Nikolas Blumberqen Haqqinda Melumat - Vikipedia

Nikolas Blumberqen Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nikolas Blumberqen

Nikolas Blumberqen (ing. Nicolaas "Nico" Bloembergen) (d. 11.3.1920, Niderland, Dordrext)  — Amerika fiziki. Nobel mükafatı laureatı (1981, A. Şavlovla birlikdə).[3]

Nikolas Blumberqen
ing. Nicolaas "Nico" Bloembergen
Nikolas Blumberqen
Nikolas Blumberqen
Doğum tarixi
Doğum yeri Dordrext, Niderland
Vəfat tarixi (97 yaşında)
Vəfat yeri Takson, Arizona, ABŞ
Vəfat səbəbi ürək çatışmazlığı
Vətəndaşlığı Niderland Niderland, ABŞ
Elm sahəsi Lazer spektroskopiyası
İş yerləri
Alma-mater Leyden Universiteti, Utrext Universiteti
Təhsili
Elmi rəhbərləri Edvard Mills Parsell
Üzvlüyü
Mükafatları Fizika üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Fəaliyyəti redaktə

Utrext Universitetini bitirmişdir (1943). 1949-cu ildən ABŞ-də Harvard Universitetində işləyir (1957-ci ildən professor). 2001-ci ildən Arizona Universitetinin professorudur. Qeyri-xətti optika və qeyri-xətti lazer spektroskopiyasının banilərindən biridir. 1956-cı ildə üçsəviyyəli sistem əsasında kvant paramaqnit gücləndiricisini yaratmışdır. Qeyri-xətti mühit sərhədində dalğa proseslərini tədqiq etmişdir. Qeyri-xətti polyarizasiya nəzəriyyəsini və məcburi kombinasiyalı səpilmə nəzəriyyəsini qurmuş (1962), onun tədqiqinin eksperimental (o cümlədən pikosaniyələr) üsullarını işləyib hazırlamışdır. Lazer spektroskopiyası metodlarını inkişaf etdirmiş, ikisəviyyəli doplersiz spektroskopiya üsulunu vermişdir (A. Şavlovdan asılı olmayaraq). İntensiv lazer infraqırmızı şüalanmasında molekulların çoxfotonlu dissosiasiyasını tədqiq etmişdir.[3] 

Həmçinin bax redaktə

Xarici keçidlər redaktə

İstinadlar redaktə

  1. 1 2 Leidse Hoogleraren (nid.).
  2. 1 2 NNDB (ing.). 2002.
  3. 1 2 Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 4-cü cild: Bəzirxana – Brünel (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2013. səh. 204. ISBN 978-9952-441-03-1.

Saytda 69 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024