Nihat Hatipoğlu Haqqinda Melumat - Vikipedia

Nihat Hatipoğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nihat Hatipoğlu (11 may 1955[1], Diyarbəkir) — Türk alim, ilahiyyatçı[2]) — Qaziantep İslam Elm və Texnologiya Universitetinin Rektoru[3]. Hazırda ATV telekanalında həftəlik proqramları davam etməkdədir.

Nihat Hatipoğlu
türk. Nihat Hatipoğlu
Doğum tarixi 11 may 1955(1955-05-11)[1] (68 yaş)
Doğum yeri Diyarbəkir, Türkiyə
Vətəndaşlığı Türkiyə Türkiyə
Həyat yoldaşı Emel Hatipoğlu
Uşaqları Məhəmməd Səid Hatipoğlu
Osman Hatipoğlu
İxtisası Akademik, İlahiyyatçı
Təhsili Ankara Universiteti
Fəaliyyəti akademik[d]
Fəaliyyət illəri 2009 — h.h
nihathatipoglu.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı redaktə

Diyarbəkirdə, 11 may, 1955-ci ildə dünyaya gələn Nihat Hatipoğlu, SiirtMalatyada ibtidai məktəb oxumuşdur. 1975-ci ildə Uşak İmam Xətib Liseyini və Uşak Liseyini bitirib. 1981-ci ildə Ankara Universitetinin İlahiyyat Fakültəsini bitirdi. Eyni fakültədə Hədis Baş Elm sahəsində Qurani Kərimin Anlaşılmasında Hədislərin Rolu adlı çalışması doktor, 2000-ci ildə dosent, 2012-ci ildə isə professor olmuşdur. Hazırda Diclə Universiteti ilahiyyat Fakültəsinin Hədis Baş Elm sahəsində müəllim vəzifəsində işləyir. 1985-1987-ci illər arasında Misirdə Ərəbcə təhsil alıb. Sonradan isə Türkiyədə Quran Kurslarından birində müdir kimi çalışmışdır. Hazırda Diyanət İşləri Nazirliyində Din İşləri Ali Qurum mütəxəssisi vəzifəsində işləyir.[4] Bundan başqa, 11 mart 2017-ci il tarixi etibarilə YÖK üzvlüyünə dəvət olunmuşdur.

Nihat Hatipoğlu, milli televiziya kanallarında dini proqramları hazırlayıb təqdim etməyə "Kanal A" telekanalından başladı. Həmçinin Ankarada yayım göstərən iki yerli radioda (Arifan Radio, Hədəf Radio) 10 ildən bəri fasiləsiz olaraq həftəlik yayımlarına hələ də davam edir. 2004-cü ildə Ramazan ayında Flash TV-də, 2005-ci ildə Ramazan ayında Star TV-də Sahur proqramlarını təqdim etmişdir. 2005-ci ildə Star TV-də Dosta Doğru proqramını təqdim etdi. 2005–2010 illəri arasında Ramazan ayı müddətində Star TV-də İftarSahur proqramlarınının aparıcılığını edib. Proqramları hal-hazırda Türkiyədə bir çox radioda yayımlanır. Hazırda ATV-də həftəlik proqramları davam edir. Qırxdan çox nəşr olunmuş DVD, CD-si mövcuddur. Türkiyə daxilində və xaricində seriya konfransları davam edir.

18 yanvar 2019-cu ildə Prezident Rəcəb Tayyib Ərdoğanın qərarı ilə Qaziantep İslam Elm və Texnologiya Universitetinə rektor təyin edilmişdir.[4]

Rəylər redaktə

2014-cü ildə Nihat Hatipoğlu Ramazan ayına özəl ATV-də yayımlanan proqram üçün aylıq 600 min TL aldığı və hovuzlu bir villada yaşadığı iddia edildi.[5][6][7] Hatipoğlu isə "20 ildir Keçiörəndəki eyni evimdə yaşayıram. Villam, hovuzum, evimin qarşısında yağış yağanda içinə su dolan bir çuxurum belə yoxdur. ATV-dən ayda 600 min lirə aldığım iddiası da yalandır" deyərək bu iddiaları yalanladı.[8][9]

Avqust 2014-cü ildə Türkiyənin ilk rəsmi ateist dərnəyi olan Ateizm Dərnəyi, ATV-də yayımlanan proqramda tamaşaçılardan gələn bir sualı cavablandırarkən işlətdiyi "Ateistlərin ən böyük atası Şeytan, yəni elə sayılsa, Şeytan onlardan daha təmizdir" cümləsini göstərərək kin və düşmənçiliyə təhrik, İslama yönəlikləşdirmə iddiaları cinayət olaraq bildirildi.[10][11] Xatırladaq ki, sonradan "ateistlərə qarşı həmişə xoş mövqe nümayiş etdirmişəm" sözləri ilə özünü müdafiə etdi. Prokurorluq ifadələrin şəxslərə deyil, fikirlərə qarşı olduğu səbəbilə cinayət işini rədd etdi.[12]

Əsərləri redaktə

  • İnsanlığın Geleceği ve İslam, 1988
  • İslami Davetin İlkeleri, 1988
  • Fitneler, 1997
  • Ashapdan Bir Demet, 1997
  • Bazı Hadislerin Günümüze Yansıması, 1997
  • Ayetlere Farklı Bir Bakış, 1997
  • Asr-ı Saadette Müşrik ve Münafık Liderler, 1999
  • Kur'an-ı Kerim'in Anlaşılmasında Hadislerin Rolü, 1999
  • Ebu Zür'a er-Razi ve Hadis İlmindeki Yeri, 2000
  • Hz. Peygamberle İslam'ı Doğru Anlamak, 2006
  • Saadet Asrından Damlalar, 2008
  • Sevgi Dininden Yansımalar, 2009
  • Dört Halife, 2010
  • Gökteki Yıldızlar, 2010
  • O'nu Nasıl Sevdiler, 2010
  • Nihat Hatipoğlu'nun Kaleminden Günlük Dualar, 2010
  • Barış Elçisinden Rahmet Dokunuşları, 2010
  • Allah'ı Bildiğimi Sanırdım, 2011
  • Rahmete Firar Etmek, 2011
  • Büyüklerin Duaları, 2011
  • Kur'an ve Sünnet Işığında Felaketler ve Deprem, 2011
  • Hz. Peygamber ile Kur’an’ı Doğru Anlamak, 2015

İstinadlar redaktə

  1. 1,0 1,1 Freebase Data Dumps. Google.
  2. "Nihat Hatipoğlu kimdir?". Sabah Gazetesi. 30 aprel 2016 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 11 aprel 2016.
  3. "6 üniversiteye rektör atandı, Nihat Hatipoğlu rektör oldu". Habertürk. 3 Şubat 2019 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 18 yanvar 2019.
  4. 4,0 4,1 "Nihat Hatipoğlu Özgeçmiş". Nihat Hatipoğlunun Sitesi. 15 oktyabr 2015 tarixində bu mənbədən arxivləndi. İstifadə tarixi: 11 aprel 2016
  5. "Nihat Hatipoğlunun 600.000 TL'lik havuzlu villası" Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine. TV8. İstifadə tarixi: 3 may, 2019
  6. "600 bin almadan Ramazan programına çıkmayan İlahiyatçı" Arxivləşdirilib 2017-07-06 at the Wayback Machine. Miliyyet Gazetesi. İstifadə tarixi: 3 may, 2019
  7. "İlahiyatçı havuzlu villada'mı oturuyor?" Arxivləşdirilib 2020-12-04 at the Wayback Machine. Medyaradar. İstifadə tarixi: 3 may, 2019
  8. "Nihat Hatipoğlu o haberlere tepkisini bildirdi" Arxivləşdirilib 2020-12-03 at the Wayback Machine. Sabah Gazetesi. İstifadə tarixi: 3 may 2019
  9. "20 yıldın Keçiören'de oturuyorum" Arxivləşdirilib 2019-05-03 at the Wayback Machine. T24. İstifadə tarixi: 3 may, 2019
  10. "Ateistler Hatipoğlu'ya dava açtı" Arxivləşdirilib 2021-03-03 at the Wayback Machine. CNN Türk. İstifadə tarixi: 3 may, 2019
  11. "Ateizm derneği Hatipoğlu'ya dava açtı" Arxivləşdirilib 2016-09-24 at the Wayback Machine. Hüriyyet Gazetesi. İstifadə tarixi: 3 may, 2019
  12. "Türkiye savcılığından karar" Arxivləşdirilib 2021-09-26 at the Wayback Machine. Habersol. İstifadə tarixi: 3 may, 2019

Saytda 55 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2023