Nazim Əlicanov Haqqinda Melumat - Vikipedia

Nazim Əlicanov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nazim Nəzir oğlu Əlicanov (26 iyul 1970; Qax, Azərbaycan SSR) — 1991-1995-ci və 2000-2011-ci illərdə Azərbaycanı, 1996-1999-cu illərdə isə Moldovanı təmsil edən sərbəst güləşçi. 2002-ci il Avropa Çempionatının qalibi.

Nazim Əlicanov
Şəxsi məlumatlar
Tam adı Nazim Nəzir oğlu Əlicanov
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Moldova Azərbaycan
Azərbaycan Azərbaycan
Doğum tarixi (53 yaş)
Doğum yeri Qax, Azərbaycan SSR
Boyu 168 sm (5 ft 6 in)
Çəkisi 59 kq[1]
İdman növü Güləş
Karyera illəri 1982—2011
Məşqçisi Elman Əzimzadə

Həyatı redaktə

Nazim Nəzir oğlu Əlicanov 1970-ci il iyulun 26-da Qax şəhərində anadan olub. 1977-1984-cü illərdə Qax şəhər 3 nömrəli orta mətəbdə, 1984-1987-ci illərdə isə İdman Təmayüllü İnternat Mətəbində təmsil alıb. 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutundan, 2002-ci ildə isə "Təfəkkür" Universitetindən məzun olub. 1991-1996-cı illərdə Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının sıralarında hərbi xidmətdə olub.

Ailəlidir. 2 övladı var.

Karyerası redaktə

Məşqçi fəaliyyəti redaktə

Nazim Əlicanov 2007-2009-cu illərdə qadın güləşçilərdən ibarət Azərbaycan yığmasının baş məşqçisi olub.

2002-ci ildə Azərbaycan Respublikası Prezidentı tərəfindən "Tərəqqi" medalı və 2008-ci ildə isə Fəxri diplomla təltif olunmuşdur.2010-cu ilin dekabr ayında ona Azərbaycan Respublikasının "Əməkdar məşqçisi" Fəxri adı verilmişdir. Hal-hazırda sərbəst güləş üzrə Azərbaycan yığma komandasının üzvü və Beynəlxalq dərəcəli idman ustasıdır. Ailəlidir. İki övladı var.

Nəticələri redaktə

Sıra
İl
Yarış
Ev sahibi
Nəticə
1
1988
Gənclərin Dünya Çempionatı Avstriya  Avstriya
3.
2
1994
Avropa Çempionatı İtaliya  İtaliya
5.
3
1994
Dünya Çempionatı Türkiyə  Türkiyə
11.
4
1995
Dünya Çempionatı ABŞ  ABŞ
18.

İstinadlar redaktə

  1. Olympedia (ing.). 2006.

Saytda 133 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024