Niftulla Əsgərov Haqqinda Melumat - Vikipedia

Niftulla Əsgərov Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Niftulla Əsgərov

Niftulla Əsgərov (5 iyul 1959, Girdəni, Lənkəran rayonu22 yanvar 2024) — aktyor, Azərbaycan Respublikasının Əməkdar artisti

Niftulla Əsgərov
Niftulla Fətulla oğlu Əsgərov
Doğum tarixi
Doğum yeri Girdəni
Vəfat tarixi (64 yaşında)
Dəfn yeri Girdəni
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Mükafatları Azərbaycan Respublikasının əməkdar artisti Fəxri Mədəniyyət İşçisi

Həyatı redaktə

Niftulla Əsgərov 5 iyul 1959-cu ildə Lənkəran rayonunun Girdəni kəndində anadan olub. 1995-ci ildən Lənkəran Dövlət Dram Teatrının aktyoru kimi çalışıb. Teatrda S. M. Qənizadənin "Xor-xor" əsərində Seyfulla, İ. Məlikzadənin "Gəl qohum olaq"ında Camal, H. Abbaszadənin "Həzi Aslanov"unda Bekişvilli, Ü. Hacıbəyovun "Olanlardan-keçənlərdən"ində Atamoğlan əmi, N. B. Vəzirovun "Hacı Qənbər"ində Qıdı Kirvə, E. İsgəndərzadənin "Qalxın, məhkəmə gəlir"ində Bəhruz, H. Mirələmovun "Vicdanın hökmü"ndə Aşot, B. Nuşiçin "Nazirin xanımı"nda Çeda, N. Nərimanovun "Nadir şah"nda Əliəşrəf bəy və s. obrazlara səhnə həyatı verib.[1]

Paralel olaraq "My name is İntiqam", "My name is İntiqam 2", "Bayram axşamı", "Bığ əhvalatı", "Vəziyyət rusca", "Elçilik" və başqa filmlərdə, "Bizim Əhməd haradadır?", "Xalxın evi" və s. seriallarında aktyor kimi çəkilib.

2024-cü il yanvar ayının 22-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.[2] Lənkəranın Girdəni kəndinin qəbiristanlığında dəfn olunub.[2]

Filmoqrafiya redaktə

Təltifləri redaktə

2014-cü ildə teatrın inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin "Fəxri mədəniyyət işçisi" döş nişanı[3] ilə təltif olunub. 2018-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti" fəxri adına layiq görülüb.[4]

İstinadlar redaktə

  1. Mədəniyyət TV. "65 yaşında dünyadan köçən Əməkdar artist Niftulla Əsgərov Lənkəranda torpağa tapşırılıb" (az.). Youtube.com. 23.01.2024. 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-23.
  2. 1 2 "Əməkdar artist Niftulla Əsgərov dəfn olundu - YENİLƏNİB + FOTO". Oxu.Az (az.). 2024-01-22. 2024-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.
  3. "Niftulla Əsgərov "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunub". sia.az. İstifadə tarixi: 2024-01-22.
  4. "Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-01-22.

Saytda 203 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024