Nazaret və Sinayda gürcü dilində yazılar Haqqinda Melumat - Vikipedia

Nazaret və Sinayda gürcü dilində yazılar Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nazaret və Sinayda gürcü dilində yazılar

Nazaret Gürcü yazıları — 1955–1960-cı illərdə, arxeoloq Belarmino Baqatinin rəhbərlik etdiyi arxeoloji qazıntılar nəticəsində, Nazaretdə tapılan divar yazıları.[1]

Nazaret və Sinayda gürcü dilində yazılar
Saxlanılır

Yazılar Nazaret şəhərinin kilsəsi altında yerlaşən köhnə kilsənin qalıntılarında tapılıb. Arxeoloji üsulla təsdiqlənmişdir ki yazılar 427-ci ildən gec olmayaraq yazılmışdır, çünki 427-ci ildə çıxarılan fərman ilə köhnə kilsənin döşəmə rəsmində istifadə edilən xaçlar sonradan qadağan edilmişdir.

Tarixi mənbələrə görə, Gürcü yazıları Nazaret Kilsəsində 330–427 illər ərzində yazıla bilərdi. Nazaret kilsəsinin Gürcü yazıları Zaza Aleksidze tərəfindən araşdırılmışdır.

Bu gün Nazaret kilsəsinin yazıları divardan çıxarılmış və dünyanın müxtəlif muzeylərində saxlanılır.

Ədəbiyyat redaktə

  • Gürcüstanın ənənəvi mədəniyyətinin tarixi, Tbilisi, 2017.
  • Z. Aleksidze, "Luvr, Sina dağı, Nazaret: Epiqrafik Etud", Tbilisi, 2000.
  • B. Bagatti, Excavations in Nazareth. I: From the Beginning till the XII Century (SBF. Collectio Maior 17), Jerusalem 1969

İstinadlar redaktə

  1. "Yana Tchekhanovets, Early Georgian Pilgrimage to the Holy Land". 2020-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-07.

Saytda 87 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024