Neftçi–Qarabağ 0:6 Haqqinda Melumat - Vikipedia

Neftçi–Qarabağ 0:6 Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Neftçi–Qarabağ 0:6

Azərbaycanda futbol matçı

Neftçi–Qarabağ 0:62020/21 Azərbaycan Premyer Liqası mövsümünün 8 noyabr 2020-ci ildə keçirilən IX turunda "Neftçi" Bakı PFK-nin öz meydanında, "Bakcell Arena"da "Qarabağ" Ağdam FK-nı qarşıladığı matç. Matçdan əvvəl "Neftçi" 2-ci yerdə qərarlaşmış, 2020/21 UEFA Avropa Liqası mövsümündə iştirak etdiyindən ölkə çempionatında bir oyun geridən başlamış "Qarabağ" isə 3-cü pilləni tutmuşdu. Avroliqa mövsümündəki məğlubiyyətlərindən qayıdan "Qarabağ" öz meydanında "Keşlə"yə 6:1 hesabla qalib gəlmiş, "Neftçi" isə çempionatın lideri "Sumqayıt" ilə heç-heçə etmişdi. Bu, Azərbaycan derbisinin 81-ci matçı, "Qarabağ"ın isə "Neftçi" üzərindəki 30-cu qələbəsi idi.

Neftçi–Qarabağ 0:6
Turnir 2020/21 Azərbaycan Premyer Liqası
Tarix 8 noyabr 2020
Yer Bakcell Arena, Bakı
Hakim Rəhim Həsənov
Tamaşaçı 0[a]

Koronavirus pandemiyası səbəbilə Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, mövsüm boyunca keçirilən oyunlar azarkeşsiz keçirilmiş, bu qayda 11 min azarkeş tutumuna malik "Bakcell Arena"da da icra olunmuşdur. Həmçinin, oyunun keçirildiyi tarixdə Şuşanın işğaldan azad edildiyi açıqlanmışdı, bu səbəbdən futbolçular meydana üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" yazılan banner ilə çıxmışdır. Matçın baş hakimi Rəhim Həsənov, köməkçi hakimləri isə Namiq Hüseynov, Cəmil Quliyev və Orxan Məmmədov olmuşdur. Oyunda hesabı "Qarabağ"ın yarımmüdafiəçisi Filip Ozobiç 20-ci dəqiqədə açmış, birinci taym isə 29-cu dəqiqədə özünün penalti ilə və 38-ci dəqiqədə Mahir Emrelinin vurduğu qollar isə 0:3 olmuşdur. İkinci taymda da oxşar mənzərəyə malik olan matçın 50-ci dəqiqəsində Abdullah Zubir qol vurmuş, 52-ci dəqiqəsində isə Ozobiç het-trik müəllifi olmuşdur. Oyunun 75-ci dəqiqəsində Musa Qurbanlının vurduğu qol ilə hesab 0:6 olmuşdur.

Matç Azərbaycan derbisindəki ən böyükhesablı oyun, "Neftçi"nin ən böyük məğlubiyyəti idi. Oyun həmçinin, cari mövsümündə "Neftçi"nin ən böyükhesablı məğlubiyyəti, həm də mövsümdə qeydə alınan ən böyükhesablı səfər qələbəsi idi. "Neftçi"nin prezidenti Kamran Quliyev bu məğlubiyyəti "faciə" adlandırmış, klubun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov isə istefa etmişdir. Çox keçməmiş, Samir Abbasov "Neftçi"nin baş məşqçi vəzifəsinə təyin olunmuşdur. Mövsümün finalında "Neftçi" yenidən "Qarabağ"la qarşılaşmış, lakin bu dəfə 1:0 hesabı ilə Ağdam təmsilçisinə üstün gələrək yeddi il sonra ölkə çempionu olmuşdur.

Zəmin redaktə

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 2008-ci ildən bu postdadır.[2]

2020-ci ilin iyununda AFFA Azərbaycanda koronavirus pandemiyasının kəskinləşməsi ilə əlaqədar 2019/20 Azərbaycan Premyer Liqası mövsümünün növbədənkənar başa çatdığını, 20 turdan sonra 45 xalla zirvədə yer alan "Qarabağ"ın isə cari mövsümün çempionu olduğunu elan etmişdir.[4] Ağdam təmsilçisi cari mövsümdə sadəcə bir dəfə məğlub olmuşdu, o da 2:1 hesabı ilə nəticələnmiş "Sumqayıt" səfərinə təsadüf edirdi.[5] Həmin mövsüm ikinci yerdə qərarlaşan "Neftçi" 2020/21 UEFA Avropa Liqasının təsnifat mərhələsində iştirak etmək hüququ qazanmışdı.[6]

"Neftçi"nin sabiq baş məşqçisi Roberto Bordin 2020-ci ilin yanvarında istefaya göndərilmiş,[7] əsas komanda müvəqqəti olaraq köməkçi məşqçi Füzuli Məmmədova tapşırılmışdı.[8] Həmin ilin iyulunda "Neftçi" Məmmədovla iki illik müqavilə bağlayaraq onun baş məşqçilik postundakı yerini təsdiqləmişdir.[9] Yay transfer pəncərəsində "Neftçi" Keysuke Honda,[10][11] Sabir Buqrin[12]Yusuf Laval[13] kimi futbolçuları transfer etmiş, Mert Çeliki icarəyə götürmüşdür.[14] Həmçinin, "Qarabağ" Emil Balayev,[15] Patrik Andrade,[16] Kevin Medina[17]Uroş Matiç[18] kimi futbolçularla heyətini gücləndirmiş, Vild-Donald Gerye isə "Neftçi"dən ayrılaraq yenidən Ağdam klubuna transfer olunmuşdur.[19]

Koronavirus pandemiyasının yayılması ilə yaranan şərait səbəbilə UEFA 2019/20 avrokuboklar mövsümünün olimpiya sistemi ilə keçiriləcəyi açıqlanmışdı.[20] 2020/21 UEFA Çempionlar Liqası mövsümünün birinci təsnifat mərhələsinə vəsiqə qazanan "Qarabağ" 18 avqust 2020-ci ildə Şimali Makedoniya təmsilçisi "Sileks" ilə keçirilən oyunun 80-ci dəqiqəsində hesab arasındakı fərqi 4 topa çatdıraraq mərhələ adlamışdır.[21] Ağdam klubu 26 avqust 2020-ci ildə keçirilən ikinci təsnifat mərhələsində Bakıda Moldova çempionu "Şerif" üzərində 2:1 hesablı qələbə qazanaraq 3-cü təsnifat mərhələsinə yüksəlmişdir.[22] "Qarabağ" 16 sentyabrda neytral meydanda, yəni Kiprdə Norveç təmsilçisi "Molde" ilə qarşılaşmışdır.[23] Oyunun əsas və əlavə vaxtı 0:0 hesabı ilə nəticələnmiş, Ağdam təmsilçisi penalti seriyasında 5:6 hesablı məğlubiyyətlə Avropa Liqasının təsnifat mərhələsinin pley-offuna vəsiqə qazanmışdır.[24] Hər halda, Qarabağ 1 oktyabrda keçirillən pley-offda Polşa təmsilçisi "Legiya"nı 0:3 hesabla məğlub edərək UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdır.[25]

"Neftçi" 2020/21 UEFA Avropa Liqası mövsümünün 28 avqust 2020-ci il tarixində keçirilən birinci təsnifat mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkupi"yə 2:1 hesabı ilə qalib gəlmişdi.[26] Buna baxmayaraq, Bakı təmsilçisi 17 sentyabrda "Qalatasaray" ilə qarşılaşmış, Türkiyə təmsilçisi ilə oyunda 1:3 hesabı ilə məğlub olaraq avrokuboklarla vidalaşmışdır.[27][28]

Oyundan əvvəl redaktə

"Neftçi" ilə "Qarabağ" 2020/21 Azərbaycan Premyer Liqası mövsümündə ilk dəfə 20 sentyabr 2020-ci il, mövsümün III turunda "Qarabağ"ın öz meydanı olan "Azərsun Arena"da qarşılamışdı.[29] "Qarabağ"ın hücumçusu Ovusu Kvabena 10-cu dəqiqədə hesabı açsa da, Voyislav StankoviçNamiq Ələsgərovun vurduğu qollarla "Neftçi" 1:2 hesablı qələbə əldə etmişdi.[30]

"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində uğursuz çıxışlar edirdi. 5 noyabrda Türkiyə təmsilçisi "Sivasspor" ilə keçirilən matçda 2:0 hesabı ilə məğlub olan "Qarabağ" qrupda artıq ardıcıl üçüncü dəfə məğlubiyyət yaşamış, çıxış etdiyi "I" qrupunda sonuncu pillədə qərarlaşmışdı.[31] Buna baxmayaraq, Ağdam təmsilçisi 1 noyabrda, yerli çempionatın VIII turunda[32] "Keşlə" üzərində 6:1 hesablı qələbə əldə etmişdir.[33] Nəticədə, avrokuboklarda iştirakı səbəbilə yerli çempionatda bir oyun az keçirən və xallarının sayını 12-ə çatdıran "Qarabağ" üçüncü pilləyə yüksəlmişdir.[34] Eyni zamanda, "Neftçi" səfər oyununda "Sumqayıt" ilə heç-heçə əldə edərək 14-cü xalını qazanmış və ikinci pillədə qalmışdı.[35] Oyuna qədər klublar bir-birləri ilə 80 dəfə qarşılaşmış, bunlardan 21-də "Neftçi", 30-da "Qarabağ" qələbə qazanmış, 30 oyunda isə heç-heçə qeydə alınmışdır.[36]

Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, 2020-ci ilin martından bəri Azərbaycan Premyer Liqasının bütün matçları azarkeşsiz keçirilmişdir.[1][37] Bu, "Bakcell Arena"dakı oyuna da şamil olunmuşdur.

Matç redaktə

 
Xorvatiyalı yarımmüdafiəçi Filip Ozobiç 52-ci dəqiqədə het-trik müəllifi olmuşdur.

Oyun 8 noyabr 2020-ci ildə, Azərbaycan vaxtı ilə saat 15:00-da, "Neftçi"nin doğma meydanı olan "Bakcell Arena"da keçirilmişdir.[38][39] Oyun başlamazdan bir neçə saat əvvəl Azərbaycan Prezidenti İlham Əliyev davam edən İkinci Qarabağ müharibəsi çərçivəsində Şuşa şəhərinin işğaldan azad edildiyini açıqlamışdı.[40] Oyundan əvvəl futbolçular Azərbaycan Silahlı Qüvvələrinə dəstək pankartı qaldırmış, üzərində "Bayrağı yenilməz edən millətin övladlarıdır" yazılan banner ilə meydana çıxmışdır. Görüşün startından əvvəl İlham Əliyevin çıxışına böyük ekranda baxılmış, ardından Azərbaycan himni səslənmişdir.[41][42]

"Neftçi"nin start heyətində cari mövsümdə Azərbaycan milli futbol komandasında çıxış etmiş Anton Krivotsyuk, Namiq ƏləsgərovMirabdulla Abbasov, o cümlədən millinin U-21 komandasının müdafiəçisi Mert Çelik var idi. Ev sahibləriniin çalışdırıcısı Füzuli Məmmədov Fəhmin Muradbəyli, Emin Mahmudov və bir neçə yerli gənc futbolçunu ehtiyat skamyasında saxlamışdır. "Qarabağ" ilk on birliyində Azərbaycan yığmasında çıxış edən Şahrudin Məhəmmədəliyev, kapitan Qara Qarayev, Bədavi Hüseynov, Abbas Hüseynov və Mahir Emreli var idi. Gənc futbolçular İsmayıl İbrahimli, Toral BayramovElvin Cəfərquliyev baş məşqçi Qurban Qurbanov tərəfindən start heyətə salınmışdı. Cari mövsümdə millidə çıxış etmiş Rahil Məmmədov, Maksim MedvedevEmil Balayev isə ehtiyat oyunçuları arasında idi.[43]

Oyunda hesab 21-ci dəqiqədə "Qarabağ"ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç tərəfindən açılmışdır. 26-cı dəqiqədə Qurban Qurbanov Patrik Andradeni fransalı legioner Abdullah Zubir ilə əvəz etmişdir. Bundan sonra, 29-cu dəqiqədə "Neftçi"nin müdafiəçisi Mert Çelikin cərimə meydançasında pozduğu qayda ilə "Qarabağ"ın lehinə 11 metrlik cərimə zərbəsi təyin edilmiş, özü isə sarı vərəqə ilə cəzalandırılmışdır. 30-cu dəqiqədə Ozobiçin vurduğu qolla hesab 0:2 olmuşdur. 39-cu dəqiqədə Füzuli Məmmədov iki əvəzetmə ilə Prins İbara və Sabir Buqrini meydana gətirmiş, Bruno Teluşi və Mirabdulla Abbasovu ehtiyat skamyasına göndərmişdir. Birinci taymın bitməyinə 6 dəqiqə qalmış "Qarabağ"ın hücumçusu Mahir Emreli vurduğu dəqiq zərbə ilə fərqi 3 topa çatdırmışdır. İkinci taymda da "Qarabağ" oyuna hakim olmuş və Zubirin 50-ci dəqiqədə vurduğu qolla hesab 0:4 olmuşdur. Çox keçməmiş, Ozobiç 52-ci dəqiqədə het-trik müəllifi olmuşdur. 66-cı dəqiqədə Buqrin sarı vərəqə ilə cəzalandırılmış, eyni vaxtda Toral Bayramov əvəz edilmiş, yerinə Musa Qurbanlı gəlmişdir. Qurbanlı meydana gəldikdən doqquz dəqiqə sonra oyunun son qolunu vuraraq hesabı 0:6 etmişdir. 77-ci dəqiqədə Ömər Buludov Fəhmin Muradbəyli ilə, 79-cu dəqiqədə isə Ozobiç qanalı hücumçu Ovusu Kvabena ilə əvəz edilmişdir.[43][44]

Oyunun detalları redaktə

8 noyabr 2020
15:00 AZV
Azərbaycan  Neftçi Bakı 0:6 Azərbaycan  Qarabağ Ağdam
Qollar Ozobiç Qol  21'30' (pen.)52'
Emreli Qol  39'
Zubir Qol  50'
Qurbanlı Qol  75'
Bakcell Arena, Bakı
Tamaşaçı: 0[a]
Hakim: Azərbaycan  Rəhim Həsənov
Hesabat
 
 
 
 
 
 
 
 
 
 
Neftçi Bakı
 
 
 
 
 
 
 
 
Qarabağ Ağdam
Neftçi:[43][45]
Q 30 Azərbaycan  Aqil Məmmədov (k)
M 6 Serbiya  Voyislav Stankoviç
M 5 Azərbaycan  Anton Krivotsyuk
M 26 Azərbaycan  Ömər Buludov 77-ci dəqiqədə əvəz olunub  77'
M 25 Azərbaycan  Mert Çelik Booked in the 29-cu minute  29'
YM 17 Albaniya  Bruno Teluşi 39-cu dəqiqədə əvəz olunub  39'
YM 7 Azərbaycan  Namiq Ələsgərov
YM 36 Qvineya  Mamadu Kane
H 24 Nigeriya  Yusuf Laval
H 10 İran  Saman Nəriman Cahan
H 22 Azərbaycan  Mirabdulla Abbasov 39-cu dəqiqədə əvəz olunub  39'
Ehtiyat oyunçular:
H 13 Konqo Respublikası  Prins İbara 39-cu dəqiqədə əvəzetmədən daxil olub  39'
YM 29 Mərakeş  Sabir Buqrin 39-cu dəqiqədə əvəzetmədən daxil olub  39' Booked in the 66-cı minute  66'
YM 19 Azərbaycan  Fəhmin Muradbəyli 77-ci dəqiqədə əvəzetmədən daxil olub  77'
M 3 Seneqal  Mamadou Mbodj
H 4 Braziliya  Rener
YM 8 Azərbaycan  Emin Mahmudov
Q 12 Azərbaycan  Kamran İbrahimov
M 40 Azərbaycan  Vüqar Həsənov
YM 80 Azərbaycan  İsmayıl Zülfüqarlı
M 91 Braziliya  Tallison
YM 37 Azərbaycan  Vüsal Əsgərov
YM 45 Azərbaycan  Əli Mursalov
Baş məşqçi:
Azərbaycan  Füzuli Məmmədov
Qarabağ:[43][45]
Q 1 Azərbaycan  Şahrudin Məhəmmədəliyev
M 2 Azərbaycan  Qara Qarayev (k)
M 55 Azərbaycan  Bədavi Hüseynov
M 30 Azərbaycan  Abbas Hüseynov
M 81 Kolumbiya  Kevin Medina
YM 19 Azərbaycan  Filip Ozobiç 79-cu dəqiqədə əvəz olunub  79'
YM 6 Kabo-Verde  Patrik Andrade 26-cı dəqiqədə əvəz olunub  26'
YM 18 Azərbaycan  İsmayıl İbrahimli
YM 27 Azərbaycan  Toral Bayramov 66-cı dəqiqədə əvəz olunub  66'
H 44 Azərbaycan  Elvin Cəfərquliyev
H 11 Azərbaycan  Mahir Emreli
Ehtiyat oyunçular:
YM 10 Fransa  Abdullah Zubir 26-cı dəqiqədə əvəzetmədən daxil olub  26'
H 22 Azərbaycan  Musa Qurbanlı 66-cı dəqiqədə əvəzetmədən daxil olub  66'
H 7 Qana  Ovusu Kvabena 79-cu dəqiqədə əvəzetmədən daxil olub  79'
M 4 Azərbaycan  Rahil Məmmədov
M 5 Azərbaycan  Maksim Medvedev
Q 12 Azərbaycan  Emil Balayev
H 94 Azərbaycan  Ayhan Arazlı
YM 8 Serbiya  Uroş Matiç
M 21 Azərbaycan  Rauf Hüseynli
YM 77 Haiti  Vild-Donald Gerye
Baş məşqçi:
Azərbaycan  Qurban Qurbanov

Köməkçi hakimlər:
Azərbaycan  Namiq Hüseynov
Azərbaycan  Cəmil Quliyev
Dördüncü hakim:
Azərbaycan  Orxan Məmmədov
Hakim-inspketor:
Azərbaycan  Babək Quliyev
AFFA nümayəndəsi:
Azərbaycan  Seymur Səlimli

Matçın nizamnaməsi[46]

  • 90 dəqiqədən ibarət əsas vaxt.
  • Maksimum on iki ehtiyat oyunçu.
  • Maksimum üç əvəzetmə.

Matçdan sonra redaktə

"Qarabağ"ın 0:6 hesablı qələbəsi ilə nəticələnən matç böyük təəccüb doğurmuşdur.[45] Ümumiyyətlə, bu matç Azərbaycan derbisindəki ən böyükhesablı oyun, "Neftçi"nin ən böyük məğlubiyyəti idi.[47] Ehtiyatda bir oyunu olan "Qarabağ" qələbədən sonra xallarını 15-ə çatdıraraq liderliyə qalxmışdır. Ağdam təmsilçisi "Sumqayıt" və "Zirə" ilə eyni xala malik olsa da, top fərqi ilə 1-ci pillədə qərarlaşmışdı. 14 xalı olan "Neftçi" isə 3-cü pilləyə geriləmişdi.[48][49] Oyunda het-trik müəllifi olan Ozobiç mövsüm boyunca vurduğu qolların sayını 6-ya çatdırmış, "Sumqayıt"ın iranlı hücumçusu Əli Qurbani ilə bombardirliyi bölüşmüşdür.[48]

Oyundan bir neçə gün sonra, 11 noyabrda klubun baş məşqçisi Füzuli Məmmədov və idman direktoru Ceyhun Sultanov istefa vermişdir.[3] Klubda onları öz postlarında saxlamaq istəmiş, lakin uğursuz olmuşdu. "Neftçi"nin prezidenti Kamran Quliyev klub televiziyasında yayımlanan "Həmsöhbət" verilişində iştirak edərkən matçı "faciə" adlandırmışdı.[50] Füzuli Məmmədov özü növbəti il verdiyi müsahibədə istefanın səbəbinin "Qarabağ"a böyük hesablı məğlubiyyət olduğunu vurğulamışdı.[51] Hər halda, Füzuli Məmmədovun yerinə Samir Abbasov "Neftçi"nin baş məşqçisi təyin edilmişdir.[52] "Neftçi" ölkə çempionatının 2021-ci ilin mayında keçirilən yekun turunda son yeddi ilin hegemonu olmuş "Qarabağ"a 1:0 hesabı ilə üstün gələrək çempion olmuşdur. Ağdam təmsilçisi 2-ci pillədə qərarlaşmışdır.[53][54]

Qeydlər redaktə

  1. 1 2 Peşəkar Futbol Liqasının aldığı qərarə əsasən, koronavirus pandemiyası 2020-ci ilin martından bəri Azərbaycan Premyer Liqasının bütün matçları azarkeşsiz keçirilmişdir.[1]

İstinadlar redaktə

  1. 1 2 "Azərbaycan Premyer Liqası: azarkeşlərə icazə verildi". Sportal.az (az.). 14 avqust 2021. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  2. "Qurban Qurbanov". Report İnformasiya Agentliyi (az.). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  3. 1 2 "Füzuli Məmmədov istefaya göndərildi". İki sahil (az.). 11 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  4. "Azərbaycanda çempion və avrokuboklara gedəcək komandalar açıqlandı - RƏSMİ". Report İnformasiya Agentliyi (az.). 18 iyun 2019. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  5. ""Qarabağ" mövsümdə ilk məğlubiyyətini alıb". Azəri Press Agentliyi (az.). 22 noyabr 2019. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  6. "Официально: Сезон 2019/20 завершен досрочно. Карабах - чемпион, Сумгаит впервые в истории попал в Еврокубки". Azerifootball.com (rus). 23 noyabr 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  7. "Roberto Bordin istefaya göndərildi". Goal.az (az.). 19 yanvar 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  8. ""Neftçi"nin yeni baş məşqçisi AÇIQLANDI" (az.). 18 yanvar 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  9. ""Neftçi" baş məşqçisi ilə 2 illik müqavilə bağladı - FOTO" (az.). 30 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  10. "Keisuke Honda debuts for Neftchi Baku in Azerbaijan Premier League". The Japan Times (ingilis). 5 aprel 2021. 5 aprel 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  11. "Japan's Honda joins Neftchi in Azerbaijan". Channel News Asia (ingilis). 16 mart 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  12. "«Нефтчи» подписал бельгийского полузащитника". Media.az (rus). 19 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  13. "Нефтчи подписал нигерийского хавбека". Azerisport (rus). 17 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  14. "Мерт Челик: Главная цель – чемпионство с Нефтчи". Azerisport (rus). 21 sentyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  15. "Карабах представил новый трансфер". Azerisport (rus). 10 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  16. "Карабах реализовал трансфер полузащитника из Африки". Azerisport (rus). 28 avqust 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  17. "Медина подписал контракт с Карабахом и выбрал номер". Azerisport (rus). 19 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  18. "Третий легионер Карабаха". Azerisport (rus). 26 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  19. "Карабах объявил о подписании Герье". Azerisport (rus). 2 iyul 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  20. "Champions League: Will 2020-21 have one-legged knockout matches like 2019-20 has done?". Goal.com (ingilis). 23 avqust 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  21. ""Qarabağ"dan möhtəşəm QƏLƏBƏ". Modern.az (az.). 18 avqust 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  22. ""Qarabağ" "Şerif" Səddini Də Aşdı". CBC Sport (az.). 26 avqust 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  23. "Матч Карабах – Мольде доверили сербам". Azerisport (rus). 10 sentyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  24. Hüseynov, İmran. "Карабах не избавился от синдрома. Сами виноваты". Azerisport (rus). 17 sentyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  25. "Карабах разгромил Легию в Польше и вышел в групповой этап Лиги Европы!". Azerisport (rus). 1 oktyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  26. ""Neftçi"ni növbəti mərhələyə yüksəldən qələbə - Video". Qol.az (az.). 23 avqust 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  27. ""Neftçi" "Qalatasaray"a məğlub olub, Avrokuboklarla vidalaşdı - YENİLƏNİB + FOTO/VİDEO". Oxu.az (az.). 17 sentyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  28. "Neftçi Bakü'yü 3-1 mağlup eden Galatasaray, Avrupa'da 100. galibiyetini elde etti". Independent Türkçe (türk). 17 sentyabr 2020. 22 oktyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  29. "QARABAG VS. NEFTCHI BAKU 1 - 2". Soccerway (ingilis). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  30. ""Neftçi" Azərbaycan Derbisində "Qarabağ"A Qalib Gəldi (Nəticələr)". CBC Sport (az.). 20 sentyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  31. ""Qarabağ" "Sivasspor"A Da Uduzdu". CBC Sport (az.). 5 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  32. "Гурбанов рад крупной победе Карабаха: Выйдем на игру с Сивасспором более подготовленными". Azerisport (rus). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  33. "QARABAG VS. KESHLA 6 - 1". Soccerway (ingilis). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  34. Quliyev, Təbriz. ""Qarabağ" "Keşlə"yə böyük hesabla qalib gəlib". Report İnformasiya Agentliyi (az.). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  35. ""Sumqayıt" "Neftçi" ilə heç-heçə etdi". Report İnformasiya Agentliyi (az.). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  36. ""Neftçi" "Qarabağ"la, "Sabah" "Zirə" ilə üz-üzə". İki sahil. 8 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  37. "PFL Azərbaycan Premyer Liqası və kuboku ilə bağlı dəyişikliklərlə təlimatları açıqlayıb". Azəri Press Agentliyi (az.). 5 iyun 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 yanvar 2022.
  38. ""Qarabağ" "Neftçi"ni darmadağın etdi". Yeni Sabah (az.). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  39. ""QARABAĞ"IMIZ "NEFTÇİ"Nİ 6 QOLLA MƏĞLUB ETDİ". Qarabağ FK. 8 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  40. "Azerbaijan says it has taken Karabakh's second-largest city, Armenia denies it". Reuters. 8 noyabr 2020. 29 noyabr 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  41. ""Bayrağı yenilməz edən millətin övladlarıdır" - FOTO". APA Sport (az.). 8 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  42. Salahov, Elnur. "Azərbaycan derbisində Şuşanın azad edilməsi qeyd olundu". Report İnformasiya Agentliyi (az.). 8 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  43. 1 2 3 4 "NEFTCHI BAKU VS. QARABAG 0 - 6". Soccerway (ingilis). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  44. ""Qarabağ" 6 qolla, "Sabah" ardıcıl 6-cı dəfə - YENİLƏNDİ" (az.). 8 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  45. 1 2 3 "Карабах отметил освобождение города Шуша, Зире вернулся в тройку лидеров". Azerisport (rus). 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  46. Oyun qaydaları (az.). Azərbaycan Futbol Federasiyaları Assosiasiyası. 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  47. ""Qarabağ" - "Neftçi" rəqəmlərin gözü ilə". Sportline.az (az.). 27 oktyabr 2021. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  48. 1 2 ""Qarabağ"dan "Neftçi"yə 6 qol! - YENİLƏNİB". Milli.az (az.). 8 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  49. ""Qarabağ"dan "Neftçi"yə 6 qol, "Zirə" zirvəyə şərik oldu". Fanat.az (az.). 8 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  50. ""Neftçi"nin prezidenti "Qarabağ"a 0:6 hesablı məğlubiyyəti faciə adlandırdı". Qaynarinfo (az.). 21 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  51. "Füzuli Məmmədov: "Qarabağ"a məğlubiyyətdən sonra "Neftçi"də işləmək istəmirdim"". Report İnformasiya Agentliyi (az.). 22 yanvar 2021. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022 – 101.az vasitəsilə.
  52. "Samir Abasov "Neftçi"nin baş məşqçisi təyin olunub". İdman Azərbaycan (az.). 11 noyabr 2020. 2022-01-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  53. "Neftçi bu ilin çempionu oldu. Azərbaycan futbolunda yeni eramı başlayır?". BBC Azərbaycanca (az.). 21 may 2021. 10 yanvar 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.
  54. "Keisuke Honda wins Azerbaijan Premier League title with Neftchi Baku". The Japan Times (ingilis). 21 may 2021. 21 may 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 yanvar 2022.

Xarici keçidlər redaktə


Saytda 249 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024