Nelson Mandela Haqqinda Melumat - Vikipedia

Nelson Mandela Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nelson Holilala Mandela (kosa. Nelson Rolihlahla Mandela; 18 iyul 1918[1][2][…], Mfezo[d], Cənubi Afrika Birliyi[1][3][…]5 dekabr 2013[4][5][…], Hafton-Esteyt[d], Qautenq vilayəti) — Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti (1994–1999). Aparteid əleyhinə apardığı mübarizəyə görə 27 il həbsxanada yatmışdır (1963–1990). 1993-cü il Nobel Sülh mükafatı laureatı.

Nelson Mandela
xosa. Nelson Rolihlahla Mandela
10 mart 1994 – 14 iyun 1999
Vitse-prezidentFrederik De Klerk
Tabo Mbeki
ƏvvəlkiFrederik De Klerk
SonrakıTabo Mbeki
3 sentyabr 1998 – 14 iyun 1999
ƏvvəlkiAndres Aranqo
SonrakıTabo Mbeki
Afrika Milli Konqresın 10-cu Prezidentı
5 iyul 1991 – 17 dekabr 1997
ƏvvəlkiOliver Tambo
SonrakıTabo Mbeki
Şəxsi məlumatlar
Doğum adı Rolihllahla Mandela
Doğum tarixi
Doğum yeri Cənubi Afrika Birliyi, Transkey, Umtatada
Vəfat tarixi (95 yaşında)
Vəfat yeri Cənubi Afrika Respublikası, Yohannesburq
Vəfat səbəbi tənəffüs yolları xəstəliyi[d]
Dəfn yeri Mandela Qəbirstanlığı, Qunu, Şərqi Keyp
Partiya Afrika Milli Konqresı
Təhsili
  • London Universiteti[d]
Fəaliyyəti siyasətçi, avtobioqraf[d], vəkil, siyasi fəal[d], siyasi məhbus, ssenarist
Həyat yoldaşları Evelin Ntoko Mase (e. 1944–1957; boşanıb)
Vinni Madikizela (e. 1944–1957; boşanıb)
Qrasa Maçel (e. 1998–2013; ölümünə kimi)
Uşaqları 2 oğlan və 3 qızı

Təltifləri Nobel mükafatı Nobel sülh mükafatı
İmzanın şəkli
nelsonmandela.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

1918-ci ildə Rolihlahla Dalibhunga adı ilə Cənubi Afrikanın kiçik kəndində Madiba klanında doğulub.[6] Cənubi Afrikada çox vaxt onu klanının adı — Madiba ilə çağırırdılar. İngilis Nelson adını isə ona məktəbdəki müəllimi vermişdi.[6]

Onun atası Thembu kral ailəsinin məsləhətçisi olub və Nelson Mandelanın doqquz yaşı olanda ölmüşdü. Bundan sonra ona Thembu xalqının icraçı naibi Jongintaba Dalindyebo atalıq edib.[7]

Siyasi fəaliyyəti redaktə

Mandela Afrika Milli Konqresinə (ANC) 1943-cü ildə fəal kimi qoşulub, daha sonra isə ANC-nin Gənclər Liqasının təsisçisi və prezidenti olub. Həbsdən çıxandan sonra Nelson Mandela ANC-in prezidenti olub.[6]

1952-ci ildə Mandela vəkil oldu və şəriki Oliver Tambo ilə birlikdə Yohannesburqda hüquq məsləhətxanası açdı.[7] Mandela və Tambo bütövlükdə ağdərili Milli Partiya tərəfindən icad edilən, qaradərili çoxluğu əzən aparteid sisteminə qarşı birgə kampaniya aparıblar. 1956-cı ildə cənab Mandela 155 digər fəalla birlikdə dövlətə xəyanətdə ittihamlanıb, amma dörd il davam edən istintaqdan sonra ittihamlar ləğv edilib.[7] Aparteidə qarşı müqavimət, əsasən yeni Keçid Qanunlarına görə gücləndi. Bu qanunlar qaradərililərin harada işləyə və yaşaya biləcəklərini diktə edirdilər.[7]

ANC 1960-cı ildə qanundankənar elan edildi və Mandela təşkilatın digər aparıcı üzvləri ilə birlikdə gizli fəaliyyətə başladı. 1960-cı ildə, polis Şarpevill şəhərciyində keçirilən aksiyada 69 qaradərili adamı güllələyərək öldürəndə, aparteid rejiminə qarşı müxalifət böyüməyə başladı.[7] Bu, dinc müqavimətin sonuna çevrildi və ANC-nin vitse-prezidenti olan Mandela iqtisadi sabotaj kampaniyasını başladı.[7] Bir müddətdən sonra Mandela, sabotaj və zorakı dövlət çevrilişi törətməyə cəhd etməkdə ittihamlanmışdı. Müttəhimlərin bir çoxunun həbs olduğu yerin adı olan Rivonia məhkəməsi kimi tanınan istintaqda Mandela demokratiya, azadlıq və bərabərlik haqqında fikirlərini müttəhimlər kürüsündən söylədi.[7]

1964-cü ilin qış aylarında ona ömürlük həbs cəzası kəsildi.[7] 1968–69-cu illər arasında, 12 ay ərzində onun anası öldü və ən böyük oğlu yol qəzasında öldürüldü, amma Mandelaya onların dəfn mərasiminə getməyə icazə verilmədi.[7] Mandela və digər ANC liderləri həbsdə və ya mühacirətdə olarkən Cənubi Afrikada qaradərililərin yaşadığı hissələrdə yaşayan gənclər ağdərili azlığın hakimiyyətinə qarşı savaşmağa çalışırdılar. Yüzlərlə ölənlər və minlərlə yaralananlardan sonra üsyan dayandırıldı.[7]

1980-ci ildə mühacirətdə olan Tambo Mandelanı azad etmək üçün beynəlxalq kampaniyaya başladı.[6] Dünya birliyi Cənubi Afrikanın aparteid rejiminə qarşı 1967-ci ildə tətbiq olunan sanksiyaları gücləndirdi. Təzyiqə görə nəticələr əldə olundu və 1990-cı ildə Prezident F.V. de Klerk ANC-ə qarşı qadağanı ləğv etdi.[7] Mandela həbsdən buraxıldı və Cənubi Afrikada yeni, çoxirqli demokratiyanın yaradılmasına başlandı.[7]

1993-cü ilin dekabr ayında Mandelaya və de Klerkə Nobel Sülh Mükafatı verildi. Beş ay bundan sonra, Cənubi Afrikanın tarixində ilk dəfə olaraq bütün irqlər demokratik seçkilərdə iştirak etdilər və cənab Mandela prezident seçildi. Onun üzləşdiyi birinci problem — kasıblar üçün mənzillərin qıtlığı idi və xarabalıq şəhərcikləri əsas şəhərləri korlamağa davam edirdi.[7] Müavini Thabo Mbeki hökuməti idarə etməklə məşğul olarkən Mandela rəhbərin tam rəsmi vəzifələrini yerinə yetirərək Cənubi Afrika üçün yeni beynəlxalq imic yaradırdı. Bu baxımdan o, ölkənin çoxmillətli şirkətlərini Cənubi Afrikada qalıb, oraya pul buraxmağa razı edə bildi.[6]

1999-cu ildə prezidentlikdən gedəndən sonra onun ictimai çıxışlarının əksəriyyəti onun yaratdığı Mandela Fondu ilə bağlı idi, amma o, dünyanı gəzməyə, liderlərlə görüşməyə və konfranslarda iştirak etməyə davam edirdi.[7]

Şəxsi həyatı redaktə

1944-cü ildə Mandela, birinci həyat yoldaşı Evelyn Mase ilə evlənib. Dünyaya dörd uşaq gətirəndən sonra onlar 1958-ci ildə boşandılar. 1958-ci ildə Mandela Vinni Madikizela ilə evləndi. Daha sonra xanım Madikizela həyat yoldaşının həbsdən çıxarılması üçün aktiv olaraq kampaniya aparıb. 1992-ci ildə Mandela onun həyat yoldaşı Vinninin xəyanəti əsasında ondan ayrıldı.[6] Vinni həmçinin adam oğurlamaq və hücumda kömək etməkdə günahkar hesab edilmişdi.[6]

1998-ci ildə, 80-ci ad günündə cənab Mandela Mozambikin keçmiş prezidentinin dul xanımı Qraça Maçel ilə evləndi. Son illərdə onun ən önəmli müdaxiləsi 2005-ci ildə, oğlu Makgathonun ölümündən sonra gəldi.[7] QİÇS epidemiyası haqqında danışmaq tabu olan vaxtda cənab Mandela elan etdi ki, onun oğlu QİÇŞ-dən ölüb və onun "normal xəstəlik kimi görünməsi üçün" Cənubi Afrikalıları epidemiya haqqında danışmağa çağırdı.[7]

İstinadlar redaktə

  1. 1,0 1,1 Mandela N. Long Walk to Freedom (ing.): The Autobiography of Nelson Mandela. 1 Little, Brown, 1995. P. 3. ISBN 978-0-316-54818-2
  2. Smith D. R. Nelson Mandela, South Africa's first black president, dies aged 95 (ing.). The Guardian, 2013.
  3. Ex-wife challenges Nelson Mandela's will, demands homestead (ing.). Los Angeles Times, 2014.
  4. Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  5. Nelson Mandela Dead: Former South African President Has Died At 95 (ing.). Business Insider, 2013.
  6. 6,0 6,1 6,2 6,3 6,4 6,5 6,6 "Nelson Mandela 1918–2013 on BBC History". 2022-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.
  7. 7,00 7,01 7,02 7,03 7,04 7,05 7,06 7,07 7,08 7,09 7,10 7,11 7,12 7,13 7,14 7,15 "Nelson Mandela — aparteidə qalib gəlmiş insan". 2023-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-03-07.

Xarici keçidlər redaktə


Saytda 74 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023