Nicat İsgəndərov Haqqinda Melumat - Vikipedia

Nicat İsgəndərov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nicat İsgəndərov

Nicat Bəhruz oğlu İsgəndərov (d. 4 avqust 1989; Tərtər, Azərbaycan — ö. 2 aprel 2016; Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin giziri. 2016-cı ildə Aprel döyüşləri zamanı şəhid olub, ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.

Nicat İsgəndərov
Nicat Bəhruz oğlu İsgəndərov
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Tərtər, Azərbaycan
Vəfat tarixi (26 yaşında)
Vəfat yeri Azərbaycan
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Hərbi fəaliyyəti
Mənsubiyyəti Azərbaycan Azərbaycan Ordusu
Qoşun növü Azərbaycan Quru Qoşunları
Rütbəsi Gizir
Təltifləri "İgidliyə görə" medalı

Həyatı redaktə

Nicat İsgəndərov 1989-cu ilin 4 avqust günündə Tərtər şəhərində anadan olub.

Hərbi xidməti redaktə

Gizir Nicat İsgəndərov 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu.

Aprelin 3-ü isə Nicat İsgəndərov doğulduğu Tərtər şəhərində son mənzilə yola salındı. Dəfn mərasiminə minlərlə şəhər sakini ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgərləri və zabitləri də qatıldı. Dəfn mərasiminin sonunda yaylım atəşi açıldı və gizir İsgəndərov uğrunda şəhid olduğu torpağa tapşırıldı.

Nicat İsgəndərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edildi.

İstinadlar redaktə


Saytda 109 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024