Neptun fəvvarəsi Haqqinda Melumat - Vikipedia

Neptun fəvvarəsi Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Neptun fəvvarəsi

Neptun fəvvarəsi (rus. Фонтан Нептун) «Peterhof» saray-park kompleksində yerləşən fəvvarələrdən biridir.

Neptun fəvvarəsi
Фонтан Нептун
Xəritə
59°52′57″ şm. e. 29°54′28″ ş. u.
Ölkə  Rusiya
Şəhər Sankt-Peterburq
Yerləşir Peterhof
Memar X.Ritter, G.Şveytser
Tikilmə tarixi 1799
Vəziyyəti fəaliyyət göstərir
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi redaktə

1736-cı ildə Yuxarı parkın mərkəzi basseynində "Neptun arabası" adlı heykəl-fəvvarə kompozisiyası quraşdırılmışdır. Heykəllər qurğuşundan hazırlanmış və qızıl suyuna çəkilmişdir. Kompozisiyanın mərkəzində Neptun öz arabası ilə, həmçinin delfin və atlılar göstərilmişdir. Fəvvarənin mərkəzi hissəsindən püskürən su təzyiqlə qızılı-mis topu yuxarı qaldırdı. Çoxsaylı bərpa işlərindən sonra, "Neptun arabası" 1797-ci ildə öz yerindən çıxarılmışdır. Onun əvəzində yeni, bu günə kimi qorunub saxlanılan "Neptun" fəvvarə-qrupu yaradılmışdır.

Orijinal fəvvarə fiqurları Nürnberqdə (Almaniya) yaradılmışdır. 1660-cı ildə Georq Xristof Şvayger və zərgər Ritter əsas fəvvarə modelinin tərkib hissələrini cəmiyyətə təqdim etmişdilər. Daha sonra Şvayger və onun tələbəsi İyeremiya Aysler 1670-ci ilə kimi model üzərində işləyir, bütün fəvvarə heykəllərinin komplektini isə yalnız 1688-1694-cü illərdə başa çatdırırlar. Qızıl suyuna salma işləri Heroldt tərəfindən həyata keçirilmişdir. Fəvvarə Nürnberq şəhərində heç vaxt nümayiş olunmamışdır və onun uzun müddət anbarda saxlanılmasına baxmayaraq, o artıq şəhərin özünəməxsus abidələrindən biri hesab olunurdu. 1796-cı ildə, fəvvarə heykəllərinin əsas hissəsi RUsiya tərəfindən alınmış və Peterhofa göndərilmişdir. Nürnberq şəhər parkında 1902-ci ildən quraşdırılmış Neptun heykəli isə Peterhof fəvvarəsinin surəti hesab olunur[1].

Fəvvarəni sifariş edən Nürnberq sakinləri Almaniyanın Otuzillik müharibənin bitdikdən sonra taleyində mənfi rol oynamış Vestfaliya sülhünü anmaq istəyirdilər. Fəvvarə qrupu 27 heykəl və dekorativ detaldan ibarət idi. Şəhərin Bazar meydanında fəvvarə kompozisiyasının quraşdırılması üçün postament ilə bir hovuz artıq inşa edilmişdir, lakin şəhərin ərazisində axan yerli çaylarda fəvvarənin fəaliyyət göstərməsi üçün kifayət qədər suyun lazımi qədər olmadığı aydın olunca, fəvvarə heykəlləri demontaj olunaraq 100 ilə yaxın bir müddət ərzində anbarlarda saxlanılmışdır. 1780-ci illərdə Avropa şəhərlərinə səyahət edən cavan Rusiya İmperatoru I Pavel Nürnberqə gəlir. Elə məhz ona şəhər hakimiyyəti bu kompozisiyanı o dövrün çox böyük məbləğinə - yəni 30 min rubla satır. Əvvəlcə İmperator heykəlləri özünün Qatçinadakı iqamətgahında quraşdırmaq istəyirdi[2].

1798-ci ildə bir imperator tərəfindən fərman verildi: "Nörnberq şəhərindən gətirilmiş Neptun fəvvarəsi Peterhofun aşağı parkında quraşdırılsın... ". Lakin orada da fəvvarənin quraşdırılması kifayət qədər su təchizatının olmaması səbəbiylə mümkün deyildi. Elə o zaman da yeni kompozisiyanın yuxarı parkda quraşdırılması haqqda qərar qəbul edilmişdir. İmperatorun arzusu isə 1799-cu ildə icra olunmuşdu.

Böyük Vətən müharibəsi zamanı bütün heykəllər demontaj olunaraq Almaniyaya aparılmışdı[3]. 1947-ci ildə, heykəl qrupu yenidən Peterhofa gətirilmiş və elə həmin yerdə quraşdırılmışdır, ancaq əvvəlki kimi fəaliyyətə o yalnız 1956-cı ildən başlamışdı[4].

Fəvvarənin təsviri redaktə

Fəvvarənin su kompozisiyası 26 müxtəlif su şırıntılarından ibarətdir. Əvvəlki bəzək elementlərindən yalnız iki delfin, palıd yarpaqları və gül çələngləri günümüzə kimi qorunub saxlanılmışdı. Neptunun heykəli dörd fışqırdan maskaronlar ilə bəzədilmiş hündür qranit postament üzərində və böyük bir düzbucaqlı hovuzun mərkəzində quraşdırılmışdı. Bundan başqa, hovuzun özü ağızlarından təzyiqlə su çıxan səkkiz delfin fiqurları ilə bəzədilib. Hovuzun ölçüsü — 33 × 92 metrdir.

Peterhof, Böyük Saray və Neptun fəvvarələri

Ədəbiyyat redaktə

  • V.E. Ardikuza: Pedrodvorec, parky, fontany, dvorcy, Lenizdat 1968
  • Helmut Beer: Der Neptun-Brunnen – eine fast unendliche Geschichte. NZ-Serie: 200 Jahre Franken in Bayern. Nürnberger Zeitung Nr. 27 vom 2. Februar 2006, S. 18
  • Anton Bosch Zwei Nürnberger Neptunbrunnen machen Geschichte. In Rußland-deutsche Zeitgeschichte Band 4, ISBN 3-9809613-2-X, dort S. 14.
  • Ernst Mummenhoff: Der Neptunbrunnen zu Nürnberg, seine Entstehung und Geschichte, Nürnberg 1902.
  • Erich Mulzer: Neptuns Irrfahrten (Geschichte des Neptunbrunnens). In: Nürnberger Altstadtberichte, Hrsg.: Altstadtfreunde Nürnberg e.V., Heft 13 (1988)
  • Nürnberger Zeitung (NZ): Brunnen im Abseits. Wie Nürnberg mit einem großen Werk umging.", NZ vom 18. Februar 2003, S. 13.
  • Friedrich Wanderer: Die Geschichte des Nürnberger Peuntbrunnens, Mitteilungen des Vereins zur Geschichte Nürnbergs, Bd. 3, 1881 (s.u. Weblink)
  • Hans Robert Weihrauch: Georg Schweigger (1613-1690) und sein Neptunbrunnen für Nürnberg, Anzeiger des Germanischen Nationalmuseums 1940-1953, Berlin, 1954, S. 87-143

İstinadlar redaktə

  1. Friedrich Kirchbaum. Nürnberg. Deutscher Kunstverlag.1967.
  2. Anton Bosch Zwei Nürnberger Neptunbrunnen machen Geschichte, Nürnberg/München 2004
  3. V.E. Ardikuza: Pedrodvorec, parky, fontany, dvorcy, Lenizdat 1968
  4. Breschniew-Brandt-Abkommen, szt. allg. "Ostverträge" betitelt.

Xarici keçidlər redaktə


Saytda 54 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023