Nida Haqqinda Melumat - Vikipedia

Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nida — danışanın hiss və həyəcanını ifadə edən köməkçi nitq hissəsinə deyilir. Nidalar insanın müxtəlif hislərinin, hadisələrə emosional münasibətinin ifadəsini bildirir

Nida haqqındaRedaktə

  • Nidaların müxtəlif məna növləri var:
  1. Sevinc, heyranlıq, təəccüb bildirənlər: bəh-bəh, oha, əhsən, bıy, vaxsey, həzər, Allah sən saxla, afərin, aləm, mərhaba, of, ura, paho, oxqay, ay can- ay can. Məs.: Paho! Ay Salam, xoş gördük.
  2. Kədər, narahatlıq, qorxu bildirənlər: ay aman, ah, ox, vay-vay, uf, ay dad və s. Məs.: Vay-vay, bu nə işdi başıma gəlir? Ah, əfsus, keçdi o gözəl günlər. Vah! Batdıq biz.
  3. Çağırış bildirənlər: ey, ay, ya, ay aman, huyy, ədə, hey, a, ehey. Məs.: A bala, bir bura gəl. Ehey, atlılar, xan evinə gedərsiz...
  4. Nifrət, istehza bildirənlər: tfu, xa-xa-xa, xux, xox və s. Məs.: Xox, qorxdum səndən. Xa-xa-xa, get ay batandan sonra gəl, nə qəribə iş oldu.
  5. Qəm, kədər bildirənlər: of, ah, ox, oy, eh, bay-bay-bay və s. Məs.: Ah, keçdi artıq o günlər. Of, əllərin qurusun, cəllad.
  • Nidaların məna bölgüsü şərtidir. Hiss və intonasiyadan asılı olaraq, bu məna növlərinə mənsubluq dəyişə bilər.

Nidaların orfoqrafiyasıRedaktə

Bütün nidalar sözdən ayrı yazılır. Nidalar cümlənin əvvəlində gəldikdə ondan sonra, ortada gəldikdə hər iki tərəfdən, axırda gəldikdə ondan əvvəl vergül qoyulur.

  1. Ax, bu uşaqlar necə bədzatdırlar!
  2. Qorxdum, ay aman, yarıldı bağrım.
  3. Bülbül bağlara səs salır, cəh, cəh, cəh!

Güllərin ətrini alır: bəh, bəh, bəh

Nidaların omonimliyiRedaktə

Ah (isim və nida), hey (isim və nida), ox (isim və nida), vay (isim və nida), ay (isim və nida) ax ( isim və nida),oy (feil və nida), uy (feil və nida) omonim nidalar hesab olunur.

Həmçinin baxRedaktə

ƏdəbiyyatRedaktə


Whatsapp Plus, Instagram Plus, Youtube Plus, Mp3 Yukle, Video Yukle, HD mp4, Bedava Indir, Android Dunyasi, Futbol neticeleri, Idman xeberleri

Q

Saytda 165 nəfər
Top.Mail.Ru MobTop.az
©Tatli.Biz 2010-2021