Nikolay Baboğlu Haqqinda Melumat - Vikipedia

Nikolay Baboğlu Haqqinda Melumat - Vikipedia


Siz Geniş ensklopediyada istədiyinizi tapa bilərsiniz

Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008) — qaqauz şairi.

Həyatı redaktə

Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır.

Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur.

“Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür. Bu ağır itkiyə dözə bilməyən sevgilisi Lanka özünü Tunaya-Dunay çayına atır. Şair bunu Lankanın müqəddəs sulu Dunay ilə evlənməsi və qaqauzların qədim adətləri kimi qiymətləndirir. Şair əsərlərində xalqını Bucağın bir çox yerlərindəki iskit, peçeneq, tatar kurqanlarını qorumağa, onları ata-babaların mi­ra­sı kimi dəyərləndirməyə çağırır. Milli duyğuları da bu cür möv­zularda özünü daha qabarıq göstərir. Nikolay Baboğlu yazır:

Yakardı vakıtlar tepelerdä ateş yalınnarnı
Da savaşırdılar şılatsın bizä tepä altında insannarını.
Oğuz gölgeleri çıkardılar ordan avşam –avşam,
Tepä dolayında bakıp gezardilär ulam-ulam.
Hazar, hem skif milletleri, peçeneglär,
Kimnär taa zamandan bu toprakta gezmiştilär...
Sorardı gölgelär «ani büünkü senselemiz?
Ani onnar, kimi çoxtan görmää isteeriz biz?

Baboğlunun lirik şeirlərindəki hisslər da diqqətçəkəndir:

Göka diidim, diidim ellän yıldıza
Gönül koydum, cannan düştüm bir kıza.
Sevdam taştı güüdeciimdän döküldü,
En baş peetim ona, ona düzüldü.
Yerä diidim, bastım ana topraama,
Yarim, senin dökülerim kucaana.

Bugünkü qaqauz nəsrinin ağır yükünü çəkən yazıçılar sırasında öndə gedənlərdən biri N.Baboğludur. Onun yaradıcı­lığından söz açan İvan Topal yazır ki, “əgər N.Baboğlunun əsərləri heç bir ədəbi özəllik daşımamış olsaydı belə, xalqın kültür tarixinə bu əsərlər zəngin folklor terminləri ilə dolğun ədəbi bir abidə kimi daxil ediləcəkdi” [1].

Bir mum o sofraya olsam,
İmäk-içki sana dolsam,
Sana bir şafk edeyim
Benim Bucaam, benim ecelim.

Dərsliklər hazırlamaqda böyük əməyi olan Nikolay Baboğlu 1957-1960-cı illərdə Moldovanın başkəndi Kişinyovda çıxan “Moldova Sotsialiste” qəzetinin “Qaqauz türkcəsi” səhifəsinə, səkkiz il “Komrat” qəzetinə, Moldova Dövlət Televiziyasının qaqauz türkcəsində proqramına, Moldova Yazarlar Birliyinin Qaqauz Yazarları Bölməsinə başçılıq etmiş, bir müddət Moldova Təhsil Nazirinin müavini olmuş, “Aynımda düşlär” pyesini və “Mumnar saalık için” ssenarisini yazmışdır.

Nikolay Baboğlu əsərlərində tez-tez folklor nümunələrindən istifadə etməklə yanaşı, şifahi xalq ədəbiyyatının toplanması, nəşri və araşdırılmasında da böyük işlər gör­müşdür.

İstinadlar redaktə

  1. Bankova Emilya, 2005:148

Saytda 129 nəfər
Top.Mail.Ru
©Tatli.Biz 2010-2024