Nazim Zəkarayev Haqqinda Melumat - Vikipedia

Nazim Zəkarayev Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nazim Nadir oğlu Zəkarayev (d. 31 avqust 1997; Şamaxı, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.

Nazim Zəkarayev
Nazim Nadir oğlu Zəkarayev
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Şamaxı, Azərbaycan
Vəfat tarixi (18 yaşında)
Vəfat yeri Azərbaycan
Dəfn yeri
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Əsgər
Təltifləri "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı

Həyatı redaktə

Nazim Zəkarayev 1997-ci ilin 31 avqust günündə Şamaxı şəhərində anadan olub.

Hərbi xidməti redaktə

Əsgər Nazim Zəkarayev 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 9-u isə Nazim Zəkarayev doğulduğu Şamaxı şəhərində, Şəhidlər Xiyabanında son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və əsgər Zəkarayev uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nazim Zəkarayev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edildi.

İstinadlar redaktə

Sehid Nazim Zekereyev


Saytda 52 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024