin 80-ci illərində Xoy xanlığı, Qarabağ, İrəvan xanlıqları, Kartli-Kaxetiya çarlığıİran zəifləmiş Naxçıvan xanlığını öz təsirləri altına alamağa çalışırdılar. 1783-cü ildə Xoy xanı Əhməd xan Naxçıvan xanlığını özündən asılı vəziyyətə salaraq orada, öz adamı Cəfərqulu xanı hakim təyin etdi (1783–1787). Əhməd xan Dünbüli 1786-cı ildə öldürüldü və Naxçıvan xanlığı Xoy xanlığının asılılığından çıxaraq yenidən müstəqil oldu. Hakimiyyətə isə (1787) Kəlbəli xan Kəngərli gəldi.[62]

1787-ci ildə Qarabağ xanı İbrahim Xəlil xan Cavanşir Naxçıvana yürüş etdi. Yenicə hakimiyyətə gəlmiş Kəlbəli xan bu hücumun qarşısını ala bildi. Xoyİrəvan xanlıqları ilə münasibətləri yaxşılaşdıran Kəlbəli xan 1792-ci ildə İbrahim Xəlil xanın ikinci yürüşünü də dəf edə bildi. Lakin İran təhlükəsinə qarşı birgə mübarizə onların arasındakı ziddiyyətləri azaltdı. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın qoşunları Azərbaycana hücum etdi və bu zaman Kəlbəli xan Rusiyaya meyl etdi. Məhz buna görə də Ağa Məhəmməıd şah Qacar 1797-ci ildə ikinci dəfə Azərbaycan yürüş edəndə Naxçıvan xanlığını işğal edib, onu özündən asılı vəziyyətə saldı. Ağa məhəmməd şah Kəlbəli xanı həbs etdirib onun bir gözünü çıxartdırdı. Hakimiyyətə isə Kəlbəli xanın qardaşı Abbasqulu xanı (1797–1801) gətirdi. Qacarın öldürülməsindən sonra (1797) Kəlbəli xan İrandan qaçıb Naxçıvana gəldi.[63]

1826–1828-ci illər Rusiya–Qacar müharibəsi dövründə Kəlbəli xanın övladları Ehsan xan və Şeyxəli bəy Rusiya tərəfinə keçmiş və Naxçıvan yaxınlığındakı Abbasabad qalasında ruslara təslim olmuşdu.[64][65]

Çar Rusiyasının tərkibində redaktə

1828-ci il Türkmənçay müqaviləsinə əsasən Naxçıvan Çar Rusiyasının tərkibinə qatılmışdı.[66] Naxçıvan Çar Rusiyasının tərkibinə qatıldıqdan sonra çar höküməti İrandanŞərqi Anadoludan on minlərlə erməni ailəsini Naxçıvan xanlığı ərazisinə köçürmüş və Naxçıvanın demoqrafik quruluşu kəskin surətdə dəyişilmişdi.[67] Naxçıvan ərazisi də Azərbaycanda yaradılmış Erməni vilayətinin tərkibinə daxil oldu.[68]

1841-ci ildə Naxçıvan qəza mərkəzinə çevirildi. Çarizmin 1870-ci ildə həyata keçirilmiş şəhər islahatı Azərbaycanın digər şəhərləri kimi Naxçıvan şəhərinə də tətbiq olundu. Şəhərin ümumrusiya bazarına cəlb edilməsi onun iqtisadi və mədəni inkişafında mühüm rol oynadı. Naxçıvanın duz mədənlərində muzdlu əməyin tətbiqi istehsalın xeyli artmasına səbəb oldu. 1882-ci ildə Naxçıvanda ilk pambıqtəmizləmə zavodu inşa edildi.[69]

XIX əsrin sonlarında Naxçıvanda dünyəvi təhsil ocaqlarının yaradılmasında mühüm addımlar atıldı. 1894-cü ildə ilk rustatar, 1896-cı ildə isə dünyəvi qız məktəbləri açıldı.

XIX əsrin 80-ci illərinin əvvəllərindən Naxçıvanda "Müsəlman şiə incəsənəti və dram cəmiyyəti""Ziyalı məclisi" kimi mədəni maarif ocaqları təşkil olundu, 1886-cı ildə M. F. Axundzadənin "Müsyo Jordan və Dərviş Məstəli şah" pyesinin tamaşası ilə Naxçıvan teatrının əsası qoyuldu.

Naxçıvana erməni iddiası redaktə

1917-ci ilin sonlarında ermənilərin Naxçıvana qarşı ərazi iddialarının daha da güclənməsi 1918-ci ilin əvvəllərində real təhlükəyə çevirildi, nizami daşnak silahlı dəstələri türklərlə mübarizə adı altında Naxçıvanın bir çox kəndlərini dağıdaraq, dinc əhaliyə divan tutdu.[70]

Araz-Türk Respublikası redaktə

1918-ci il 26 – 28 may tarixlərində Gürcüstan, AzərbaycanErmənistan öz müstəqilliklərini elan etdikdən sonra Ermənistanın daşnak höküməti Naxçıvanı özünə ilhaq etmə siyasəti yeritməyə başladı. Bu zaman Ermənistan İngiltərəABŞ – ın hakim dairələri tərəfindən müdafiə olunurdu. Yalnız türk əsgərlərinin bölgəyə göndərilməsi və yerli əhalinin fəal müqaviməti Naxçıvanın ermənilərin hakimiyyəti altına düşməsinin qarşısını aldı. Mudros barışığına (1918) əsasən, Türkiyə öz qoşunlarını Naxçıvandan çıxarmağa məcbur oldu.

1918-ci ilin noyabrında bölgədə Araz-Türk Cümhuriyyəti yaradıldı. Lakin 1919-cu ilin əvvəlində Naxçıvanı tutan ingilislər gənc respublikanı tanımadılar, xalqın rəyini soruşmadan NaxçıvanŞərur bölgəsinin Ermənistan ərazisi olduğunu elan etdilər. Araz-Türk Respublikası süquta uğradı. 1919-cu ilin iyulunda daşnaklar ingilislərin köməyi ilə Naxçıvanı tutdular. Çox keçmədən ingilislərin Naxçıvanı tərk etməsindən istifadə edən Naxçıvan Milli Komitəsinin hərbi dəstələri daşnakların nizami qoşununu Naxçıvandan qovdu.[71]

Sovet hakimiyyəti redaktə

1920-ci il aprelin 28 – də Bakıda, iyulun 28 – də Naxçıvanda sovet hakimiyyətinin elan edilməsi və Azərbaycan SSR – in yaradılması, Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi və Naxçıvanın Azərbaycandan ayrı düşməsi, Naxçıvanın muxtariyyəti məsələsini gündəliyə gətirdi. 29 noyabr, 1920-ci ildə Ermənistanda sovet hakimiyyəti elan edildikdən sonra Ermənistan SSR höküməti də Naxçıvanı özünə ilhaq etmək üçün dəfələrlə cəhdlər göstərdi. Lakin 1921-ci ilin yanvarında Naxçıvan əhalisinin 90 faizi muxtariyyət statusunda Azərbaycan SSR — ə birləşməyə səs verdi.[72] Naxçıvan yeni yaradılan Naxçıvan SSR – in , Naxçıvanın muxtariyyət statusunu qəti müəyyənləşdirən MoskvaQars müqavilələri imzalandıqdan (1921) sonra, 1924-cü il 9 fevralda Naxçıvan MSSR təşkil edilərkən respublikanın paytaxtı oldu.[73]

Totalitar rejim şəraitinə baxmayaraq, Naxçıvan şəhəri Sovet hakimiyyəti illərində də sosial – iqtisadi və mədəni inkişaf sahəsində mühüm nailiyyətlər əldə etmişdi. Sənayesi, əsasən, bu dövrdə yaranmışdır. XX əsrin 80-ci illərinin sonlarından etibarən muxtar respublika blokada şəraitində yaşamasına baxmayaraq Naxçıvan şəhərinin inkişafı qısa müddət sonra bərpa edilmişdir.

Tarixi məhəllələri redaktə

  • Ağabəylilər məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Adı Kəngərli mənşəli Ağabəylilər nəsli ilə bağlıdır.
  • Anbar məhəlləsi – Naxçıvan şəhərində, indiki "Yaşıl aptek" yerləşən yaşayış binasının yerində qədimdə mövcud olmuş bazara gələn kəndlilər və Yaxın Şərq ölkələrindən gələn tacirlər satacaqları malları bir neçə günlüyə indiki mədəniyyət sarayı ilə üzbəüz binaların yerində mövcud olmuş anbarlara yığırdılar. Buna görə də ətraf ərazi Anbar məhəlləsi adlandırılırdı. Məhəllədə mehmanxana, yeməkxanalar, çayxanalar. Məscid və sair olmuşdur. Məhəllə bir neçə yüz illik tarixə malikdir. Onun adına XVII əsrə aid sənədlərdə rast gəlinir.
  • Atabəylər məhəlləsi – Məhəllənin adı Naxçıvan şəhərinin tarixində mühüm rol oynamış və onu paytaxt şəhərə çevirmiş Atabəylər (Eldənizlər) sülaləsinin adı ilə bağlıdır. Məhəllə şəhərin qədim tarixə malik olan ərazisində yerləşməklə öz tarixi memarlıq abidələri ilə diqqəti cəlb edir. Əcəmi seyrangahı yaxınlığında yerləşən məhəllədə, Mömünə Xatun türbəsi, Naxçıvan xan sarayı kimi dəyərli memarlıq abidələri yerləşir.
  • Cıdıllı məhəlləsi – Məhəllə vaxtilə şəhərin kənar ərazisi hesab olunmuş indiki Naxçıvan Dövlət Dram Teatrının yerləşdiyi əraziləri, ətrafdakı bağlıq sahəni əhatə etmişdir. XX əsrin 40 – 50-ci illərinə kimi məhəllənin geniş ərazisində cıdır yarışları keçirildiyindən xal arasında məhəllə Cıdırlı məhəlləsi adlandırılmışdır. Fonetik səslənmədə (assimilyasiya) "r" samitinin "l" samiti ilə əvəzlənməsi məhəllənin adının sonralar Cıdıllı məhəlləsi kimi yaddaşlarda qalmasına gətirib çıxarmışdır.
  • Cığatay məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllərindən biridir. Məhəllənin salınma tarixi XIII əsrə təsadüf edir. Bu dövrdə monqollar Azərbaycanı işal etmiş və monqol mənşəli Hülakülər sülaləsi Azərbaycanda hakimiyyətə gəlmişdi. Azərbaycana gələn monqolların arasında bir sıra türkdilli tayfalar, o cümlədən çığataylar da olmuşdur. Monqolların Naxçıvandan çəkilməsindən sonra Azərbaycana gəlmiş cığataylar kəngərlilərin tərkibinə qarışmış, şəhərin müəyyən hissəsini özləri üçün yaşayış yeri seçmiş və orada məskunlaşmışdırlar.
  • Çaparxanlı məhəlləsi – Məhəllənin adının "çapar" sözü ilə əlaqədar olduğu güman edilir. Keçmişdə çaparların, qasidlərin çoxu bu məhəllədə yaşadığından məhəllənin bu cür adlandırıldığı, ilkin adının isə "Çaparxana" olduğu mülahizəsi irəli sürülmüşdür. Sonrakı dövrdə Naxçıvan şəhərində yaradılmış ilk poçt məntəqəsi də məhz Çaparxanlı məhəlləsində yerləşmişdir.
  • Dabbaqxana məhəlləsi – Naxçıvan şəhərinin sənət və peşə ilə bağlı məhəlləsidir. Məhəllə naxçıvanlıların qədim zamandan dəri aşılamaqla məşğul olduqlarını təsdiqləyir. Hazırda mövcud olmayan həmin məhəllənin yerində eyniadlı çeşmə qalmışdır.
  • Dizə məhəlləsi – "Dizə" toponimi Naxçıvan MR ərazisində geniş yayılmışdır. Muxtar respublikanın əksər rayonlarında belə yer adları vardır. Mütəxəssislərin fikrincə "dizə" bir neçə ailənin yığışıb kiçik bir məhəllədə, yaxud kənddə məskunlaşması deməkdir. Dizə məhəlləsi şəhərin indiki məişət xidmət evi, elmi mərkəz, avtovağzala qədər olan ərazisini əhatə etmişdir.
  • Əlixanlı məhəlləsi – Məhəllənin adı Kəngərli tayfasının Əlixanlı qolunun adı ilə bağlıdır. Azərbaycan yazıçı və dramaturqu Hüseyn Cavid də məhz bu məhəllədə doğulmuş və yaşamışdır. Ədibin Naxçıvan şəhərindəki ev muzeyi də hazırda bu məhəllədə yerləşir.
  • Xıncov məhəlləsi – Xıncov məhəlləsi Naxçıvan şəhərinin ən böyük məhəllələrindən biridir. Məhəllə SSRİ dövründə "Oraq kolxozu" adlandırılırdı. Bu məhəllənin əhalisi əsasən kəndlərdə dolana bilməyən və ya kənd həyatı yaşamaq istəmədiyindən Naxçıvana köçən sakinlərdən ibarət olmuşdur. Onların çoxu xüsusilə, Böyük Vətən Müharibəsi (1941–1945) illərində Naxçıvan (indiki Babək) və Şahbuz rayonlarının kəndlərindən köçərək burada məskunlaşmışdılar.
  • Xoylu məhəlləsi – Naxçıvan şəhərində, XVIII əsrin axırlarında Güney Azərbaycanın Xoy şəhərindən köçüb gələrək, Əcəmi Seyrangahının bazar səmtində məskunlaşanlar tərəfindən salınmışdır.
  • Kəngərli məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllərindən biridir. Məhəllə qədimdən şəhər zadəganlarının, hökmdar və hakimlərin imarətlərinin yerləşdiyi ərazi kimi tanınmışdır. Məhəllənin adı eramızın ilk əsrlərindən başlayaraq Naxçıvanda məskunlaşan qədim türk tayfasının – kəngərlilərin adı ilə bağlıdır. Vaxtilə Naxçıvan qalasının (Yezidabad qalası) ən çox müdafiə olunan hissəsində salınmışdır.
  • Comayıl məhəlləsi – Bu məhəllə Sarvanlar məhəlləsinin sol tərəfində, kiçik bir ərazini əhatə etmişdir. Comayıl məhəlləsi Kəngərli tayfasının bir qolu olan Comayıllılarla bağlıdır. Məhəllə sakinlərinin İrəvan çuxurundan köçüb gəlmələri ehtimal olunur. 1937-ci il siyahıya almasında bu məhəllənin sakinlərinin 70 – 75 faizinin İsmayılov soyadı daşıdıqları müəyyən edilmişdir ki, bu da onların bir tayfaya mənsub olmaları ehtimalını gücləndirir.
  • Qala məhəlləsi — Qala məhəlləsi Mömünə Xatun türbəsinin yaxınlığında, Xoylu və Atabəylər məhəllələri ilə qonşuluqda olub, yay teatrının və mədəniyyət sarayının ətrafındakı ərazini əhatə etmişdir.
  • Qaraağac məhəlləsi – Məhəllə indiki tikinti – quraşdırma idarəsinin yerləşdiyi ərazini və ətrafları əhatə etmişdir. 1918-ci ildə məhz bu məhəllənin gəncləri toplaşaraq Naxçıvana hücuma keçən ermənilərə qarşı yerli özünümüdafiə dəstələri yaratmağa başlamışdılar.
  • Qurdlar məhəlləsi – Naxçıvan şəhərinin ən qədim məhəllələrindən biridir. Məhəllənin adı qədim Kəngərli tayfasının Qurdlar qolunun adı ilə bağlıdır.
  • Şahab məhəlləsi – Tədqiqatçıların fikrincə məhəllənin adı, çox güman ki, ərazisində vaxtilə gur su, yaxşı su olmasına görə, fars dilində eyni mənada işlənən "şahab" sözü ilə bağlıdır. Başqa bir fərziyyəyə görə isə, Naxçıvan şəhərinin dörd əsas məhəlləsindən (Sarvanlar, Əlixanlı, Şahab, Qurdlar) Şahab məhəlləsinin adı, Qurdlar məhəlləsi istisna olmaqla, Kəngərli tayfasının eyni adlı nəsillərinin (sarvanlar, əlixanlılar) adı ilə bağlı olan Sarvanlar və Əlixanlılar məhəllələri kimi, bu tayfanın Şahbanular tirəsinin adındandır. Bu mülahizəyə görə, "Şahab" toponimi "Şahbanular" etnoniminin xalq dilində dəyişdirilmiş formasıdır.
  • Zaviyə məhəlləsi – Məhəllənin adı ərəb dilində "bucaq" anlamına gəlir. Farsdilli mənbələrdə isə bu söz "müqəddəs yer" anlamında işlədilir. Tarixi memarlıq abidəsi olan Zaviyə məscidi də bu məhəllədə yerləşir.
  • Sallaqxana məhəlləsi – Naxçıvan şəhərinin sənət və peşə ilə bağlı olan məhəllələrindən birdir. Məhəllənin adı, ərəbcə "sallaq" (qəssab) və farsca "xana" (ev) sözləri əsasında yaranmışdır. Şəhərdə arabaşı, faytonçu işləyənlərin, qəssablıqla məşğul olanların əksəriyyəti bu məhəllədə yaşayırdı.
  • Sarvanlar məhəlləsi – Naxçıvan şəhərinin ən mühüm məhəllələrindən biridir. Məhəllənin adı Kəngərlilərin bir qolu olan Sarvanlar sülaləsinin adı ilə bağlıdır. Tədqiqatçı T. Əhmədov sarvan sözünün İran mənşəli olub sar (dəvə) və van (qoruyan) sözləri əsasında yaranıb, dəvəçi, dəvə saxlayan anlamını ifadə etdiyini vurğulayır. Məhəllənin sakinləri XX əsrin 40 – 50-ci illərinə qədər daha çox dəvəçilik, arabaçılıq və faytonçuluqla məşğul olmuşlar. Sarvanlar sülaləsi müxtəlif tirələrə bölünüb ayrı – ayrı ərazilərdə yaşasalar da tayfa adını qoruyub saxlamışlar. Müasir Ermənistan (tarixi Qərbi Azərbaycan ərazisi) ərazisində də, əhalisi Azərbaycan türklərindən ibarət olan Sarvanlar kəndi olmuşdur

İstinadlar redaktə

  1. 1,0 1,1 1,2 1,3 AMEA, Naxçıvan ensiklopediyası, Bakı, 2006, Naxçıvan məqaləsi
  2. Brokhauz və Efronun ensiklopedik lüğəti
  3. Britannica. Nakhichevan. "The republic, especially the capital city of Nakhichevan, has a long history dating back to about 1500 bc."
  4. 4,0 4,1 Josephus, Antiquities of the Jews, Chapter 3, Arxivləşdirilib 2021-10-20 at the Wayback Machine прим. 6:"This Αποβατηριον , or Place of Descent, is the proper rendering of the Armenian name of this very city. It is called in Ptolemy Naxuana, and by Moses Chorenensis, the Armenian historian, Idsheuan; but at the place itself Nachidsheuan, which signifies The first place of descent, and is a lasting monument of the preservation of Noah in the ark, upon the top of that mountain, at whose foot it was built, as the first city or town after the flood."
  5. Flavius Josephus, William Whiston, Paul L. Maier — The new complete works of Josephus, Revised and expanded edition, Kregel Academic, 1999, səh 56
  6. "Nakhichevan" in the Brockhaus and Efron Encyclopedic Dictionary, St. Petersburg, Russia: 1890–1907.
  7. "Nakhichevan" Arxivləşdirilib 2015-04-26 at the Wayback Machine in the 1911 Encyclopædia Britannica, vol.19, p.156.
  8. Azərbaycan Milli Ensiklopediyası "AZƏRBAYCAN", Bakı – 2007
  9. "Эвлия Челеби. Книга путешествий. Земли Закавказья и сопредельных областей Малой Азии и Ирана". 2012-07-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.
  10. Noah's Ark: Its Final Berth Arxivləşdirilib 2008-03-12 at the Wayback Machine by Bill Crouse
  11. A. Axundov — Azərbaycan dilinin tarixi fonetikası, Bakı, 1973
  12. Yeremyan, Suren T. "Նախճավան" (Nakhtchavan). Soviet Armenian Encyclopedia. vol. viii. Yerevan, Armenian SSR: Ermənistan Elmlər Akademiyası, 1982, pp. 166–167.
  13. И. М. Дьяконов. История Мидии, стр. 216
  14. Y.B.Yusifov. Kimmer, skif və saklar qədim Azərbaycanda. Tiflis: 1988
  15. Y. Yusifov — Qədim Şərq tarixi. Bakı: 2007, səh. 18
  16. Q.Qeybullayev. Azərbaycan türklərinin təşəkkülü tarixindən. Bakı: 1994
  17. Duncker, Max, The History of Antiquity, tr. Evelyn Abbott, p. 350. London, Richard Bentley * Son (1881)
  18. A. Fazili – Atropatena, Bakı, 1993
  19. Fəridə Məmmədova – Qafqaz Albaniyası və albanlar, Bakı, 2005, səh 169
  20. Sergey Vardanyan — The Capitals of Armenia. Yerevan, Apolon, 1995 səh 118
  21. AMEA, Naxçıvan abidələri ensikloediyası, Bakı, 2008
  22. R. A. Məmmədov – Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü), Bakı, 1977, səh 35–50
  23. А. Раджабли – Нумизматика Азербайджана, Баку, 1977
  24. 24,0 24,1 Е. А. Похомов – Монеты "Нахчавана", Az. SSR EA – nın Xəbərləri, 1949, № 5
  25. Фазили А. Борьба атропатенцев против римских захватчиков (36 г. до н.э.). Проблемы античной истории и культуры, т. 1, Ереван, 1979
  26. Əl-Bəlazuri, 200.
  27. "История халифов-Гевонда". 2012-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.
  28. Ziya Bünyadov – Azərbaycan VII – IX əsrlərdə, Bakı, 2007
  29. M. Whittow, "The Making of Byzantium: 600–1025", Berkley: University of California Press, pp. 195, 203, 215:

    В течение восьмого и девятого столетий, Азербайджан был ареной частых антихалифских и антиарабских восстаний, и византийские источники сообщают о персидских воинах, искавших в 830-х гг. убежища от армий халифа на службе у византийского императора Феофила. […] Азербайджан имел персидское население и был традиционным центром зороастрийской религии. […] Хуррамиты были […] персидской сектой, находившейся под влиянием шиитских доктрин, но с корнями в предисламском персидском религиозном движении.

  30. V. Minorsky, Studies in Caucasian history, Cambridge University Press, 1957. pg 108–112
  31. Jamie Stokes, Encyclopedia of the Peoples of Africa and the Middle East, Volume 1, Infobase Publishing, 2009, ISBN 978-0-8160-7158-6, p. 382. Arxivləşdirilib 2014-09-20 at the Wayback Machine
  32. M. X. Şərifli – IX əsrin II yarısı – XI əsrdə Azərbaycan feodal dövlətləri, Bakı, 1978
  33. Алиярлы С. История Азербайджана. — Баку, 2008. — с. 210
  34. "Encyclopaedia Iranica. K. A. Luther. Atabakan-e Adarbayjan". 2016-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.
  35. ЧУДЕСА МИРА Arxivləşdirilib 2009-12-15 at the Wayback Machine

    Нахчуван. Это — большой, благоустроенный город в Азербайджане, расположенный на возвышенности, сильно укреплен. В нем построено множество дворцов, замков и айванов. Рядом с городом на камнях выстроена цитадель. В крепости построены медресе, мечети и минареты, имеется приятный источник. Говорят, что нет на земле города благоустроеннее, чем этот. Все здания сделаны из жженого кирпича и алебастра. Большая часть замков в три и четыре этажа, словно крепости. [Вокруг города] — приятные окрестности, проточная вода, много садов и лугов. Река Аракс течет в пределах города; приятные фрукты. Говорят, нет во всем мире винограда лучше и полезнее нахчуванского.

    В августейшее время Илдегиза /227а/ [город] достиг полного величия, [там] сделали царскую резиденцию и дом правления.

    [Как-то] передняя нога его (Илдегиза, — Л. С.) коня попала в какую-то щель. Он счел это за хороший признак и сказал: "Здесь я построю дом!" — и сделал так.

    Жители [Нахчувана] — красивые и приятные по характеру, [придерживаются] суннитского и шафиитского толков. Они — [люди] отважные, борцы за веру, стрелки из лука, гостеприимны, красноречивы. Нахчуванцы могут говорить на всех языках, на их же языке говорить не умеет никто.

    Товары: китайской работы ткани, изящные покрывала, войлок, чуха, фута, миски, небольшие деревянные блюда, очень красиво расписанные, так что их развозят в качестве подарков по всему миру. Там попадаются также товары из Армении и Рума.

    Они знают добрые ремесла и живут в [полном] благоденствии.

    Говорят, нет ни в одном месте кладбища, подобного нахчуванскому; там на деревьях квакают лягушки, и это [одна] из диковин. Ни в городе, ни в деревне нет столько зданий, сколько на нахчуванском кладбище: [здесь] и мечети, и медресе, и мавзолеи, множество садов. На кладбище живут сторожа.

  36. "Аджаиб ад-дунья. (Чудеса мира). М. Наука. 1993". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.
  37. Ronald G. Suny, James Nichol, Darrell L. Slider. Armenia, Azerbaijan, and Georgia: Country Studies. p 88–89
  38. Michael Prawdin, Mongol Empire and its legacy, p 214–220
  39. Peter Jackson, David Morgan //The mission of Friar William of Rubruck: his journey to the court of the Great Khan Möngke, 1253–1255 //Том 2,Часть 4,Выпуск 173 стр 265(312) Hakluyt Society, 1990 ISBN 0-904180-29-8, 9780904180299
  40. "Гильом де Рубрук. Путешествие в Восточные страны, гл. 51". 2012-04-02 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  41. "Зодчество Азербайджана XII–XV вв. и его место в архитектуре Переднего Востока". 2021-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  42. Петрушевский И. П. Иран и Азербайджан под властью Хулагуидов (1256–1353 гг.) // Татаро-монголы в Азии и Европе. — С. 235
  43. "S. Budaqova - Naxçıvan diyarının tarixi coğrafiyası, Bakı, ELM, 1995" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  44. "Naxçıvan monqol yürüşləri və Teymurilər dövründə". 2022-01-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  45. "T. Köçəri — Naxçıvan: uydurmalar və tarixi həqiqətlər, Bakı, ELM, 2005" (PDF). 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-14.
  46. S. Aşurbəyli — Şirvanşahlar dövləti, Bakı, 2006
  47. Под ред. Б. Н. Пономарева (1966). История СССР с древнейших времен до наших дней. Академия наук СССР: Наука. pp. 518
  48. F. Bayat – Hurufi Merkezleri ve Anadolu’da Hurufilik, Uluslar arası Türk Dünyası İnanç Merkezleri Kongresi, Mersin, 23–27 Eylül, 2002
  49. Irène Mélikoff. Sur Les Traces Du Soufisme Turc: Recherches Sur L'Islam Populaire En Anatolie, Editions Isis, 1992, pp. 163–174, ISBN 975-428-047-9
  50. С. М. Ваидов – Хаега на реке Алинджа-чай, в. кн. Архитектура Азербайджана. Эпоха Низами, Москва – Баку, 1947
  51. Stearns, Peter N.; Leonard, William (2001). The Encyclopedia of World History. Houghton Muffin Books. p. 122. ISBN 0-395-65237-5
  52. Minorsky, Vladimir (1955). "The Aq-qoyunlu and Land Reforms (Turkmenica, 11)". Bulletin of the School of Oriental and African Studies, University of London 17 (3): 449. DOI:10.1017/S0041977X00112376.
  53. Charles van der Leeuw. Azerbaijan: A Quest of Identity, a Short History, Palgrave Macmillan, ISBN 0-312-21903-2
  54. "R. Quiring-Zoche. "AQ QOYUNLŪ", Encyclopedia Iranica". 2019-07-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  55. Michael Axworthy Iran: Empire of the Mind pp.134–136
  56. Кэролайн Финкель "История Османской ипмерии. Видение Османа", — Москва, АСТ, 2010. ISBN 978-5-17-043651-4
  57. "АДАМ ОЛЕАРИЙ — Описание путешествия Голштинского посольства в Московию и Персию". 2007-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  58. Петрушевский И. П. Очерки по истории феодальных отношений в Азербайджане и Армении в XVI — начале XIX вв. — Л., 1949
  59. AMEA, Naxçıvan Ensikloediyası, Bakı, 2006, Naxçıvan məqaləsi
  60. "Oberling, P. "Kangarlu", Encyclopedia Iranica". 2020-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-14.
  61. "НАХЧЫВАН В ПЕРИОД ХАНСТВА" (PDF). 2014-08-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2012-07-15.
  62. Мильман А. Ш. Политический строй Азербайджана в XIX—начале XX веков (административный аппарат и суд, формы и методы колониального управления). — Баку, 1966
  63. "FUAD ƏLİYEV, MİRABDULLA ƏLİYEV - Naxçıvan xanlığı" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-07-15.
  64. Иванов Рудольф Николаевич. Генерал-адъютант его величества: Сказание о Гусейн-Хане Нахичеванском.- М.: Герои Отечества, 2006
  65. Нагдалиев Ф.Ф. Ханы нахчыванские в Российской империи. Москва, 2006
  66. "Туркманчайский мирный договор". 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-15.
  67. О именовании присоединенных к России ханств Эриванского и Нахичеванского Областию Армянского // Полное собрание законов Российской империи.Собр. вт. т.III. СПб., 1830, ст.1888
  68. "Çarizmin ermənilərin Azərbaycan torpaqlarına köçürmə siyasətində Naxçıvan bölgəsinin yeri" (PDF). 2012-07-25 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2012-07-15.
  69. "Административно-территориальные реформы на Кавказе в середине и во второй половине ХIХ века". 2012-03-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-15.
  70. Donald Bloxham. The Great Game of Genocide: Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians. New York: Oxford University Press. 2005
  71. Dr. Andrew Andersen, Ph.D. Atlas of Conflicts: Armenia: Nation Building and Territorial Disputes: 1918–1920 Arxivləşdirilib 2016-12-28 at the Wayback Machine
  72. Гражданская война и военная интервенция в СССР: энциклопедия, Советская энциклопедия, 1983, səh 387
  73. "Нахичеванская Автономная Советская Социалистическая Республика". 2012-12-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-15.

Ədəbiyyat redaktə

  • R. A. Məmmədov – Naxçıvan şəhərinin tarixi oçerki (orta əsrlər dövrü), Bakı, 1977

Saytda 132 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023